Müsəlman kəndlisinin siyasi söhbəti

– Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?

– Əlbəttə, vəzir böyükdür!

– Yaxşı, indi söz gəlişi, bu gün vəzir istəsə, sən bilirsən dayna, vəkili tutub qazamata sala bilərmi?

– Salar!

– Vəkil də, söz gəlişi, istəsə goburnatı salar, elə dəyilmi?

– Bəli!

– Goburnat da deməli, nəçənliyi salar?

– Bəli!

– Nəçəlnik də pristavı salar?

– Bəli!

– Pristav da yüzbaşını salar?

– Bəli!

– Yüzbaşı! da, deməli bizi salar?

– Bəli!

– Yaxşı,onda deməli, bu gün məsələn, vəzir istəsə vəkildən tutmuş bizə kimi cəmi camaatı tutub qazamata salar da?

– Salmağına salar, amma qazamatda bir elə yer olmaz.

– Buy, hə, doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil qarışqa qoşunudur...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire