Bir sür'əti-bərqiyyə ilə xaneyi-səyyar –Getməkdə idi... mən dəxi müstəğrəqi-əfkar,Müstəğrəqi-əfkar olaraq səmti-şimalə –Sür'ətlə rəvan, Şərqdə də qibleyi-dildar.Yoldaşları dərk etmiş idim dərkdən azad,Öz fikrim idi kəndimə bu yolda fəqət yar.Dirsək verərək pəncərəyə, fikrə cünudə,Ən yüksək əvalimdə idi fikrəti-təyyar.Çılpaqdı bulutdan, üzü parlaqdı səmanın,Ay doğmuş idi, yerləri etmişdi ziyadar.Hüsni-əzəlisində parıldardı kəvakib,Hala da cavan qız kimi bu biveyi-qəddar.Ay çıxmış, o hüsn ilə mükövkəbdi səmavat,Göy dilbəri, yə'ni o qəmər cazibül-ənzar.Titrər kimi idi o səmalarda ziyalar,Gövhərdir o ulduzlar, əvət, göy dəxi əbhar.Göz doymayır idi şu işıq üzlü qəmərdən,Yerlərdə də vardır nigəhara olan əqmar.Bus eyləyir idi baxışım ruyi-qəmərdən,Ulduzlar idi pişi-nigahımda həp əş'ar.Məcmueyi-əş'ar idi əlvahi səmanın,Rəngin idi, zəngin idi, fəyyaz idi, nəvvar.Bir mə'bədi-ə'zəm kimi durmuşdu şu gərdun,Ulduzları qəndil idi guya ki, pürənvar.Bir mə'bədi-ə'zəm ki, səzavari-təmaşa,Bir mə'bədi-ülvi ki, təcəlligahi-əsrar.Bir xeyli zaman dadlı təmaşaya nigahım,Ciddən vələhəfzayi-xəyal idi bu asar.Bir leyli-müqəmmərdi ki, ilhamlarından –Rizan oluyordu dilə əş'ari-füsünkar.

Əlvahi-səmaviyyəyə heyran oluyordum,Heyrət bəşərin iczini etməkdədir izhar.Heyrətlə baxardım o ziyagahi-büləndə,Aydınlıq olan leyl təmaşaya səzavar.

Göy parlaq ikən, torpağın övladı qaranlıq,Güllər gülüyorkən, bəşərin gözləri ağlar.Baxdım qəmərə, ulduza, baxdım mələkuta,Qərq oldu bütün varlığım e'maqi-sükuta.

Birdən-birə bir dadlı səda duydu qulağım,Guya uyumuşdum, o səs etdi məni bidar.Dərhal çevirdim üzümü səmti-sədayə,Gördüm duruyor bir qadın, ənzarı füsunbar.Bir hakimeyi-qəlb idi ol hüsni-müsəxxir,Pək cazibəli gözlərə malikdi o rüxsar.Zülfi-siyəhi bəxtimi tənzir ediyordu,Şəmsi-rüxü də atiyi-millət kimi nəvvar.Nəvvar idi, taban idi, rəxşan idi ruyu,Bir heykəli-amal idi, guya ki, o didar.Baxdım o gözəl çöhrəyə, baxdım mələkutə,Qərq oldu bütün varlığım e'mali-sükutə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets