Əsgərlər hərbə gedərkən

Ağlayan gözlər, ağlanan sima,Doludur rəhgüzari-qövğadə.Ağlayırmış kimi üyuni-səma,Qətrələr var vücuhi-səhradə.

Yaşlı gözlərdə var məlali-kəbut,Nə həzin ləm'eyi-lətafətdir!Gözlərim eyləyir şu hüznə sücud,Hüzn şayisteyi-ibadətdir.

Qəmli bir izdiham cuşacuş,Oxunur çöhrələrdə ayeyi-hüzn.Dilləri naladar, dil xamuş,Parlayır gözlərində sayeyi-hüzn.

Çoxunun gözlərində əşki-fəraq,Der idim: işte şe'ri-mə'nidar...Əbri-puş idi çöhreyi-afaq,Matəmə batmış idi sanki nəhar!.

Bir qadın durmuş idi bir yanda,Canlı bir lövheyi-lətafət idi.Qaldı çeşmim o hüzni-tabanda,Doğrudan çox gözəl bir afət idi...

Gözlərində dururdu: giryeyi-lal,Yanağı kölgəliydi, qəmli idi.Üzünü öpmədə zilali-məlal,Könlü ateşli, çeşmi nəmli idi.

Mən də bir qəm oleydim işte dedim,Bus edəydim o ruyi-dilbərdən.Bəxtli qəm qonub behiştə dedim,Öpüyor ruhi-hurmənzərdən.

Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets