Elmin, hünərin, mə'rifətin varsa, buyur gəl,Yoxsa, bu həyat aləmində olma bir əngəl!Ərbabi-kəmalın yeridir, bil ki, bu meydan,Bədbəxt yaşar torpağın üstündəki nadan.Sahib olacaq yerlərə qüvvətli, əmin ol,Ey gücsüz olan, sən dəxi mədfuni-zəmin ol!Laf ilə təraqqi olamaz, sözlə də sərvət,Bilgiylə olur, bilməlidir, sərvətü qüvvət.Ehrazi-məratib olamaz cəhl ilə, bir qan,“Həlyəstəvi” e'lan ediyor həzrəti-“fürqan”.Nur ilə qaranlıq ola bilməz ki, bərabər,Əlbət, olacaq gözlü olan korlara rəhbər.Kor olma, cahan zülmət olur ki, nəzərində,Çahi görəməzsən, a yazıq, rəhgüzərində.Şəksiz, düşəcəksən quyuya, ey gözü ə'ma,Möhtaci-tədavisən, əya milləti-zülmə.Möhtaci-təbabətsən, inan, ey gözü fərsiz,Ömrün keçəcək boylə nəzərlərlə zəfərsiz.Əlbət ki, həyatın keçəcək həpsi bəhərsiz,Ey zülmət içində qalan, ey ömrü səhərsiz!Şəmsin, qəmərin nolduğunu bilməyəcəksən,Güllər güləcək, ah ki, sən gülməyəcəksən!Dərk etməyəcəksən şu işıq üzlü nəhari,Sən görməyəcəksən, a yazıq, rəngi-bahari.Sən görməyəcəksən yerin üstündə nədir hur,Bir nimnigəhlə ediyor dilləri məshur.Bir hur ki, can bəxş ediyor mürdədilanə,Tabi-rüxü fər vermədə əfsürdədilanə.

Sən görməyəcəksən yerin üstündə “mələk” var,Yox səndə onu görmək üçün dideyi-nəvvar.İstərsən əgər görməyə cənnati-həyati,Korluqla keçirmək nəçin anati-həyati?İştə yaşamaq haqqına haizdir o kütlə –Bir hərbi-münəvvərlə çıxıb cəbheyi-cəhlə.Bundan belə dünya böyük ürfanlı ər istər,Sən də yaşamaq istər isən, bilgini göstər!

Bakı, 9 kanuni-sani (noyabr)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets