Açar firdovsi-hürriyyət, füyuzabad olar aləm,Gülər sübhi-həqiqət, mə'dələtmö'tad olar aləm,Şüaati-müsavat ilə səhni-dad olar aləm,Kəməndi-eşqi-insaniyyətə münqad olar aləm,

Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm,Bu istibdad əlindən qurtarar, azad olar aləm!

Səhabi-zülmü qəhr uçduqda parlar nuri-hürriyyət,Qaçanda divi-istibdad oynar huri-hürriyyət,Gedər qəmlər, gələr dəmlər, çalar sənturi-hürriyyət,Cahanı surgah eylər, dili məsrur hürriyyət,

Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm,Bu istibdad əlindən qurtarar, azad olar aləm!

Oxur, təhsil ilə ehrazi-hürriyyət qılar insan,Hüquqi-pakın anlar, təxti-nəfsində olar soltan,Təbəssümlər tökər elmü maarif, cəhl olar giryan,Həyatın mə'niyi-əslisi ərzi-ruy edər şol an.

Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm,Bu istibdad əlindən qurtarar, azad olar aləm!

Təcəlla eyləyən dəm aləmə hüsni-dilarami,Görən nəsbi-nigah eylər, olar məftuni-əndami.Edər mənsux ayati-həyati, hökmi-e'dami,Bu ol səyyaddır məhkumu azad eyləyər dami,

Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm,Bu istibdad əlindən qurtarar, azad olar aləm!

Əvət, biz görmədik əzvaqini gülzari-əkvanın,Cahanda dərmədik əzharın azadiyi-vicdanın,Təhəssürlə atıldıq qə'rinə ümmani-nisyanın,Dönər bir gün behiştə sahəsi meydani-imkanın.

Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm,Bu istibdad əlindən qurtarar, azad olar aləm!

Ey ol vəqti görən məs'ud, unutma bizləri, yad et,Bu yolda həsrət ilə can verən əhbabi te'dad et,Məzarım üzrə gəl, dur, qəmli-qəmli ağla, fəryad et,Oxu bu şe'ri qəbrimdə, ələttəkrar övrad et:

Dur, ey zindani-nisyanda yatan, azad olub aləm,Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm!

Biz iman əhli ikən, xalq layiq gördü təkfirə,Köküs gərdik, dayandıq tiri-taqətsuzi-təhqirə,Vuruldu payi-hürriyyətvəran əğlalü zəncirə,Görər müstəqbəl evladı bizi şayan təqdirə.

Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm,Bu istibdad əlindən qurtarar, azad olar aləm!

Həqiqət ruyu gülməkçin fədayi-rahi olduq biz,Əziyyət qıldı cahillər, səadətxahi olduq biz,Vücudi-kainatın ruhbəxş ərvahi olduq biz,Bu leyli-müzlimi tənvir edən misbahi olduq biz,

Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm,Bu istibdad əlindən qurtarar, azad olar aləm!

Qurur əşcari-məl'unə, olar pakizə məşcərlər,Dönər bir “bəzmi-feyzafeyzi-şura”yə bütün yerlər*,Oxur bülbül, gülər qönçə, dili oxşar bu mənzərlər,Cəmahirül-tüyur iştə bu şe'ri yer-yer əzbərlər:

Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm,Bu istibdad əlindən qurtarar, azad olar aləm!

Xiyami-qəlbdən parlar, edər mahiyyətin isbat,Təbiət cənnətində bəslənən hurati-məqsurat,Bu gün məhrəm deyildir onlara ərbabi-mövhumat,Cəhənnəm əhlinə layiqmidir pərvərdeyi-cənnat?

Behiştabadi-hürriyyət gələr, dilşad olar aləm,Bu istibdad əlindən qurtarar, azad olar aləm!

Çıxar səhni-təmaşayə o gün rəqqasi-hürriyyət,Gülər, oynar, oxur, alqışlanar yer-yerdən ol afət,Tamaşagərlərin ruhun edər məclubi-ülviyyət,Tamaşagahi-nasutun o gün nami olar cənnət,

Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm,Bu istibdad əlindən qurtarar, azad olar aləm!

Səmavati-həyatın, ey zəkayi-aləmarasi,“Füyuzat”ınladır “Firdovsi-ilhamat”ın ehyasi,Açar, sən nur verdikcə onun övraqi-rə'nasi,Açıl, ey babi-cənnət, ta gülə ümmid hurasi,

Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm,Bu istibdad əlindən qurtarar, azad olar aləm!

O dəm ki, ibtisam eylər əməl, xəndan olar Hadi,Mənim zərrati-cismim qəbrdə rəqsan olar, Hadi,Qübar olmuş gözüm ağlar, dilim suzan olar, Hadi,Lisanım cismlənsə, böylecə guyan olar, Hadi:

Dur, ey ağuşi-nisyanda yatan, azad olub aləm,Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets