Lövheyi-təsviri maarif
Vətən övladı! Ha qeyrət qılın təhsili-ürfani,Qalan mə'naydır ancaq, bu nəqş, əlbət, olur fani.Maariflə olur nail bəşər hər dürlü amalə.Maariflə edər ehrazi-şövkət növ'i-insani.Maarif bir həqiqətdir, silər mir'ati-idrakı,Maarif bir ziyadır kim, qılar tənvir vicdani.Maarif vaqif eylər şəxsi-əsrari-xəfayayə,Maarif kəşf edər insanə mə'nizari-imkani.Maarifsiz olardı sirri-xilqət cümlə əfsanə,Maarif kəşf qıldı aləmə əsrari-pünhani.Maarifsiz cahanda qabil olmaz bəxtiyar olmaq,Maarif bir səadətdir edər məs'ud insani.Kəmali-şövqlə talib olaq kəsbi-kəmalatə,Beşikdən qəbrədək təhsil edək adabu irfani*,Əgər Çin ölkəsində olsa cuyəndə olaq elmi*,Qılıb kəsbi-fəzail, edəlim tövsi'i-ruhani.Ülumə talib olmaq fərzdir mərdanü nisvane,Edib mə'mur elmə bizləri məhbubi-yəzdani.Yetər qəflət, yetər zillət, yetər bu xabi-bipayan,Deyil yatmaq zamanı, sübh açılmış, dəhr nurani.Cəhalətpərvəranın xoşca bir tənzir edək halın,Düçari-möhnət olmuşdur gərək ruhani, cismani.Olurmu elmpərvərlə bərabər cəhlpərvər? Heç!Deyil dürri-ziyadarə müadil səngi-zülmani.Buyurmuş fəxri-aləm*: "Elm bir nuri-ilahidir",Cəhalət isə bir zülmət, edər gümrah insani.Demiş ol fəxri-kövneyn: "Aləmi seyri-sülukimdə -Cəhalət əhlini gördüm düçari-qəhri-rəbbani".Maarif müflisi dünyadə, üqbadə siyəhrudur -Ki: "əlfəqrü səvadül vəch"* ...cəhlin oldu bürhaniOturma cuşeyi-qəflətdə, təhsili-fünun eylə,Maarif "kənzi-layəfn”, qəni eylər fəqirani.Cəhalət bir mərəzdir, yox əlacı elmdən başqa,Cəhalət şum bir bayquş, qılar viran imrani.Cəhalət əhli nabina, ülum ərbabi binadır,Cəhalətpərvəran zülmət, maarif əhli-nurani.Qılar elmü ədəblə kəsbi-vüs'ət ne'məti-adəm,Olur rizqi kimi dar cahilin həmyani-əz'ani.Demiş fəxri-rüsül: “Rəbbim, mənim əfzun qıl elmim",Şu bəhri-elmə bax, istər düri-şəhvari-ürfani.Cənabi-Xızrda çün var idi elmi-lədünniyyat.Ona şagird oldu dinlə, gör Musayi-imraniXızrvəş sən də olmaq istər isən arifi-mə'na,Maarif çeşməsindən iç doyunca abi-heyvani.Əzəl nazil olan surə rəsulüllahə "içrə..."dirKi: "iqrə bismi rəbbik"...eyləyir təzyin Qur'ani.Buyurmuş həzrəti-heydər: "Pədərsiz kəs yetim olmaz.Yetim ol kimsədir, əlhəq ki, yoxdur elmü ürfani”.Hədisi-qüdsdə vardır: Təbiət kənzi-məxfidir,Bunu kəşf etməyə olsun gərək insanın ürfani.Maarif olmasaydı, kənzi-məxfi kəşf olunmazdı,Qalardı hər kəs avarə, tutardı rahi-xüsrani.Dilərsən agəh olmaq gər bu tilsimgahi-nasutə,Nəfəs olduqca təndə, qeyrət et, kəsb eylə ürfani.Maarif bir nigari-dilpəsəndü şivəpərvərdir,Gələndə cilvəyə məftun edər cənnətdə hurani.Maariflə qılıbdır əhli-aləm kəsbi-ünsiyyət,Maarif eyləmiş heyvandan təmyiz insani.Maarifsiz bu aləm bir xərababadi-vəhşətdir,Maariflə təməddün eyləmişdir aləmi-fani.Maarif sayəsində kəşf olundu bunca sən'ətlər,Maariflə tərəqqi eyləmişdir qövmi-nəsrani.Dağılmaz küfrlə bir mülk, zülm ilə olur viran,Budur: viran edibdir zülm darülmülki-İrani.Cəhalətdir əsası zülmü cövri-xanimansuzun,Maarif olsa, zülmün məhv olur, əlbəttə, bünyani.Bədayegahi-sün'ün bilmək istərsən rümuzatın,Bu yolda ittixaz et kəndinə rəhbər "Dəbistan"*Dəbistan olmasa aləm deyilmi saheyi-vəhşət?Dəbistan ilə vəhşətdən çıxıbdır növ'i-insani.Sizə neypareyi-atəşfəşanım söyləyir hər an:Deyil yatmaq zamanı, sübh açılmış, dəhr nurani.Ülumun sizlərə qüdsiyyətin söylər xülusanə -Məhəmməd Hadiyi-Əbdüssəlimzadə Şirvani.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-lovheyi-tesviri-maarif
Use ← → keys to move, R for a random poem
More by this author
Rövşənayi-leyldə bir xərabəzarın mənzərəsi*Mehtab bir şəb idi, hava müşkbar idi,
Şikvayi-aşiqanə, yaxud əlhani-pərişan1Ey atəşi-eşqi məni hər dəmdə yaxan yar!
Şərareyi-ruhTükəndi ömri-qiymətdarımız bidad altında!Qarardı nuri-iste'dad istibdad altında!
Səhneyi-mübarizeyi-həyatda şanlı insanlarGirdbadi-həyat önündə bəşər,Müttəsil, mütəssil digirləniyor,
Poems by other poets · Wisdom and advice
Zənn eylədi, cahil bu cahan cahilə qaldı,Cahillə mənim söhbətim İsrafilə qaldı.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
بر دیر مغان گذر نداریاز مستی ما خبر نداری
Mən istərəm bu meydanda nər indiAy ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.