Ümid əzrailə qaldı
Zənn eylədi, cahil bu cahan cahilə qaldı,Cahillə mənim söhbətim İsrafilə qaldı.
Allahsıza başda yer edib, daşda yatanlar,Günlərlə günah eylədi, gün ah ilə qaldı.
Dünya cana gəldi, təzə dünyanı doğunca,Həvva gəlişindən bu yana hamilə qaldı.
Qabil də müsəlman idi, Habil də müsəlman,İlk dəfə paxıllıq eləmək Qabilə qaldı.
Daxildəki işlər pas atıb, xaricə çıxdı,Xaricdəki paslar tökülüb daxilə qaldı.
Yerdən üzülənlər üzünü göylərə tutdu,Göydən süzülənlər isə üç aqilə qaldı.
Peyğəmbər ilə dövri-Qiyamət arasında,Ön dördə bərabər yazılan fasilə qaldı.
Bir gün bu çörəksizlər imansızlara döndü,Axırda ümidlər yenə Əzrailə qaldı.
Hey topladı heç bilmədi bölməkdədi qismət,Dünyaya vurulduqca əməl hasilə qaldı.
Dərya ləpələndikcə zibillər üzə çıxdı,Dalğa səpələndikcə zibil sahilə qaldı.
Göylər yerə endikcə yerin sirri açıldı,Yer sirri açıldıqca Günəş Mah ilə qaldı.
Pünhan, kimin eşqilə bəşər xəlq olundu,Axırda o dünya ilə, o Ailə qaldı.
31 iyul 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-umid-ezraile-qaldi
Use ← → keys to move, R for a random poem
More by this author
Ey çərxi-fələk, bir belə dövranına bir qoz,Şeytan oturan çərxi dəyirmanına bir qoz.
Meymun olmuşuqBir zamanlar biz əsiri-eşqi-Məcnun olmuşuq,İndisə bir fahişə mislində məlun olmuşuq.
Hinger Hayıstan güdürükGüdürük, can güdənik canı qoyub can güdürük,Özümüzkün havayı, özgəni pulnan güdürük.
Zəhləm özümdən gedirDiş tökülür, bel sınır, nur gözümdən gedir,İt gününə düşmüşəm, zəhləm özümnən gedir.