Guş qıl dövrün səsi, ey dil, sədayi-Surdur,Çünki dünyanın işi bir həlli yox düsturdur.

Bar çox, bağban zəif, nadan dərib getmiş heyif,Bağban peşman oturmuş, çünki bağlar urdur.

Dəhrdə çox dağlar var ərşə söykənmiş durar,Leyk Tur məşhurdur ki, vəyh dağı Turdur.

Bürcüm əqrəbdir sözümnən əjdəhalar yıxmışam,Əjdaha yıxmaqda sanma təkcə Bəhram Gurdur.

Həqqdən buyrulsa da İslamda qan tökmək haram,Bəzən insan alçağı öldürməyə məcburdur.

Gündə yüz yol darə çəkmişdir məni bəd ruzigar,Daridə hər gün mənəm, məşhur olan Mənsurdur.

Ləşkəri-sadiq necə hifz eyləsin torpaqları,Ləşkərə yol göstərən quldur əgər məmurdur.

Pünhanı çox dərdləri qəlbində pünhan olsa da,İntiqam dərdiylə küllü aləmə məşhurdur.

12 mart 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland