Üçüncü şəkil
Həmin otaq Əmiraslan, Simon, Əhəd, Zeynal.
Ze ynal. Əmiraslan, Simon olmasaydı, İndi biz yığılıb başımıza döyüb “yoldaş vay” deyə ağlayırdıq.
Əh ə d. Simon yaxşı yoldaşdır. O istəyir ki, ona hər bəla toxunsun, amma yoldaşına heç bir şey olmasın.
Əmiraslan. Simon çox sağ olsun, məni təzədən dirildib anama verdi.
S imo n. Əmiraslan, bunlar danışırlar qoy danışsınlar, mən ki, bir böyük iş görməmişəm.
Ze ynal, Əhməd, Əmiraslan. Bundan böyük nə iş ola bilər!
Simon. Mən öz yoldaşlıq borcumu yerinə yetirmişəm. Yoldaş yoldaşının yolunda canından keçməsə, onun qiyməti bir qəpikdir.
Əh ə d. Sağ olsun Simon!
Zeynal (Simona). Gözəl söz dedin, yoldaşlıqda belə olmaq gərək.
Əh ə d. Simon, səndən bir söz soruşum. Necə bilirsən, suya batan sən olsaydın, Əmiraslan canından keçib özünü sənin dalınca suya atardımı?
Əmiraslan (Əhədə). Bu nə sualdır? Mənim gözümün qabağında yoldaşım suya batsın, mən də oturub tamaşa eləyim?
Əh ə d. Bilirəm, zarafatla soruşdum.
S imo n. Bir dəfə mən tramvaydan yıxılmışdım. Ayağım çıxmışdı.
Əmiraslan məni məktəbdə görməyib, dərsdən çıxan kimi yanıma yüyürmüşdü. Məni yerdə uzanmış görüb başladı gözlərindən yaş töküb ağlamağa. Mən nə qədər dedim: “Ay Əmiraslan, bir şey olmayıb, ayağım çıxmışdı. Həkim gəldi yerinə saldı” kiridə bilmədim. Axırda atam güclə onu kiritdi. Əmiraslan belə yoldaşdı.
Ze ynal. Əhəd zarafatla soruşdu. İş bir tək yoldaşlıqda deyil. İnsan insanı fəlakətdə görəndə borcludur kömək eləsin.
Kəblə Rəcəbəli (daxil olur). Ay uşaqlar, yenə də söhbət edirsiniz? (Simona) Bala, necəsən, yaxşısanmı?
Simon. Yaxşıyam, əmi, sox sağ olun!
Kəblə Rəcəbəli. Bir yerin ağrımadı?
Simon. Yox, əmi heç yerim ağrımadı. Qapı döyülür.
Kəblə Rəcəbəli. Yəqin gələn Mirzə Heydərdir. (Gedib qapını açır.)
Mirzə Heydər (Simonun atası ilə daxil olur). Salaməleykum! (Kəblə Rəcəbliyə) Kəbləyi, tanış olun, Simonun atasıdır.
Kəblə Rəcəbəli. Simonun atasıdır? Çox gözəl. (Əl verir.) Çox xoş gəlibsiniz! Mirzə Heydər, sağ ol ki, mənim bu kasıb evimə belə əziz qonaq gətirdin.
Simon və Əmiraslan qonağın qabağına yüyürürlər.
Əmiraslan. Əmi, Simonun suya batdığını eşidib qorxmadınız ki?
Simonunatası. Əlbəttə qorxdum və dedim bir xata olmasaydı,
Mirzə Heydər mənə telefon eləməzdi.
Kəblə Rəcəbəli. Mirzə Heydər sizi nahaq qorxudub. Ancaq o sizə xəbər verməsəydi, bilmirəm mən harada sizinlə görüşüb tanış olacaqdım. Mənim ayağım şəhərə çox az düşür.
Simonunatası. Mən də Əmiraslan kimi bir tərbiyəli balanın atası ilə tanış olmaqdan məmnun oldum.
Kəblə Rəcəbəli. Onun tərbiyəli olmağına səbəb mən deyiləm, bax bu Mirzə Heydərdir. Gözəl tərbiyə verir uşaqlara, çox gözəl!
Mirzə Heydər. Kəbləyi, deyəsən yavaş-yavaş mən deyənə gəlirsiniz.
Kəblə Rəcəbəli. Daha nə deyim?! Kor da bilir ki, balıq şordur.
Simonunatası. Mənim bu yerlərə gəldiyim iyirmi beş ildən artıqdır. Əvvəl gələndə qonşular hamısı mənə əyri gözlə baxırdılar. Heç birisi etina eləmirdi. Qab-qazan istəyəndə vermirdilər ki, murder olar. Qab-qazan dursun qıraqda, balta da vermirdilər. Mənim böyük oğlum o vədə altı-yeddi yaşında idi. Hər gün ağlaya-ağlaya üstümə gəlirdi ki, türk uşaqları məni döydülər. Deyirdi, mən də böyüyəndə onları döyəcəyəm. Mən ona nəsihət elərdim, deyərdim: “Onlar anlamırlar. Sən ağıllı uşaq ol, heç kəsə dolaşma”. İndi işlər başqa tərzdədir. Özünüz görürsünüz ki, yoldaşlar arasında millət ayrılığı yoxdur. Hamısı bir-birilə qardaşcasına rəftar edirlər, hətta bir-birlərinin yolunda canlarından da keçirlər. Bu, Şura hökumətinin beynəlmiləl tərbiyəsinin nəticəsidir.
Kəblə Rəcəbli. Beynəlmiləl tərbiyənin nə olduğunu Mirzə Heydər mənə dürüst anlatdı. Çox sağ olsun, gözəl tərbiyədir, çox gözəl!
Mirzə Heydər. Kəbləyi, burada bu saat iki millət nümayəndəsi var. Biri siz, biri də Simonun atası. İndi mən sizdən bir şey xəbər alım. Belə oturub iki qardaş kimi söhbət etmək yaxşıdır, ya bir-birinizə murdar deyib vuruşmaq?
Kəblə Rəcəbəli. Bu bir sual deyil, aydındır ki, dünyada mehribançılıqdan gözəl şey yoxdur.
Mirzə Heydər. İndi götürək tamam dünyanı. Dünyada yaşayan millətlərin sayı-hesabı yoxdur. Bu millətlər hamısı bir-birilə qardaş kimi dolansalar yaxşı olar, ya həmişə bir-birinin əleyhinə müharibəyə hazırlaşsalar və hərdən bir də vuruşub milyonlarla xalqın qanını töksələr?
Kəb lə Rəcəbəl i. Əlbəttə millətlər qardaşcasına dolansalar, heç müharibə də olmaz. Hər yerdə qurd qoyunla bir yerdə otlar.
Simonunatası. Müharibə üçün top-tüfəngə, adam boğan qaza, pulemyota tökülən xərc millətlərin tərəqqiləri və ehtiyacı yolunda sərf olunar.
Mirzə Heydər. Bu da bağlıdır İndiki millətçilik tərbiyəsini buraxıb beynəlmiləl tərbiyəyə keçməyə. Nəhayət, kapitalizm ölkələrində tərbiyə ancaq bir milləti o biri millətin əleyhinə qaldırmaqdan, bir sinfi o biri sinfin üzünə durğuzmaqdan, kralların, sərvətdarların istifadəsi üçün millətləri bir-birilə vuruşdurmaqdan ibarətdir. Belə fəlakətlərin önünü almaq və millətlər arasında qardaşlıq yaratmaq üçün uşaqları, onların başını millətçilik mövhumatı ilə dolduranların əlindən alıb beynəlmiləl tərbiyə altına cəlb etməkdir. Bu vəzifəni ancaq Şura tərbiyəsi öhdəsinə almış.
Kəb lə Rəcəbəl i. Şura hökuməti öhdəsinə gözəl tərbiyə götürmüş, çox gözəl!
Simonunatası. Axırıncı Avropa müharibəsində azından bir milyon adam tələf oldu və bir elə də adam əlil, şikəst olub çörək qazanmaq iqtidarını itirdi. Bunların hamısının ailələri ac və çılpaq qaldılar. Bu nə üçün idi? Ancaq necə ki, Mirzə deyir, sərvətdarların istirahəti üçün və müharibədən sonra alınan yerlərdə, məmləkətlərdə zavodlar, fabriklər bina edib, ticarət açıb yerli əhalini soymaq üçün. Beynəlmiləl tərbiyə belə şeylərə intiha qoya bilər.
Mirzə Heydər. Beynəlmiləl tərbiyənin bərpası üçün dünya inqilabı lazımdır. Bu da yəqin olacaq. Biz Avropa burjuaziyasının güngündən nüfuzunu itirməsini və proletariatın gün-gündən qüvvətlənməsini aydın görürük.
Kəblə Rəcəbəli. Çox gözəl, çox gözəl!
Simonunatası. Söhbətimiz çox şirinləşdi. Çifayda poyezdin yola düşməsinə az qalıbdır. Gərək evə qayıdam. Arvad nigarandır. (Oğluna) Simon, hazırlaş gedək.
Kəblə Rəcəbəli. Elə şey yoxdur. Siz mənim əlimə göydən düşübsünüz. Çayımız hazırdır, bir az çay içərik, sonra da bir yerdə şam eləyib doyunca söhbət elərik və gecə də mənə qonaq olacaqsınız.
Simonunatası. Mən yenə deyirəm, arvad nigarandır, yoxsa çox həvəslə qalardım.
Mirzə Heydər. Mən bu saat gedib telefonla sizin xanıma xəbər verib, onu arxayın elərəm.
Kəblə Rəcəbəli. Bu çox gözəl olar, çox gözəl!
Simonunatası. Onda bahəm gedək telefona, arvad mənim öz səsimi eşitsə daha da arxayın olar.
Mirzə Heydər. Onda buyurun gedək. (Kəblə Rəcəbəliyə) İndi, kəbləyi, fikriniz nədir? Əmiraslanı evdə saxlamaqdı, ya mənimlə yenə şəhərə göndərmək?
Kəblə Rəcəbəli. Apar, apar, çox həvəslə verirəm.
Mirzə Heydər. Çox gözəl! (Simonun atasına) Buyurun gedək!
Kəblə Rəcəbəli. Mən də sizinlə gedirəm. Söhbət edərik, gedib gələrik.
Mirzə Heydər. Çox yaxşı olar! Çox gözəl!
Gedirlər
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-cox-gozel-ucuncu-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
“Qasım əmi, dur qapını cəftələ; Qorxuram adın yazıla dəftərə”.*Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar. O da öz haqqında bu zülmü görüb acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır. O kağızları alanlar, onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədənfilandan yazırlar... Mətləbdən uzaq düşdük.
Şikayət“Sər bə zəmin düm bə hava mikünənd Yəni ibadət bə xuda mikünənd”.*Ramazan daxil olub, yarmarkalar... bağışlayın, səhv etdim... məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar. Yəni moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi.
Dəccalabad“Hərdəm bə libasi digər on mar bəraməd Gəh gürzə ilan şüd, Gəh mərsiyəxan-şüd,*Gəh afəti-can şüd,*
Yaşılbaş sona“Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası heyf ki, yoxdur”.*Vaqif
Poems by other poets
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
YaxşıdıDəli könül, məndən sənə əmanət,Demə bu dünyada qalım yaxşıdı.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.