Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.

Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.

Ərəb əlifbasının dəyişilib və təzə bir şəkil almasının ilk tərəfdarı Mirzə Fətəli Axundzadədir.

Mirzə, bu yola qədəm qoymasının səbəbini öz tərcümeyi-halında belə yazır: “Çun tafeyi-islamın miləli-müttəhidinə, dalda qalmasına səbəb əvvəl dini-islam və İkinci, əlifbayi-ərəbdir, o səbəbdən bu əlifbanın təğyiri yolunda çalışmamı vacib bildim”.

Mirzə, əslən, soldan sağa yazmağın tərəfdarıdır. Hətta belə bir əlifba da təklif edirdi. Bu əlifbanı “Dan ulduzu” məcmuəsinin 12-ci nömrəsini oxuyanlar görmüşlər.

Mirzə, İran Vəzarəti ülumuna göndərdiyi ərzi-halda belə yazır: “Bilmək lazımdır ki, hər gunə xətti sol tərəfdən sağ tərəfə çəkmək sağdan çəkməkdən asandır. Kağız üzərinə səttarə qoyub xətt çəkənlər bu keyfiyyətin dürüstlüyünü təsdiq edərlər. Bəs biz islam tayfası ki, xətti sağdan sola çəkirik, öz-özümüzü süubətə mübtəla edirik, amma nə etməli, taqsır bizdə deyil, atababamızdadır ki, sağdan sola yazmağı icad ediblər və biz bu gün bu rəsmin təğyirini öz qüvvəmizdə görmürük və bu cəhətdən ki, biz, sağdan sola yazırıq. Lazımdır ki, mürəkkəbimiz firənglərin mürəkkəbləri kimi cari və su kimi dolmasın, bəlkə çox qəliz və ipək sapa bulanmış olsun və həmçinin quş qanadından yapılmış qələmlə yazmağı bacarmırıq, naçarıq ki, qəmiş qələmlə yazaq. Həmçinin kürsüdə əyləşib masa üzərində yazmağı bacarmırıq, yerdə əyləşib, ikiqat olaraq dizimiz üstündə kitabət etməyə məcburuq. İkinci növ əyləşməyin birinci növ əyləşməyə nisbət məşəqqəti aşikardır. Əlavə, firənglər tək bir hərfi öz şəkli əslində yazsaq, hər dəfə qələmi kağızdan götürmək məcburiyyətində olacağıq və kağız hər iki və üç qat məsrəf olacaqdır. Görünür, ata-babalarımız bu əlifbanı icad edəndə iqtisad məsələsini nəzərə alıbdırlar. Əgər hərflərin şəkliəslilərini saxlamağı lazım bilsək, naçar gərək biz də firənglər kimi soldan sağa yazaq. O vaxt cəmi əşkalat rəf olar, amma dedik ki, bu növ təğyir ələz-zahir bizim qüvvəmizdə deyil, bəs gərək bir xətt icad edək ki, onun hər hərfinin ancaq bir şəkli olsun ki, çap işi də bir növ yüngülləşsin”.

Burada Mirzə, təzə icad etdiyi əlifbanı göstərir. Bu əlifba, bir türk dili üçün olmayıb, ərəb və fars dilləri də nəzərə alınıb. O səbəbdən ərəb əlifbasının hamı hürufatı üçün, hətta sükun üçün də əlamət göstərilir.

Vaxtın təqazasına görə təzə əlifbanın həyata keçməsinə osmanlı və İran hökumətlərinin savabdidləri olmasını yəqin edib. Mirzə 1863-cü sənədə Istanbula gedir və osmanlı hökumətinə əlifbasını ərzi hali ilə bahəm təqdim edir. “Cəmiyyəti-elmiyyəyi-osmaniyyə” neçə gün bu əlifbanın tədqiqinə məşğul olub, hüsni-rəğbət də göstərir və axırda “bunun vaxtı hala yetişməmiş” deyib, əlifbanı rədd etdilər. Bu yerdə Istanbulda müqim Iran vəziri-müxtari Hüseynəli xan bir çox çirkin rol oynamışdır.

Bu adamın sabiq Tiflis general-konsulu olduğu zaman Mirzə ilə şəxsi bir ədavəti var imiş. Mirzə Istanbula varid olduqda, Hüseynəli xan onu öz evinə aparıb, köhnə ədavəti unutmuş adam kimi neçə gün Mirzəni evində müsafir saxlayır və ona bir tərəfdən izzət-ehtiram göstərir, o biri tərəfdən osmanlı hökuməti dairələrində Mirzənin əlifbasının məqbulu əleyhinə var qüvvəsi ilə çalışır və əlifbanın həm osmanlıda, həm İranda məqbul olmamasına səbəb həmin bu şəxs olur.

İndi Mirzənin vəfatından əlli il keçir. Əgər ona qəbirdən bir dəqiqəliyə baş qaldırıb ətrafa bir nəzər salmaq mümkün olsaydı, o vaxt cəmi arzularının həyata keçməsini, yetirmək istədiyi və yolunda üqubətlər çəkdiyi ideyalarının tətbiqini görüb, dərin bir nəfəs çəkib, həmişəlik rahat yatardı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Keçmiş günlər

Qəza ispolkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov (sabiq Süleyman bəy Qurbanbəyov) çayçı dükanının qabağında bir stəkan acı çay ilə damağında bir uzunquyruq Şəki demisi, kəmaliistirahətlə əyləşib, Həsən Dadanov maxorkasının tüstüsünü halqahalqa havaya buraxmaqda idi. Onun ətrafında əyləşən beş nəfər şəxs həmçinin qabaqlarında çay, damaqlarında papiros, Süleyman bəyin söhbətinə huşü guşla qulaq verirdilər.Bu adamlar bunlar idi: qəza ispolkom sədrinin müavini Sadıq Cavadov (keçmişdə Süleyman bəyin faytonçusu Sadıq), qəza kuryeri Süleyman bəyin xalası oğlu Cahangir Nuru oğlu (keçmişdə Cahangir bəy Nurubəyov) və kənd qarovulçusu Qasım (sabiqdə Qasım yüzbaşı). Süleyman bəy keçmiş günlərdən, Tiflis, Kislovodsk, Valadiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəslə laf vurmaqda idi.

9 min
Uca dağ başında

Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.

15 min
Seyidlər ocağı

Məlumdur ki, islam və xüsusən şiəyi-Əmirəlmöminin vilayətlərinin cəmi ehtiyacatını: istər xeyirdə, istər şərdə, rəf edən İrandır.Əgər Iran olmasa idi, bilmirəm, bu yazıq camaat haraya gedərdi. Şad günümüzdə Iran bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymun oynadanlar, ayı oynadanlar göndərir.

7 min
Qəndil

Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi.Qubernatordan tutmuş axırıncı pristavadək onun evinə gələrkən “hər barədə” razı gedərdi. Kimin Iskəndər bəyin əlindən hökumətə şikayət eləməyə cürəti vardı?

5 min

Poems by other poets