Üçüncü məclis
Page 2 of 2 · 50%
Ələsgər. Ala, tut pulunu, deyirəm sənə. And olsun Allaha, hirsimin tutmuş vaxtı səni o qədər vurram, şişib tuluğa dönərsən! (Məşədi İman pulu alır.) Di çıx buradan, qırışmal, məlun, tez ol! (Məşədi çıxır, qardaşına) A kişi, bu nədir, bu sənin adına-sanına dəyərmi? Bir parça çörəyin var idi, axır niyə tökdün itlərə, tələf elədin, özünü də bu günə saldın? İndi hər it-qurd üstünə əl açır. Sənə doğru söz deyəndə də cinin tutur.
Hacı Mehdi. Qardaş, dəxi sənə mənim heç bir sözüm yoxdur. Durub başımı yarsan sənə bir söz demərəm. (Qəssab Nəbi girir içəri.) Nəbi. Salaməleyküm.
Hacı Mehdi. Əleykəssalam, ağa Nəbi, buyur, buyur. Hamısı Əyləşir.
Ələsgər oturur hacının yanında.
Nəbi. Hacı, nə var, nə yox? Əhvalın necə keçir?
Hacı Mehdi. Allaha şükür, görürsən də. Yaxşı-yaman dolanırıq.
Nəbi. Bilirsən nə var? Mən bir işdən ötrü gəlmişəm yanına.
Hacı Mehdi. Bəli, buyurunuz.
Nəbi. Bu gün Güllü gəlib evə, ağlayır, deyir ki, mən orada dolana bilmirəm. Görünür korluq çəkir, ac qalır. Mən də, doğrusu, atayam, ürəyim qızıma yanır, yazığım gəlir və bilirəm də, siz bir az əli aşağı olmusunuz. Sənə də iki övrət saxlamaq çətİndir. Mənim qızım da, allaha şükür, sənin evində beş-altı ildir övrətlik edir. İndi ki uşağı-zadı da olmayıbdı, xahiş edirəm sizdən: gəl sən bu qızın talağını ver, aparım evimə, sənin də işin bəlkə bir az yüngülləşə.
Hacı Mehdi. Ay ağa Nəbi, sən bu təklifi mənə eləmə. Çünki övrət boşamaq asan iş deyil. İndiyədək saxlamışam, yenə bir tövr səbr eləsin, bəlkə Allah yenə elə bir iş düzəltdi ki, əlimə pul saldım. Deyirlər vağzalda buğda bir az baha olub. Fikrim var ki, bir dövlətli adam ilə şərik olum. Pulu ondan, zəhməti məndən. Arpa, buğda aparam satam, bəlkə bir sayaq ola.
Nəbi. Yox, hacı, sən gəl bu qızın talağını ver. Başına çevir, tək qızdır, uşaqsız-zadsız.
Ələsgər. Qardaş, ağa Nəbi, vallah, çox yaxşı söz deyir. Dəxi niyə dayanırsan? Sən özün yaxşı bilirsən ki, iki övrət sənin boynuna bir yükdür. Məni öz tərəfindən vəkil elə, ağa Nəbi ilə gedim qazının yanına, talağını geri oxudaq, qurtarsın, getsin. (Yavaşca hacıya) A kişi, daha dayanmaq yeri deyil, başından elə bu bihəyanı getsin. (Ucadan) İndi sözün nədir, hacı?
Hacı Mehdi. Balam, vallah heç bilməyirəm nə deyim, qalmışam naçar.
Nəbi. Hacı, elə siz gəlin razı olun. Qədim dostluq da aramızda itməz, məni də özündən razı elərsən və öz işin də bir az yaxşı olar.
Hacı Mehdi. Hərçənd bacardığım yerədək razı olmazdım, amma əlacım yoxdur. Qardaş, ağa Ələsgər, get Nəbi ilə qazının yanına, hər tövr buyurur, elə elə.
Nəbi. Gedək, ağa Ələsgər. Hacı, Allah atanı behiştlik eləsin. Elə bil bir kəniz azad elədin. Ağa Ələsgər, buyur gedək.
Ələsgər. Siz gedin, mən də yarım saatdan sonra dalınca gələrəm.
Nəbi. Yaxşı, mən gedim dükana, orada səni gözlərəm, gələrsən dükana, bir yerdə gedərik.
Ələsgər. Get, yaxşı bir saatdan gələrəm.
Nəbi. Xudahafiz. (Gedir.)
Hacı Mehdivə Ələsgər. Müşərrəf, müşşərəf, göz üstə gəldin.
Ələsgər. Qardaş, beş vaxt namaz yerinə İmdi gündə on vaxt qıl. Gecəgündüz Allaha şükür elə ki, bu bihəyanın əlindən qurtardın. Hələ bircə de görüm Sənəm bacı evdədirmi?
Hacı Mehdi. Evdədir, odur ha bəri otaqda, çağır gəlsin. (Ələsgər gedir,) Pərvərdigara, sənə çox şükür olsun, İndi bir az nəfəsim rahat oldu. Hərçənd kasıb olmuşam, var-yoxum əldən gedib, amma yenə atalar məsəlidir: azacıq aşım, ağrımaz başım. Əlimə az-çox, daşdan yumşaq, nə düşər, yeyib sənə çox şükür elərəm.
Ələsgər ilə Sənəm gəlirlər.
Ələsgər. Bax, Sənəm bacı, bu sənin ərin, sən də onun arvadı. İndi bir parça çörəyinizi yeyin, Allahınıza şükür eləyin. Mən də gedim bu saat gəlini sizin başınızdan rədd eləyim. Sənəm. Necə rədd eləyim?
Ələsgər. Bəs sənin görünür işdən xəbərin yoxdur. İndi Nəbi gəlmişdi ki, hacı, qızım burada çox korluq çəkir, nə olar, onun talağını verəsən. Hacı vermək istəmirdi, amma mən təkid elədim, hacı razı oldu. İndi məni vəkil eləyib, gedirəm qazının yanına işi tamam eləyim.
Sənəm (hacıya). Kişi, qulaq as. Bu ətəyimin qızılı, bu yaxamın qızıllı düymələri. İndiyədək hərçənd görürdüm, sən korluq çəkirsən, amma mən də öz qədrimi bilən adamam. Görürdüm o biri arvadın qızılgümüş içində gəzir, mən də gəzirdim. İndi onu başdan elədin, mən də bu ətəyimin otuz imperialını, yaxamın qızıllarını söküb verirəm sənə, apar sat, bir dükan aç, otur içində, qazan gətir, rahat yeyək, Allahımıza şükür eyləyək.
Hacı Mehdi. Sənəm, mənim səndən çox xəcalətim var.
Sənəm. Kişi, İndi keçən keçibdir, Allah şeytana, şeytansifətə lənət eləsin. Bilirəm, səndə təqsir yoxdur. Allah mərdümazarın evini yıxsın.
Hacı Mehdi. Ələsgər, buraya gəl. (O üzündən, bu üzündən öpür.)
Qardaş, sənin qədrini mən İndiyədək bilməzdim. İndi bildim ki, sən məni istəyirmişsən. Allah səndən razı olsun, necə ki mən səndən razı oldum. Qurbanın olum, Ələsgər, get o bihəyanı mənim başımdan rədd elə.
Ələsgər. Bu saat gedirəm. İndi, qardaş, yedin qaz ətini, gördün ləzzətini. Bir də ağlını uduzma.
Hacı Mehdi. Get, get, başına dönüm. (Ələsgər gedir.) Sənəm, sənin yanında mənim təqsirim çoxdur, məni bağışla. (Boynunu qucaqlayır.)
Sənəm. Allah bağışlasın, kişi, keçən keçib, İndi gələcək fikrini çəkək.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-yeyersen-qaz-etini-gorersen-lezzetini-ucuncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.
Bizim yabılığımızMəlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.
Tənqidə tənqidDüşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.
İki ilİki ildir ki, Sabirimiz əlimizdən gedib. İki ildir ki, Hophopumuz mollanümalara, zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub, axırda məclisi-millini topa tutduran şah rahatlıq verməyinin səsi kəsilib.Övrətlər oxuyarlar: düşmənə xəbər olsun – hasil diləklər. Düşmən sevinir.
Poems by other poets
Məgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
GördümÇəmənlər qoynunda, güllər içində,Mən səni çiçəklər əlində gördüm.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi