Kənd mahnıları
Çıx dağ ardından qızıl gün,Yurdsuz qalanı bir düşün!Dünyanı qızdır, ərit qar,Qoyma körpələr üşüsün!
Daşma çay! Daşma, bir çəkin,Yol üstündə var bağ, əkin.Daşma, kəndləri yıxma sən!Xalq itirməsin əməyin.
Ey böyük Tanrı, ey pədər!Qoy yurddan çıxsın tüstülər...Söndürmə şamı, ocağı,Ellər olmasın dərbədər.
Yolunu kəs düşmənin,Burax günəşi, et aydın.Bu yerləri gülləndirənMin kişidir, min qadın.
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-kend-mahnilari
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Yaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Rubaiyat, 119ای فتنهٔ خاص ای بلای دل عامخورشید فلک روی تو را گشته غلام
Müqəddəs adətlərMüqəddəs adətlər ucaldır məni,Mən onun eşqiylə yaşayam gərək.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,