Şerin dili
Qızıl, gümüş, ipək xalça, daş ayna,Bir tacirə yetər, onu şad edər.Bir rahibdən sual etsən, cənnətdənVerər sənə gözəl-gözəl xəbərlər!..O, şübhəsiz, öz sözünə inanmaz,Bu dünyanın gözəlliyin dananmaz.
O, həqiqi şairikən, şairi,Dəli sanar, şerə nəzər eləməz.Eşitməzsə sağər dünya nəğməsin,Kor da onun gözəlliyin biləməz.Başqa bir göz, başqa duyğu gərək ta,Gözəlliyin rəngi ola Hüveyda...
Bir siyasi nəzər qılmaz, gecəylən,Olurkən ay meşələrdə nümayan,Ay işığı, günəş aydınlatmaz heç,Onun tutqun göylərini heç zaman,Filosoflar şeri ilham sayarlar,Həqiqətin nəğməsini duyarlar!
Lakin şerin ilahəsi bir qadın,Bəyəndiyi ancaq məxmər, ipəkdir,Ona almaz, qızıl küpə, al örpək,Bir də dəli bir sevdaşı gərəkdir!
Şer yalnız odlananlar üçündür,Şerin dili atəşindir, dərindir...
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-serin-dili
Use ← → keys to move, R for a random poem