Mənim gündəliyim şeirlərimdir,Mənim şeirlərim bugünkü həyat,Döyüş, mübarizə, ayrılıq, ümid.Sabahkı qurtuluş, sabahkı nicat.

Asta çal, asta çal, döyüş marşımızNarahat etməsin qoy yatanları.Parlaq ulduz kimi göylərimizdə,Tez çıxıb, alışıb, tez batanları.

Vətəndən ayrılan illərdə dostlar,Ürəkdə var idi zülüm qorxusu.Arzular yaşardı ürəyimizdə,Ortada yox idi ölüm qorxusu.

Cavanlıq qürbətdə çapdı atını,Otuzu, əllini tez vurduq başa.Bir vursun yenə də ürəklərimiz,Bizim həsrətimiz, dərdimiz qoşa.

Hamını itirib, sizləri tapdım,Qəribə ruhu var mühacirətin.Həmdəmi olmuşuq eyni arzunun,Qonağı olmuşuq eyni həsrətin.

Bu gün də birini silahdaşların,Aparıb tapşırdıq yeni mənzilə.Sabah növbə kimin olacaq, aman,Həyat belə getdi, ömür də belə.

Bilsəniz ölümü, doğmalar kimi,Necə də ağırdır dostun, yoldaşın.Ey dostlar, yaşayaq ilk bahar kimi,Xəzanı olmasın bir vətəndaşın.

Bizi tərk etməsin gənclik, arzular,Bizim kədərimiz, möhnətimiz bir.Gözü yolda qalan vətənimiz var,Vətən ayrılığı, həsrətimiz bir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation