Alim var...
Alim var, kosmosa tutub üzünü,Parlaq ulduzların batır içində.Alim var, qırx ildir yumub gözünü,“Poçt qutusu”nun yatır içində.
Alim tanıyıram, qoca QafqazınÇeşmə tək durulub dibindən çıxır.Alim var, sol əli Salman Mümtazın,Sağ əli Hümbətin cibindən çıxır.
Alim var, görəndə gözlərin gülür,Deyirsən: – Nə gözəl, nə mehribandır.Alim var, dinəndə ətin tökülür,Alim tanıyıram, Allah amandır!..
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-alim-var
Use ← → keys to move, R for a random poem
More by this author
Bir suyun başında məskən salaraq,Bir yurdda min ocaq çatdı babalar.
Yaş altmışdırUşaqlıq quş kimi uçdu əlimdən,Cavanlıq car çəkib, köçdü elimdən.
Qayıt, uşaqlığımQayıt, uşaqlığım, qayıt bir anlıq,İtən günlərimi tapmaq istərəm.
Ay ötən günlərimQövr edir sinəmdə min yara yeri,Ay ötən günlərim, ötən günlərim.