Qartalla söhbət
Dağlara getmişdim qoca dağlara,Ürək təzələndi, ruh təzələndi.Getmişdim vüqarlı, uca dağlara,Bir qartal qıy vurub havadan endi.
İstəklilər kimi, əzizlər kimiBəzən qartalla da dərdləşir insan,Bir də hərarətlə sıxıb əlimiDedi: – Dağlar oğlu, xoş buyurmusan.
Bura öz evindir, öz məskənindir,Ruhuna doğmadır cığırlar, izlər.Dindirmək istəsən tək məni dindir,Sözlər eşidərsən, qəribə sözlər...
Fili apardılar sığallayaraq,Şir də yaman yerdə çaş-baş qalıbdır.Artistin fəndinə, əməlinə baxPələng qağanı da bəndə salıbdır.
Bir dəfə geriyə addım atmayan,Əzəl gəzdiyi tək gəzə bilirmi?Çöllərdə, düzlərdə qərar tutmayan,Sirkdə qərar tutub dözə bilirmi?
Hərə bir tor atıb, bir tələ qurur,Dəyişir varlığın xilqəti, rəngi.Qamçıyla oturub, qamçıyla durur.Qayalar pələngi, daşlar pələngi.
Necə söyləyəsən yaxına, yada,Belə oyunlardan kar aşarmı heç?Tülküylə, çaqqalla bir meydançadaTəlxəklik pələngə yaraşarmı heç?"
Saxta gülüşlərdən, tərpənişlərdən,Çoxları başadək xoşlanacaqmı.Gah da öz-özümə deyirəm görən,Kəməndlər bizə də tuşlanacaqmı?..
Başımız üstündə sıxlaşdı bulud,Həyəcan içində ayağa qalxdım.Çökdü aramıza bir anlıq sükut,O məni seyr etdi, mən ona baxdım.
Düşündüm alnımı ovuşduraraq,Dərk edə bilməyən, qoy dərk etməsin.Cəsarətə ümid, cürətə maraqAna təbiətə inam itməsin.
Minnətçi olmadım həyatımda mən,Oldumsa, üzümə aşkara deyin.Bircə xahişim var, pələngi sirkdən,Hüseyni iclasdan azad eyləyin.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-qartalla-sohbet
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?