Ağ gölün qaşından endin Göyçəyə,Zodda qarşıladı Ağayar səni.Doğma balası tək basdı bağrına,Saz-söhbət qoxulu bir diyar səni.

Getdin qulluğuna qul Ələsgərin,Usta Abdullanın, Mirzə Bəylərin.Məhəmmədhüseyn tək sinədəftərin,Yolunda yormadı ruzigar səni.

Çatdın Qızılvəngə söküləndə dan,Ağladı gözündə qədim qəbristan.Alıdan, Həcərdən söz düşən zaman,Boğdu həsrət səni, intizar səni.

Qurbanın, Abbasın düşdün izinə,Əmrahın, Qasımın gəldin sözünə.Xeyli var, cəzb edib səni özünə,Nakam Dilqəm kimi sənətkar səni.

Nə qədər canında can var, Hüseyn,Həyata borcunu qaytar, Hüseyn.Axtar babaları, axtar, Hüseyn,Bir gün də nəvələr axtarar səni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets