Ağrı cana hopub dizə enməmiş,Ağırı, yüngülü ölç vədəsində.Saça qırov qonub, qar ələnməmiş,Bir könül həmdəmi seç vədəsində.

Ürəkdə saxlama ürək sözünü,Boğma kül altında, boğma közünü.Necəsən açıqda göstər özünü,Sınaq meydanından keç vədəsində.

Fərəhim, hüsnünü görən xoşlanır,Buxaq ətirlənir, tel naxışlanır.Sənin gül mövsümün təzə başlanır,Mənim çəmənimin köç vədəsində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring