Heyranam Tiflisə uşaq çağından,Bir də o yerlərə yetirin məni!Aşırıb səhərlər Sənan dağından,Güllərin qoynunda itirin məni.

Göy otun üstündə kəsin quzunu,Kabab sulanmamış səpin duzunu,Kaxet çaxırıyla kəl buynuzunuDoldurub bir hala gətirin məni.

Yayılsın ətrafa conquri səsi,Doğmadır ruhuma gürcü nəğməsi,Düşəndə axşamın sərin kölgəsi,Kürün körpüsündən ötürün məni.

Çayın sahilində yaşıl bağça-bağ,Hər evdə-eyvanda təzə çilçıraq.Sevirəm Tiflisi, sevirəm, ancaqÖləndə Qazaxda götürün məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring