Məsciddə
Page 2 of 2 · 50%
– İnsan zülmə tabedi, Əbubəkr oğlu. – Öz sözünün üstündə durdu.
– Bu zülmə, bu sitəmlərə bizik ki, tab gətirib dözürük. Əminəm ki, bu zülmə və bu sitəmlərə nəvələrimiz, nəticələrimizdə düşsələr də, kötükcələrimiz dözməyəcək! Zülm yerdə qalmaz, rəzillik qəddarlıq çox ömür eləməz. Bir gün haqqa da, ədalətə yol da açılar. Məhv olub gedər xilafət də, uçub yerlə-yeksan olar saraylar da. Cəzasına xəlifələr çatar də, saray sahibləri də!.. Bunu təkcə dilim demir, ürəyim də deyir... Buna da gərdişi-dövran deyərlər, cənab əş-şey ər-rəis!..
Baş şeyx təbiətcə sakit olan memarın birdən-birə belə qızışmasını heç ağlına gətirməzdi. Fikirləşdisə də, səbəbini heç vəchlə ayırd edə bilmədi.
– Mən gedə bilərəm, Əbubəkr oğul? – Rişxəndlə soruşdu baş şeyx. Əcəmi səndəl ağacını hirslə çəkib qurşağından çıxardı və onunla üz-üzə dayandı. Kənardan baxan olsaydı, elə zənn edərdi ki Əcəmi bu saat əlindəki gödək səndəl ağacını balta sapı bilib baş şeyxin başına endirəcəkdi...
– Xeyr, gedə bilməzsiz! Çünki hələ soruşmamısınız niyə gəlmişəm...
– Allahın evinin qapısı hamının üzünə açıqdı...
– Bir parça çörəyə ehtiyacı olanların necə?
– Allahtala öz bəndəsinə çatan ruzisini heç vaxt əsirgəmir.
– Əgər ruzinin çatmasına əngəl törədənlər olsa necə?
– Allah Təala onu özü də cəzalandırar.
– Bəs onda Allah-Təala siz cənabı niyə cəzalandırmır.
Baş şeyxin yaşına görə çox diri görünən gözləri Əcəminin sifətində dikilib qaldı, hulqumu enib-qalxdı.
– Bu nə şər-şamatadı, Əbubəkr oğlu? – dedi. – Deyəsən, səninki din davası deyil, un davasıdı... Yoxsa məndən intiqam alırsan? Yoxsa ilk məhəbbətin odudu, alovudu səni belə yandırıb-yaxan?
Əcəmi bir-iki addım atıb məscidin Ağrı tərəfə baxan pəncərəsinin önünə gəldi. Neçə-neçə illər bundan əvvəl – Came məscidi tikilib hələ istifadə verilməyən həmin vaxtda, şəhərin Becanlı məhəlləsindəki böyük mehrabda baş şeyxlə olan söhbəti yuxu kimi xatırladı.
...Mehrabın qapısını açıb içəri girəndə Hatib ibn Mübarək şəvə kimi qara səddanəsini arxayın-arxayın çevirə-çevirə öz müridlərinə nə isə tapşırıq verirdi. Bunun fərqinə varmadan Əcəmi düz minbərin qabağına gəldi, əlindəki səndəl ağacı ilə onu hədələyib dedi: “Yerini de, Dəryanurun! Hara apardın, kimə bağışladın o zavallı, ufacıq göyərçini?.. Allah adamı, Allahın xidmətçisi ola-ola yalan danışırsan, Məhəmməd ümmətini ələ salırsan... Qızın olmaya-olmaya hamıya deyirsən ki, Dəraynur qızımdı... De, yerini de... Mən gedib taparam onu... Harda olsa taparam... Həmədanda da olsa, Bağdadda olsa...” Belə bir həmləni birinci dəfə görən baş şeyx özünü yığışdırıb güclə demişdi: “Tapa bilməzsən, Əbubəkr oğlu! O indi çox-çox uzaqdı... Xəlifə sarayındadı... Get, öz çörəyini tapıb ye... Hatib ibn Mübarəkin çörəyini yeyib, tərbiyəsini görən qız sənin kimi mülhid bir dulusçunun babı deyil... salın bu ədəbsizi eşiyə..” Elə həmin vaxtdan da onların arasında uçurum yaranmışdı.
...Əcəmi bir müddət pəncərədən günəşli çöllərə baxdı və özünü ələ alıb geriyə döndü:
– Mən... mən dediyiniz o ilk məhəbbəti bir yuxu kimi çoxdan yaddan çıxarmışam
– Yalan danışırsan! O pis yuxu səni qiyamətə kimi yandırıb-yaxacaq... Cəhənnəm odu kimi! – Baş şeyx səddanəsini hirslə bir neçə dəfə bu ovcundan o ovcuna ötürdü, sonra bir yerə yığıb cibinə qoydu, minbərin qabağında o tərəf-bu tərəfə gedib-gəldi. Bir neçə dəfə də gözaltı axırıncı hücrədəki otağa baxdı...
– Çox da narahat olmayın, cənab əş-şeyx ər-rəis... bir sualıma da cavab verin, çıxıb gedim... Sərdabənin işini niyə dayandırmısınız?
– Məhərrəmlikdi... İmamların qırxı çıxmayınca işləmək olmaz. Qurreyş aqilləri deyiblər:”Hilmul insan aunuhu”¹ Hər halda, heç kim acından ölməz.
– Ölsə necə?
– Bəni-Adəmi Allahtaala bir tərəfdən nə qədər azaldırsa, o biri tərəfdən də bir o qədər çoxaldır.
– Siz hökmdarın fərmanına zidd gedirsiz axı... Sərdabənin tikiliş müddəti pozula bilər?
– Əvvəlan, hökmdar uzaqdadı, görək Əhmədili oğulları ilə hesabı necə çürüdür...
– Yoxsa Cahan Pəhləvanın qələbə çalacağına şübhəniz var?
– Xeyr, xeyr! – Baş şeyx geri çəkildi və söhbətin üstündən adladı. – Onu demək istəyirəm ki, şəhərin öz hakimi var... Biz birgə razılığa gəlmişik... Sənin də borcundur ki, dövlətxanadan edilən təklifə həmişə tabe olasan, boyun əyəsən.
– Tabe olmağı deyə bilmərəm, amma boyun əyməyi məndən heç vaxt gözləməyin, cənab əş-şeyx ər-rəis! Nə olar, gedərəm Həmədana... hamısın danışaram hökmdara, qələbə münasibətilə də təbrik edərəm onu!..
– Hansı qələbə?
– Təbrizi Atabəylər dövlətinin tərkibinə qatması münasibətilə.
Hatib ibn Mübarək cəld xəbər aldı:
¹ Dözüm insanın köməkçiləridir (ərəb.)
– Biz belə qanaq ki, xəbər dürüstdü, hə?
– Əlbəttə!
Baş şeyx ürəyində rəisin arxasınca gileyləndi: “güdükçüləri də, qulaqçıları da bivec oğlunun elə özünə oxşayırlar...”
– Əbubəkr oğlu bekar qaldığı günlərdə darıxmasın... ola bilsin ki, rəis ona mühüm bir tapşırıq verdi... İcra etmək üçün. – Baş şeyx könülsüz-könülsüz oxunu atıb yayını gizlətdi.
– O nə tapşırıqdı elə?..
– Rəisin dilindən eşitsən yaxşıdı...
Əcəmi baş şeyxi ilk dəfə görür kimi onu başdan-ayağa bir də süzdü.
“Allahın xidmətçisi” bu gün onun gözlərinə daha hiyləgər, daha xəbis göründü... Əcəminin baş şeyxlə əlavə kəlmə kəsmək həvəsi elə bil birdən yoxa çıxdı, ondan uzaqlaşıb məscidin hücrələrini gəzməyə başladı. Aşağı hücrəyə yaxınlaşanda baş şeyx şübhələnib soruşdu:
– Əbubəkr oğlunun qəsdi nədir?
– Məndən başqa qəsd gözləməyin... Gəlmişəm özümün əvvəlki işlərimə baxam... vurduğum naxışları təzədən nəzərdən keçirəm... İstəyirəm bundan belə nə tiksəm təkrara yol verməyim, cənab əş-şeyx ər-rəis!..
Elə bu vaxt məscidin aşağısındakı hücrədə çadraya bürünmüş həmən zənən xeylağı yenə görünüb qeyb oldu.
Əcəmi daha dayana bilməyib məsciddən çıxdı...
Hatib ibn Mübarək fikirləşdi: “Görəsən ömrünü sənətə bağlayanlara bu cürət haradan verilir?.. Yəqin cürət fitrən sənətkar doğulanlarla elə əkiz gəlir dünyaya... Nə qədər sakit təbiətli olsa da, bir o qədər odlu, alovludur bu Əbubəkr oğlu!.. Az qala şəkkak eləmişdi məni də, məlun!..”
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-mescidde
Use ← → keys to move, R for a random poem
More by this author
Şəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”
Əsrin onda biriCahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:
Analar kövrək olurlar– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.
OvdaCahan Pəhləvan bu dəfə ova az adamla çıxmışdı. Məqsədi son vaxtlarda hiss etdiyi baş ağrılarını yüngülləşdirmək, dağ havası ilə nəfəs almaq, sarayın dedi-qodularından uzaqlaşmaq, Həmədandan gələn bəd xəbərləri bir günlüyə də olsa unutmaq idi.Sədəddin Əsəd hökmdarın niyyətindən xəbər tutan kimi ona Əlincə tərəflərə getməyi məsləhət bilmişdi. Bu yerlərin təmiz havasından, sərin bulaqlarından, müxtəlif rəngə çalan dağlarından bildiklərini, eşitdiklərini təkrar-təkrar nəql edəndən sonra “Əlincə qələsinə bir də baxarsız, bəlkə sizin razılığınızla gələcəkdə beytülmalı oradan köçürməli olduq” demişdi.
Poems by other poets
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"