Üz-üzə, göz-gözə
Page 1 of 3
...Qədim Dvin ətrafındakı düzənlikdə Cahan Pəhləvanın qoşunu ilə Georginin qoşunu arasındakı döyüş get-gedə qızışırdı. Atabəy-əzəmin sağ olmadığını bilən Gürcüstan hakimi Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsindən, Təbrizin, Marağanın Eldəgizlər xanədanının tərkibinə daxil edilməsindən bərk narahat olmuşdu və vədini pozaraq otuz minlik qoşunu ilə Dvin üzərinə yenə yürüş etmişdi.
Cahan Pəhləvan qardaşının, oğlanlarının bu döyüşdə iştirakına razılıq verməmişdi. Onlar nə qədər təkid etsələr də, şah öz dediyinin üstündə durmuşdu: “Gürcüstan hakimi mənimlə təkbətək üz-üzə gəlmək niyyətindədir. Buna görə də mən necə istəyirəmsə, elə də olmalıdır... Mən sizinlə qardaş və ata kimi yox, hökmdar kimi danışıram. Hökmdarın dediklərini müzakirəyə qoymazlar, onun hökmlərinə düzəliş verməzlər. Mənim əmrim olmadan siz Təbrizdən kənara çıxmırsız. Demetre törəməsinin pişvazına özüm çıxacağam...”
...Hər iki tərəfdən yaralananlar da, ölənlər də çox idi. Buna baxmayaraq dəstələr seyrəkləşərək kimi arxadakı hissələri irəli ötürürdülər. Qabaqdakı dəstələr üz-üzə dayananda isə arxadakı dəstələr onların yerini tuturdular. Başlarında məxfərin, əyinlərində zirehi geyim olan əsgərlər əllərindəki qılınclarla, özlərinə yol açır, biri nərə çəkə-çəkə, biri lənət yağdıra-yağdıra, biri söyə-söyə düşmən səflərini yarırdılar. İlk zərbədən nalə qoparanların, yaralı-yaralı düşmən üstünə şığıyanlara ürək-dirək verənlərin səsləri də eşidilirdi... Səpələnən dəbilqələrin, ölən, can verən atların, qana bulanan dəmir köynəklərin, qalxanların, nizələrin sayı get-gedə artıb çoxalırdı.
Gündoğandan sonra nərələr də, lənətlər də, söyüşlər də, nalə qoparanların, ürək-dirək verənlərin də qılınc-qalxan səslərinin içərisində əriyib batdı...
Hələ döyüşə girməyən süvari dəstələrinin önündə, ağ kürənin belində şahanə əyləşən Cahan Pəhləvan öz piyadalarının vuruşundan hələ ki, narazı deyildi. İlk günlərdə onlar geri çəkilsələr də, dünəndən öz yerlərində sayırdılar. Onun haqq-hesabına görə döyüş meydanında ölənlərin çoxu Georginin əsgərləri idi.
Cahan Pəhləvan fikirləşirdi: “Qoy ölənlərin anaları əvvəl-əvvəl Georgini lənətləsinlər. Mən ona əmin-amanlıqla, bir qonşu kimi mehriban olmağı təklif etmişdim. Görünür, verdiyi sözə axıra kimi əməl edə bilmədi. Qoy bilsin ki, Cahan Pəhləvanın qabağında duruş gətirmək, hər kişinin işi deyil. Eldəgizlər qılıncını hər ərən korşalda bilməz; onu Şəmsəddin oğullarının ələndən hələm-hələm vurub yerə salmaq mümkün deyil!..” Birdən yadına atabəy-əzəmin sağlığında göstərdiyi döyüş düşdü. Onda Rey ətrafında vuruşurdu. Sonralar ilk qayınatası olacaq Qütlüq İnancla üz-üzə gəlmişdi. Və üç tərəfdən sıxışdırılırdı. Atlıları ortadan döyüşə buraxdı, düşmən hissələrini yarıb keçdilər, qarşıdakı süvarilərlə döş-döşə dayandılar...
Pərən-pərən olub yanlara dağılan piyadalar özlərinə gəlincə hər şey həll olundu: qoşunu pencər kimi biçib tökdülər.
Rey hakimi aman istəməli oldu...
– Hökmdar, məqamdı, bəlkə Naxçıvandan gətirilən xas süvari alayını döyüşə buraxaq? – Arxada at üstündə dayanan məliklərin içərisindən irəli çıxıb Cahan Pəhləvanı ötən günlərə uçan xəyalından ayıran Qəzvin hakimi Nurəddin Qaraydı.
Cahan Pəhləvan sağ əlini qılıncının qəbzəsindən çəkib yuxarı qaldırdı və bir az sərt tərzdə:
– Gərək olanda, – dedi, – özüm əmr eləyəcəyəm!
Məlik heç nə deməyib atının cilovunu geri dartdı, at dalı-dalı həsdəyib əvvəlki yerini tutdu. Yəhərdə əyləşib döyüşün gedişini diqqətlə izləyən məliklərdən Cəmaləddin Ayəba və onun adaşı Cəmaləddin Özəba bir-birinə baxdılar, bir kəlmə də kəsmədilər.
Elə bu vaxt irəli yortan dəstələrin arxa cərgəsindən beş-on əsgər qəfil geriyə dönüb qaça-qaça gəldi və Cahan Pəhləvanın ağ kürəni ilə döş-döşə dayandı. Onların içərisindən ucaboy, şivərək əsgər irəli çıxdı, başındakı məxmərini çıxarıb hirslə yerə atdı, əlindəki qılıncı qəzəblə kənara tulladı.
– Bəsdir! – deyə səsi gəldikcə bağırdı. – Az verin bu adamları qırğına! Doymadınız tökülən bu günahsız qanlardan?.. Dayandırın davanı! Biz daha vuruşmaq istəmirik... İstəmirik! – Əsgər bu sözləri deyə-deyə belindəki toqqasından polad tiyəli qəməni çəkib ağ kürənin sağ böyrünə cumdu. Yaxınlaşan kimi də havada bir şəfəq parıldayıb yox oldu. Ucaboy, şivərək əsgərin başı bədənindən ayrılıb torpağa düşdü, qəmənin dəstəyini ovcunda bərk-bərk sıxan başsız bədən əvvəlcə geriyə ləngər vurdu, sonra üzüqoylu torpağa sərildi... Bu, elə ani, elə gözlənilməz baş verdi ki, əvvəlcə heç kim heç nə kəsdirə bilmədi. Yalnız Cahan Pəhləvan qılıncının tiyəsini ağ kürənin yanına çəkib qanı təmizləyəndə hər şey aydın oldu.
Hökmdarın üzünə “ağ olmaq” istəyən əcnəbi əsgərlər bu hadisənin fərqinə varan kimi dərhal geri döndülər. Georginin piyadalarına qarşı canı-dildən vuruşan qoşunun içərisində yox oldular...
...Bu dəfə Karmasın düzündə gedən vuruş yadına düşdü. Atabəy-əzəm Şimla Ay-Doğdunun qoşununu sıxışdırmışdı... Bu vaxt düşmən qoşunundan əsir alınan və heç bir suala cavab verməyən cavan bir döyüşçünü Şəmsəddin Eldəgəzin hüzuruna gətirdilər. Əsir başını dik tutaraq hökmdar atının qabağına yeridi.
“ – Suallara niyə cavab vermirsən?”
“ – İstəyirdim məni hökmdar hüzuruna gətirsinlər...”
“ – Məqsədin nə idi?”
“ – Sənin o kifir üzünü görmək...”
“ – İgid oğlana oxşayırsan... Onun qollarını açın, buraxın getsin “.
“ – Getmərəm... Sərkərdəmiz elə bilər ki, xain çıxmışam, ona görə məni buraxıblar... Bir də əsir düşən bir əsgər öz qoşununa nə üzlə dönə bilər?”
Əsir birdən geriyə döndü, arxasında dayanan iki mühafizin əlindəki nizələrin uclarından yapışıb öz sinəsinə soxdu. Qan qusub üzüqoylu nizələrin üstünə düşdü...
“ – Başqa yol yox idi, vəzir! Ölüm-dirim vuruşunda heç kimə güzəştə getmək olmaz... hərbgaha, cədəlgaha girən hər bir əsgər qeyrəti özünə dost bilməsə, məsləkdaş seçməsə, uğursuzluq fikrini kənara atıb mətinlik, qətiyyət göstərməsə, sərkərdə qalibiyyət qazana bilməz”.
– Hökmdar, cinahlara baxırsan? – Sədəddin Əsəd Cahan Pəhləvanın bütün diqqətini döyüş meydanına cəmləşdirmək istədi.
– Baxıram da, görürəm də! – Cahan Pəhləvanın cavabı yenə qısa və sərt oldu.
Ancaq Sədəddin Əsəd məlik kimi bu cavabla kifayətlənmədi və atını yaxına sürüb rica və tələbqarışıq bir ahənglə:
– Bəs... onda nəyi gözləyirsən? – dedi. – Qoşunu üç tərəfdən mühasirə... – deyəsən, dili var gətirmədi, sözünü tez dəyişdi. – sıxışdıra bilərlər... Bir cəhəti də gərək nəzərə alasan ki, Georginin qoşunu xeyli məşqdən sonra döyüş meydanına girib...
– Cəbban¹ olma, vəzir! Sən ki, bilirsən mən belə vuruşları çox görmüşəm... Geri də çəkilmişəm, mühasirəyə də düşmüşəm... amma
¹ Ağciyər, qorxaq bu qılıncım mənə axır məqamda yol açıb. – Cahan Pəhləvan sağ əlini daim dəstəyi üstünə qoyduğu qılıncını bir dirsək yuxarı çəkdi və hirslə təzədən qınına itələdi...
Sədəddin Əsəd daha dinmədi. Cahan Pəhləvan ağ kürənin üstündə bir az dikələn kimi oldu, sağ və sol cinahlardan qoşunun üstünə yeriyən düşmən əsgərlərinin səflərinə diqqətlə baxdı. Vəzirə də, məliklərə də elə gəldi ki, hökmdar onların miqdarını dəqiqləşdirmək istəyir.
Əslində isə Cahan Pəhləvan belə ağır vaxtda öz əsgərlərinin qabiliyyətini, nə qədər soyuqqanlı olub-olmadıqlarını, ölümün gözünün içinə baxa bilib-bilmədiklərini yoxlamaq istəyirdi. Bu istək isə onun ürəyində muzdla tutulan əsgərin üzüdönüklüyündən sonra birə-on qat artmışdı.
Elə bil piyada əsgərlər birinci növbədə sərkərdələrinin, sonra isə hökmdarlarının ürəyindən keçənləri dərhal başa düşdülər. Cinahlardan hücum edildiyini görən kimi sanki qəfil bir dalğanın təsiri ilə fövrən sağa-sola dönüb üç hissəyə bölündülər. Bir hissə əvvəlki yerində döyüşü davam etdirdi, yanlarındakı hissələr cinahlardan həmlə edən düşmənlə üz-üzə dayandılar.
Döyüş meydanında səs-küy daha da çoxaldı:
– Nəslər!
– Andırlar!
– Çorlar!..
– Vur!
– Sağa!
– Sola!
– Aman verməəə!
– “Allahu-Əkbər!” deyib döyüşə atılanlar isə get-gedə çoxalırdı...
Sədəddin Əsəd bu dəfə atını hökmdarın yanına sürdü.
– Gərək bu gecə mən deyən razı olaydın, hökmdar, şəbxun¹ da düzəltsəydik xeyli qazanmışdıq. – deyib oyalandı.
– Gərək ki, sən də onu bilirsən, mən cavan çağlarımdan heç vaxt şəbxun tərəfdarı olmamışam. Mən düşmənlə açıq-aşkar vuruşmağa adət etmişəm. Sən ki atabəy-əzəmlə, mənimlə dəfələrlə döyüşlərdə olmusan. Gözləyirdim ki, car çəkib indicə qoşunun ürəyinə təpər verəcəksən, müsəlmanları kafirlərə divan tutmaqda həvəsləndirəcəksən... Başlamısan şəbxun düzəldək... Bir də o sözü dilinə gətirmə, vəzir!
¹ Gecə həmləsi
– Baş üstə.
Vəzirin sözü yarımçıq qaldı, hardansa bulud kimi uçub gələn saysız-hesabsız ox onların başının üstündən keçdi: biri Sədəddin Əsədin sol buduna sancıldı. Qoca vəzir oxu çıxardı və atın üstündən arxaya atdı. Əbasının cibindən çıxardığı yekə yaylıqla budunu sarıdı. Və sarıya-sarıya da xəbərdarlıq etdi:
– Hökmdar, özünü gözlə.
– Ox qorxaqlara dəyir, vəzir. – Hökmdarın sözləri yarıciddi, yarızarafat olmasaydı, Sədəddin Əsəd bəlkə də cavab qaytaracaqdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-uz-uze-goz-goze
Use ← → keys to move, R for a random poem
More by this author
Cahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:
Analar kövrək olurlar– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.
OvdaCahan Pəhləvan bu dəfə ova az adamla çıxmışdı. Məqsədi son vaxtlarda hiss etdiyi baş ağrılarını yüngülləşdirmək, dağ havası ilə nəfəs almaq, sarayın dedi-qodularından uzaqlaşmaq, Həmədandan gələn bəd xəbərləri bir günlüyə də olsa unutmaq idi.Sədəddin Əsəd hökmdarın niyyətindən xəbər tutan kimi ona Əlincə tərəflərə getməyi məsləhət bilmişdi. Bu yerlərin təmiz havasından, sərin bulaqlarından, müxtəlif rəngə çalan dağlarından bildiklərini, eşitdiklərini təkrar-təkrar nəql edəndən sonra “Əlincə qələsinə bir də baxarsız, bəlkə sizin razılığınızla gələcəkdə beytülmalı oradan köçürməli olduq” demişdi.
Balaca xatunCahan Pəhləvan ovda yorulduğu üçün otağına çəkilib yuxuya getmişdi. Hələ ortada Əli Şimşəyi yuxuda da görmüşdü. Görmüşdü ki, bu dəfə çoban Eldar Bəhmənin oğlu ilə düzəngahlıqda üz-üzə gəlib bir-birinin üstünə qılınc qaldırmışlar... Vuruş qarşısında Əli Şimşəyin qılıncından yenə şimşəklər tökülür...Cahan Pəhləvan yuxulu-yuxulu nəsə danışdı və öz səsinə oyanıb böyrünü dəyişəndən sonra təzədən yuxuya getdi.
Poems by other poets
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Xəbər verSəndən xəbər alım, Aşıq Ələsgər,Doqquz nədi, sənətindən xəbər ver?!
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Güli-gülzari-rəsalət bu gecəGüli-gülzari-rəsalət bu gecə,Şümrdən istədi möhlət bu gecə.