Vanyanın evi. Vanya güzgü qabağında özünü keşiş qiyafəsinə salır. Haykanuş gəlir.

Haykanuş

Vartan, özünü indi də keşiş donuna salıb bu qaranlıqda hara cəhənnəm olursan?

Vanya (gülür)

Hi-hi... qaranlıqda görənlər elə biləcək keşiş Karapetəm... Axı o, dua oxumaq üçün tez-tez Lisaneviçin qarnizonuna gedir.

Haykanuş

O donuza oxşayan mayor, yenə nə isə bir qazan qaynadır...

Vanya

Ağzını xeyirliyə aç, Haykanuş. Mən bizim yazıq erməni xalqımız üçün çox böyük işlər görürəm, başa düş. Erməni xalqı Vanya yüzbaşını unutmayacaq.

Haykanuş

Bah... bah... gözlə, tarixə düşəcəksən...

Vanya

Əlbəttə, düşəcəm.

Haykanuş

Sənə məktub var. (Yeşikdən məktub çıxarıb verir. Vanya açıb baxır).

Vanya (həyəcanla)

Bah. Katalikosdandır. Başa düşürsən, katalikosdan.

Haykanuş

Nə yazır?

Vanya (məktubu oxuyur)

«Böyük Allahımız İsus Xristosun sadiq bəndəsi, erməni xalqının namuslu oğlu Vartan Ambarsumoviç, sən xalqımız üçün fədakarlıqlar göstərirsən. Gələcək nəsillər bunu unutmayacaqlar.

Əziz oğlumuz Vartan. Bu saat tarixin elə anıdır ki, gərək sən və yoldaşların hər vasitədən istifadə edib, çalışasınız ki, İbrahim xan hakimiyyəti ilə Fətəli şah hakimiyyəti dost olmasınlar. Həmçinin rusları da Qafqaz türklərinin əleyhinə təhrik etmək lazımdır. Bunun üçün sən təcili general Sisyanovla görüşməlisən. Qafqazdakı ermənilərin sayı hələlik heç otuz minə də çatmır. Biz bununla Qafqazda müftəçi erməni dövləti düzəldə bilmərik. Dünyanın hər tərəfindən erməniləri Qafqaza dəvət etmək lazımdır». (Vanya məktubun ardını səssiz oxuyur).

Haykanuş

Bərkdən oxu.

Vanya

Gerisi sənə lazım deyil. (Gedir).

İşıq sönür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Anamın bir rəfiqəsi vardı...

Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.

4 min
Narahat qocaların məşvərəti

Həmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.

2 min
Yolda yaxalanmış naməlum şəhərli

Bayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.

3 min
Çarvadar Həbib

Bayram babam bu söhbətin üstündən keçərək zarafatyana soruşdu:– Həbib, yenə dörd aşıqla aran sazdı?

3 min

Poems by other poets