Contents
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil
  5. Beşinci şəkil
  6. Altıncı şəkil
  7. Yeddinci şəkil
  8. Səkkizinci şəkil

Page 2 of 9 · 11%

İkinci şəkil

İşıq yananda Şuşa qalası görünür. Xurşidbanunun malikanəsi. Zahir bəy eyvandan bağçaya düşərkən qarşıdan gələn Nəvvabla qarşılaşır.

Zahir bəy

Salam, Mirzə Nəvvab.

Nəvvab (istehza qarışıq zarafatla)

Salam olsun böyük şair Zahir bəy Fədaya.

Zahir bəy

Mirzə, yenə bəndəyi-həqirə sataşırsınız...

Nəvvab (eyni ifadə ilə)

Biz nəkarəyik ki, qubernatorun istəkli dostuna sataşaq. Nə üçün gedirsiniz, bəs, yığıncağımız olmayacaq?

Zahir bəy

Xeyr. Mirzə Ruhulla xəbər verdi ki, Xurşidbanu üzr istəyir, Tiflisdən qonağı gəldiyi üçün bu gün “Məclisi-üns”ün məş-

[Mənbənin skanında burada mətn itib.] nın azadlığı uğrunda vuruşmuş oğulların qəhrəmanlığı haqqında mənə heyrətli əhvalatlar nağıl edərdi. Mən belə igidləri sonralar da görürdüm. Onların kədərli taleyi ürəyimi ağrıdırdı. Dünyaya Nizami Gəncəvi kimi, Füzuli kimi dahilər vermiş Azərbaycanın bu gün dünya mədəniyyətindən bu qədər geri qalması izzəti-nəfsimi yaralayır! Mən onu da hiss edirəm ki, bu geriliyin səbəbi heç də mənim xalqımın istedadsızlığı və ya acizliyi olmamışdır!

Knyaz Xasay

İndi siz danışdıqca, sanki mən də o yalçın qayalar üstündə dayanıb uzaqlara baxan qara yapıncılı Dağıstan igidlərini görürəm... Düşünürəm ki, bizim xalqların taleyi nə qədər bir-birinə bənzəyir.

Xurşidbanu

Ah, Knyaz, mənim əzablar, iztirablar çəkmiş qəlbimin sənin sevginə, səmimiyyətinə o qədər ehtiyacı var ki...

Knyaz Xasay (Xurşidbanunu sinəsinə sıxaraq)

Banu bəyim, doğrusu, mən buraya gələnəcən sizi bu qədər istədiyimi bilmirdim. İndi mən bütün varlığımla, bütün qəlbimlə sizinəm! Siz mənim bəxt ulduzumsunuz! Uşaqlıqda bir qaraçı demişdi ki, sizin bəxt ulduzunuz tilsimli bir qala üzərində parlayacaq.

Xurşidbanu (qəribə bir vahimə ilə)

Necə? Tilsimli qala?!

Qapı döyülür.

Xurşidbanu (knyazdan aralanaraq)

Gəl.

Daşdəmir (gəlir)

Banu bəyim, bir oğlan təkidlə sizi görmək istəyir.

Xurşidbanu

Nəkarədir?

Daşdəmir

Soruşdum, demədi.

Xurşidbanu

Qoy gəlsin.

Daşdəmir çıxır.

Knyaz Xasay

Mən getdim öz otağıma.

Xurşidbanu

Nə üçün, knyaz... Bir yerdə dinləyərik onu.

Knyaz Xasay

Bəlkə məxfi bir sözü var.

Knyaz keçir o biri otağa, cavan bir oğlan olan Seyid Hüseyn daxil olub təzim edir.

Xurşidbanu

Kimsiniz, ay oğlan, nə istəyirsiniz?

Seyid Hüseyn

Cənubi Azərbaycandanam, xan həzrətləri. İran ərbabının əlindən qaçıb sizə pənah gətirmişəm.

Xurşidbanu

İranda neyləyirlər sizə?

Seyid Hüseyn

Bizə zülm eləyirlər, xan həzrətləri! Bizi çarmıxa çəkirlər!

Xurşidbanu

Bu mənə məlumdur. Ancaq siz açıq da gələ bilərdiniz, niyə qaçırdınız?

Seyid Hüseyn

Sizdən gizlini yoxdur, xan həzrətləri, biz bir dəstə cavan qərara almışdıq ki, şahın zülmündən vətənimizin xilası uğrunda fədai olaq. Biz kəndbəkənd, şəhərbəşəhər gəzib qardaş-bacılarımızı öz mətləbimizdən hali edirdik, onlar da bizimlə həmfikir olduqlarını ürək yanğısı ilə bəyan edirdilər... Ancaq bir kəndxuda bizim fəaliyyətimizi bilib, ərbaba xəbər yetirdi... Özü də öz azərbaycanlımız idi.

Xurşidbanu

Öz azərbaycanlınız?

Seyid Hüseyn

Bəli, xan həzrətləri, öz içimizdəki satqınlar olmasaydı, şah bizi əsir-yesir eləyə bilməzdi.

Xurşidbanu (dərindən nəfəs alaraq)

İndi bizdən iltimasınız nədir?

Seyid Hüseyn

İltimasım odur ki, xan həzrətləri, mənə sığınacaq versinlər. Buradakı həmyerlilərim dedilər ki, çar məmurları mənim İrandan qaçdığımı bilsələr, qalada yaşamağıma icazə verməzlər. Məsləhət gördülər ki, sizə iltica edim.

Xurşidbanu

Kimdir burada sizin həmyerliləriniz?

Seyid Hüseyn

Biri sizin baş mehtəriniz Muradalıdır. Biz onunla xalanəvəsiyik.

Xurşidbanu

İsminiz nədir?

Seyid Hüseyn

Seyid Hüseyn, xan həzrətləri.

Xurşidbanu

Burada nə iş görə bilərsiniz.

Seyid Hüseyn

Hər nə əmr etsəniz. Deyirlər siz təzə məktəb açdırırsınız, mən müəllimlik də eləyə bilərəm.

Xurşidbanu

Fars dilində?

Seyid Hüseyn

Təhsilim fars dilində olub. Məlumunuzdur ki, İran məmləkətində bizim öz ana dilimizdə təhsil almağa ixtiyarımız yoxdur. Ancaq mən türkcəni fars-ərəb dillərindən pis bilmirəm. Şer-sənətdən də başım çıxır.

Xurşidbanu

Bəs, indi harda sakin olmusunuz?

Seyid Hüseyn

Muradalının balaca mənzilində daldalanıram, xan həzrətləri.

Xurşidbanu zəngi səsləndirir. Daşdəmir daxil olur. Xurşidbanu (Daşdəmirə)

Mirzə Ruhullahı buraya dəvət elə.

Daşdəmir

Baş üstə. (Çıxır)

Xurşidbanu

Siz mənə xan həzrətləri deməyin, biz xanlıq dövrilə çoxdan vidalaşmışıq.

Seyid Hüseyn

Bilirəm, xan həzrətləri.

Xurşidbanu (daxil olan Mirzə Ruhullaha)

Mirzə, xahiş edirəm mənim adımdan qala rəisindən rica eləyəsiniz ki, bu oğlanın Şuşa şəhərində sakin olmasına icazə versin. Sonra mənim mülkümdən bu oğlan üçün bir otaq ayırıb içini xalı-gəbə ilə döşəsinlər. Cənab Seyid Hüseyn! Etibar eləyib, şəhərdə açdığımız məktəbə sizi müəllim təyin edirəm. Nədən təlim keçməyinizi müdirlə həll edərsiniz. İndi isə mürəxxəssiniz.

Seyid Hüseyn

Mən sizin etibarınızı doğruldacam, Banu bəyim.

Təzim edərək Mirzə Ruhullah ilə çıxır. Qısa pauza. Xurşidbanu onların ardınca baxır. Sonra dibçəkdəki qərənfillərə yaxınlaşır. Sonra zəngi səsləndirir. Bəyim daxil olur.

Xurşidbanu

Bəyim, sən mənim qərənfillərimə su vermisənmi?

Bəyim

Bəli, Banu bəyim. Mən hər səhər onların dibinə su tökürəm.

Xurşidbanu

Tapşır, Şuşaya çəkdirdiyimiz bulağın mühəndisi Əbdürrəhim Talıbzadəni nahardan sonra mənim yanıma çağırsınlar.

Bəyim

Baş üstə. (Xurşidbanu knyazın olduğu otağa keçir. Bəyim yazı stolunun üstündən şairənin “Qərənfil” şerini götürüb oxuyur)

Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən ara aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
Belə pejmürdə hal ilə durubsan,
Düşər güllər ara qovğa, qərənfil!
Düşər kim vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil!
Üzündən pərdeyi-nazın kənar et!
Unutma aşiqi haşa, qərənfil!

İşıq sönür

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Doktor İvan Sergeyeviç Quliyev

Ən çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:

3 min
İmaşla Güllü necə qaçdılar...

Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:– Güllü, su gətir, – deyə çağırdı.

4 min
Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağı

Yay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.

27 min
Qaraca

Mən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.

8 min

Poems by other poets