Page 10 of 23 · 39%

“Mey mün” nə deməkdi?! Öz-özünə dönə-dönə sual verəcəksən: necə bir dəhşət baş verib ki, BağMənə “mey mün”, “məğ mün” deyilib?! Nə dərəcədə azğın fateh olmalısan ki, EvƏs EyÜnə (Yaradan Evin Uca Ününə) “obez yana” deyəsən?! Hələ tam məlumat almadan, Elmi mənimsəmədən soruş özün-özündən: “EyOdƏr Babamız da meymundan yaranıb?! Kainatı, Günəşi, meymundan yaranan insan yaradıb?!

Hiss eləyirsənmi necə heyrətləndirir səni bu suallar?!

“Təhrifsiz dildə – OdƏr dilində minlərlə yox, milyonlarla söz var. Hamısı da EyOdƏr Babamızın, BağBağÜn Babamızın, Bağ Atamızın, Bağların, OdƏrlərin Odları-adları-rütbələri sayılır. Xızr Abıynan danışanda danladım ki, “niyə bir az geniş danışmadın, özül qoymadın? Şübhə yarananda şübhəni dağıtmaq çətin olur axı!” Dedi: “Varisimizə min dəfə təkrar eləməlisən ki, Od – Həqiqətdi: Günəşin, planetlərin, təbiətin, insanın, bütün varlığın enerjisidi, həqiqət mənasındadı. Əl – həm Oğul, həm də işləyən, yaradan deməkdi. Ey – Uca, yaxşı, gözəl deməkdi. Varisimizin təfəkkürü daşdı, qayadı, ey Sultanım!” Ağladı! Telefonda hönkürdü Abı. “Ümidim sənədi, bir də sahiblərimizədi”, – dedi.

Qulaq as! Gör əmin necə dara çəkəcək sənin təhrif beynini!

“İndendertal” insan olmayıb. İlk insan olmayıb!

Bu planetə İşıq gəmisi adlanan, atılma sürətiynən uçan gəmilərdə, Ulu Babamız ƏsƏlMənin ətrafında, Yupiterdən uçub gəliblər. Bu heç, durun hələ.

Diqqət yetir, gör Dil – OdƏl – Həqiqət Əli necə təhrifə uğrayıb.

Bir də deyirəm: “indendertal” adlandırılan ilk insan, vəhşi insan, meymundan yaranan insan olmayıb. İngiltərənin “coğrafiya cəmiyyəti”ndən, o səyyah alim casuslar cəmiyyətindən bir lordun təbiətdə evolyusiyanı – təkamülü müşahidə edə-edə, şimpanze meymununun insan şüuruna uyğun hərəkətlərindən məntiqi evolyusiya – təkamül nəticələri çıxaran subyektiv fikirləridi, təxəyyül, təsəvvür məhsuludu. Kainat, insan haqqında həqiqətdən xəbər tutanda lord özü də gülüb öz “tədqiqatı”na.

Diqqət yetir: latınca “Yupiter”. OdƏrcə “OdAğÜz Bağ OdƏr”. Oxşarlıq hiss eləyirsənmi?

– Yox! Başqa-başqa sözlərdi.

– Olsun!.. Sonrasını dinlə: keçən əsrdə ingilislər “Yupiter”in əsl adının arxivdəncə tapılmasını “dünyanın ən böyük kəşfi” adlandırıblar. Nədi o kəşf? Sadəcə, olaraq, oxuyublar ki, “OdAğÜz”ə – “Duaus” deyiblər, “BağOdƏr”ə – “Patri” deyiblər, olub: “Duaus Patri”. Sonra olub: “Zeis Piter”. Sonra olub: “Zu Piter” və nəhayət, “Yupiter!”

Səməd birdən lap uşaq kimi: – Paatonnan! – deyib ağzı açıq qaldı.

Sultan mələfənin ucu ilə alnının puçur-puçur tərini sildi:

– Bir də yanaşı qoy: OdAğÜz BağOdƏr. “Yu Piter!” Hara getdi “dil qrupları?!” OdƏr-Türk sözünün təhrif olunmağından əmələ gəlmiş “Piter”i necə ayrı bir qrup sözü saymaq olar, ay oğul?! Nəyə oxşayar bu bilirsən? Poltavada rusa de: “ya iz Azərbaycana?” Nə deyəcək? “A, da, da, znayu: Arzırbırjan!” “Tarix” kitabını yazan, “tarixin atası” Qrek belə-filan da tələffüzcə lap dəhşətli fərqlənir! Sən OdƏrcə de: “Bağ-OdEy” (Uca Od Bağı), o deyəcək “Mi di ya!” Sən türkcə de: “Bağday”. O deyəcək “Ma day!” Budu bax dəhşət, ay oğul! Nə deməkdi “Ma day?!” Heç nə! Sözün təhrifindən nə yarandı? Heç nə yarandı: məna itdi, ölkə itdi, xalq itdi, Bəşəriyyət itdi, Kainat itdi! Nə qaldı? Heç “Yer” – EyƏr planetini də tanımayan, əslindən xəbərsiz “insan”.

Qulaq as!

On ikinci əsrdə, xaç müharibələri dövründə İngilis Kralı – məşhur Şirürəkli Riçard bizim Qızıl Arslana əsir düşüb. İyirmi il gah AtaBəylərimizin Naxçıvan sarayında, gah da Qalamda – orta Asiyada qala-qala dilimizi, Elmimizi bütün dərinliyiynən öyrənibmiş. Əsirlikdən buraxılıb Londona qayıdanda çoxlu Elmi sənədlər aparıbmış. Həmən Elmi sənədlər, üzü çıxarılmış əlyazmaları, mədrəsə dərslikləri sonralar “coğrafiya cəmiyyəti”nə təhvil verilibmiş. Haman Lord məhz o əlyazmalarını, dərslikləri oxuyub dəhşətə gəlib, sonra da, dediyim kimi, özü də öz tədqiqatına gülə-gülə, məhz gülünc dərəcədə qeyri-elmi bir cəfəngiyyat kimi qiymətləndirib, indi adı dünyaya sığışmayan, küftəburun, dombagöz, yəni küt bir aspiranta – Darvinin milyoner atasına satıb. O dissertasiya Avropada səs salıb, dillərə tərcümə olunub, Marksnan Engels də, bilirsən ki, göylərə qaldırıblar meymundan insan yaradan “elmi”.

“İndendertal” insanı belə yaradıblar, bəşəriyyətimizin onsuz da təhrif beynini beyinsizliyə bağlayıblar.

Diqqət yetir: “beyinsizlik” deyirəm!

“İnd” – ÜnOd – Həqiqət Ünü!

En – Ün!

“Dertal” – OdƏr OdƏl! (dil)

Bəs niyə “ilk insan” mənası verilib?

Çünki, fatehin “dili” belə olub.

Sonra da qəsdən əyiblər.

ƏrEv (İşıq Evi) adlananlara “Ərəb”, “Aran” deyiblər.

EvƏrƏsə, bayaq dedim, “Pers”, “Pars” – “Fars”.

ÜnƏsə – “ins”+an”! Və sairə.

İndi təsəvvür elə ki, Yerdə bütün xalqlar bax belə yaranıb!

Yəni necə?

Yəni OdƏr dilinin təhrif variantlarıynan:

“Basqın”. “Batım” əvəzinə “Poton” da Qrek “sözü”dü, “OdMən” əvəzinə “Atman” – “Atom” da!

Birinci əlliminillik tarixin axırında “Potop” – Subasqını nədən olub? Eynilə ikiminillik tariximizin indiki dövründə olduğu kimi, hədsiz dərəcədə “Atom” şüalanması nəticəsində buz dağları əriyib, okeanlarda, dənizlərdə su artdıqca, artıq suyun təzyiqi nəticəsində Yerin su qatında su çoxalıb, gil, qum, torpaq laylarının boşurğu yerlərini partladıb dağıdıb, “Yer”in üzünə çıxıb, yayıldıqca yayılıb, buxarlanma, yağış birdən-birə yüz dəfə artıb, olub “Potop” – Subasqını. Nədən? Atom şüalanmasından? Xeyr, əzizim. “Potop”un başlanğıcı OdMən (Həqiqətim) adında yüksək mədəni icmaların bir-birinə Elmi bağlılığı kimi, zərrələri də bir-birinə bağlı olan OdMənin “Atman”a – “Atom”a çevrilməsindən, yəni təhrif dilli alimlərin “Atom”u parçalamaqlarından başlanıb.

EyOdƏr Babamızın hər şeyə qabil Ünü ilk növbədə o “alim”lərin təhrif söz – təhrif məna yaddaşını, “sivilizasion” yaddaşını alıb. Sonra Bağday ərazisindən kənarda – təhrif ərazilərdə Subasqınından xilas olanların yaddaşını alıb.

Necə baş verir bu yaddaşı almaq? İnsanın təsəvvürü yoxdu bu barədə. Mən öz təcrübəmdən bildim. Üzümü tutdum OdAğÜzə babamdan xahiş elədim ki, heç olmasa yarım saatlığa yaddaşımı alın. Dedi: “İşıqla beynini tutub fəaliyyəti kütləşdiririk, yaddaş olmur”. Dedim: “İstəyirəm təcrübədə bilim”. Dedi: “Yaxşı. Yazı stoluyun siyirməsində nə var, yada sal.” Ha çalışdım, xatırlayammadım. Dedi: “İndi bura – OdAğÜzə gələnləriyin adlarını yada sal.” Babamın öz adını da unutdum bir müddət, təsəvvür eləyirsən?!

“Poton” vaxtı bəşəriyyətin bütün yaddaşını yox, “sivilizasion” yaddaşını alıblar. O gündən, yəni insan üçün proqressiv fəaliyyət yaddaşının alındığı gündən də tarix geri sananıb. Yəni beyində, planetdə, bütün həyatda reqres başlanan gündən tarix geri sananıb.

Burda bir az da diqqətli ol.

“Atom”dan şüalanmış su planetə hopandan sonra yenə nəhəng heyvanlar, külli miqdarda həşərat, meymuna bənzər məxluqlar yarıdılıb, təbiəti tənzim eləməkdən ötrü. Lap az bir qisminə nisbi proqressiv şüur verilib. Təhrif dillər irsiyyəti oyandıqca qruplaşmalar gedib, qəbilələr, xalqlar və sair, geri sananan ikinci əlliminillik tarixin təhrif şüur əməlləri başlanıb: quldarlıq-filan!

Bəşəri həqiqətlər birdən-birə beyinə dolmağa başlayanda həyəcandan sarsılır insan, bir ara beyni tutulur, heç nə dərk eliyəmmir.

Kamilləşmə Ünnən bağlıdır.

İşıqnan gəlir Ün. Təbiətin bərpası, şüalanmaqdan xilası da Ər – işıq proqram içində gəlib “Yer”də materiyalaşır. Bizə elə gəlir ki, proqram torpağın özündədi. Halbuki, hər bir tumurcuq da işıq içində gələn proqramnan açılıb yarpağa çevrilir. Fəsillər müddətində işini görüb yeni proqram alır – saralıb candan düşür, torpağa qarışır. İlk planet saydığımız EyOdƏr planetinin dövrəsində milyon kilometrlərnən uzanan əbədi metal OdÜnƏsEy – “KiÜnƏsEy” – “Günəş” belə proqramı İşıq yaradandı.

Bunu bir az da, imkan daxilində izah eləyim.

Proqramı nəynən yazırıq biz? Söznən. Ün – Səsdi. Səs – sözdü. Demək, proqramlı İşıq – Ər nədi? – Sözdü! Demək, İşıq həm Ərdi, həm də Ündü. Ün həm sözdü, həm də İşıqdı. Təkrar eləyirəm, planetimizin adı EyƏrdi. Uca İşıq, gözəl İşıq!

Yenə təkrar deyirəm: Olam ərazisindən sonra OdƏrlərimiz ƏrEy – “Rey” vilayətində məskunlaşıblar. Orda OdƏrlərin evlərinə EvƏrEy deyiblər, özlərinə ƏrEy deyiblər. ƏrEy! – Uca İşıq. Beyni qapalıların dilləri ƏrEyi “Ariy”, “Ari” eləyiblər. Hayları “ariyskaya nasiya” adlandırırlar. Çünki yazıqların OdƏldən – “dil”dən xəbərləri yoxdu. Soruş “ƏrEy” nə deməkdi, hansı məkanın adıdır? Gözünü döyəcək.

ƏrEyin dəhşətli təhrifi “ray”dı. “Bibliya”nın izahında başa düşəcəksən bu məhz dəhşəti. Bağdayın vilayəti ƏrEyin necə əfsanəvi “ray”a döndərildiyini biləndə dərk edəcəksən hər şeyi.

De görüm “idealizm” nədi? Kökü “ideya”dı. Düzdü? Bəs ideyanın kökü nədi? Sözdü? – Mənadı – proqramdı. Bəli, əzizim! Söz materiyadırsa, demək, idealizmnən materializmin arasında fərq yoxdu? Yoxdu, ay idrak acı balam! Əmma mühitimizin “materialist” adlanan “dahi”ləri “Ray”ı materiyadan kənar – “idealist” təsəvvür məhsulu sayırlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 min
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 min
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 min
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 min

Poems by other poets