Page 3 of 23 · 9%

Mən bu gün varam, sabah yoxam. Yadında saxla: ordu fatehliyi müvəqqəti olur, qələm fatehliyi uzun sürür. İlanın İngiltərədəki zəhərliləri, “Coğrafiya cəmiyyəti” adında casus setində casus “alim”lərin qələmiynən ilk növbədə “elmi əsas” yaradırdılar. Şahı da işə-başa salmışdılar, gecə-gündüz “Pəhləvi tarixi”ynən məşğuluydu. Bu taydakı cəlladımız da bilirdi hər şeyi. Stalindən “ustanovka” varıydı ki, Türkün tarixini onuncu əsrdən başlasınlar. Qədimlik guya yalnız “Qrek”ə. “Fars”a məxsusdu, biz guya sonradan gəlmişik. Açıq deyəmməsələr də hər vasitəynən sübut eləməyə çalışırdılar ki, “Midiya”nın Türkə dəxli yoxdu, Bağday BağOdEy adları guya heç olmayıb! Elə “Midiya”dı vəssəlam!

İlanın Moskvadakı zəhərlisi İosif Vissarionoviç iki tarixçi göndərmişdi Mirqəzəbin sərəncamına. Cəlladımız özü də öz alimlərimizdən bir neçəsinə professorluq vermişdi, Mərdəkanda, Bilgəhdə bağ bağışlamışdı, şəxsən özü “ustanovka” verə-verə “Azərbaycan tarixi” yazdırırdı. İyirminci əsrin, partiya tarixinin yazılmağına imkan vermirdi. Çünki Nərimanov, Həmid Sultanov, Baba Əliyev kimi nadir çekistlərin fəaliyyətləri varıydı; başlarını yediyi Hümmətçilərin adlarını partiya tarixindən silməkdən ötrü alimləri daimi məngənədə saxlayırdı Mirqəzəb. Qədim dövr barədə də şəxsən “ustanovka” verirdi, sübut elətdirirdi ki, guya nə qədim dilimiz olub, nə ərazimiz, nə də dövlətimiz. Köçəri qəbilələrdən ibarətiymiş Azərbaycan xalqı! “Türk” demirdilər! Guya müxtəlif etnik qrupların, qəbilələrin qarışığından əmələ gəlmişik. Halbuki etnik qrupları özləri köçürürdülər içərimizə! Belə dəhşətli platformanın müqabilində həqiqətimizi dilimə gətirə bilərdim, ay gözümün işığı?! Budu bax əmiyin ən böyük cinayəti: həqiqəti həyatı bahasına car çəkmək əvəzinə özünü qorudu: susdu!.. Məhkəmədə təzə-təzə açılır ki, “Şərqə münasibət” adlanan gizlin siyasi platformanın, gizlin “milli siyasət”in bütün bəlaları Stalinə bağlıymış! Deyilib sənə, İlanın sadiq təbəəsi keşiş Cuqaşvilinin tərbiyəsindən çıxmış fateh casuslar başçısıymış İosif adlı, Vissarion oğlu Qrek!

Dönə-dönə yazmaq, təkrar-təkrar car çəkmək lazımdır ki, bəşəriyyətimizin həqiqət yoluna qayıda bilməməyinin əsas səbəbkarları Qrek-Latın fatehləri olduğu kimi, “Yer üzündə Ədalət Səltənəti” adlanan UluBağ ƏsƏlMən – “Solomonovoe tsartstvo” haqqında təsəvvürün yerli-dibli dəyişməyinin təqsirkarları da məhz Qrek-Latın cahilləridi. Vaxtı çatanda ətraflı danışacam bu barədə. Hələlik bircə bunu bil ki, Ulu baban Ulu Bağ “OdMən” deyirdi öz səltənəti Bağdaya. OdMən! Yəni mənim həqiqətim! Tək bircə “Od” sözünün qrekcə “ki” sözüynən əvəz olunmasından “komun”, “kommuna” yaradıblar. HəmOd – Vahid həqiqət ətrafında birləşən azad AğEy icmalar quruluşunu hərbi “kommunizm” quldarlıq cəmiyyətiynən əvəz eləyiblər. Budu bax İosif bəlası! Qrek bəlası! Doktorumuzun öz əliynən yazdığı “Hümmət” proqramını verəcəm oxuyacaqsan. İnsanı insana qarşı qoymur Nərimanov. Marksizmin, Leninizmin daxilində Ulu Bağın cəmiyyətinin ab-havasını qoruyub, məhz buna görə də hərbi kommunizm cəlladlarının “ustanovka”larıynan heç vaxt razılaşmayıb.

Bildinmi niyə susmuşuq “Azərbaycan tarixi” yazılanda?

Nakam dostumuz Nəcəfoğlu da sən kimi danışırdı. Mədədin faciəsindən sonra hər ay Mərdəkana – bağına çağırırdı məni, dişinin dibindən çıxanı çırpırdı üzümə: “Gətir tök “Vərəsə”ni bura, sonrasınnan işin yoxdu”, – deyirdi. – “Otuzuncu ildən otuz səkkizinci ilə qədər sandıqda saxladıq. Otuz səkkizdən qırx altıya qədər Şeyx Xorasan məqbərəsində saxladıq, sonra da divarlara basdıq, dəfn elədik!” – deyirdi. Fikri buydu ki, mühacirlərdən Moskvaya oxumağa gedənlərin çamadanlarına doldurub aparıb SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna versin, öz köhnə aspirant yoldaşlarından, Bağdayın indi “Rey” adlanan ƏrEy vilayətindən olduqlarını, əslən EvƏrEy OdƏri ikən təhrif mühitdə “Yevrey”ə döndüklərini yaxşı bilən şərqşünasların imzalarıynan məqalə çap elətdirib, Mirqəzəbi fakt qarşısında qoysun. Məhərrəm razılaşmırdı. Deyirdi “Akademiya da KQB-nin, şəxsən Beriyanın nəzarəti altındadı”. “Səbr elə, – deyirdi, – yoxsa “Vərəsə”ni də güdaza verərsən, özünü də”.

Səbr eləmədi rəhmətlik...

Məhərrəmnən mən ən ağır, ən dözülməz günlərimizdə də dözmüşük. Pişəvəri də dözümlü idi. Nəcəfoğlu dözmürdü. Sürgünlərdən, katalikosların məktublarından, o teleqramdan sonra barıta dönmüşdü.

Əllinci ilin yanvarında Mərdəkanda axırıncı söhbətimiz oldu. Məhərrəmdən sonra mən də “səbr” deyəndə Nəcəfoğlu konspirasiyanı-zadı da unutdu, qışın günündə, küləkli gündə pəncərələri, qapıları açdı, qışqırdı ki, “Partlayıram! Bəsdi! “OdƏr dili” əvəzinə “Midiyanın ölü dili” yazanların arasında gündə min dəfə ölənəcən bir dəfə ölərəm”... Bəli, əzizim, məhz “ölü dil” yazırdılar “ustanovka”ynan yazanlar! Əsasları da vardı: Herodotun “Tarix”i: “Midiya!” Nə deməkdi?! “Atropatan!” Nə deməkdi?! “Astiaq!” Nə deməkdi?!.. – Sultan papirosu papirosun oduna yandırıb, Səmədə baxdı. – Od-həqiqət, Ər-işıq. OdƏr – həqiqət işığı! Necə gəlib yer üzünə bu həqiqət işığı? Xalqıyın niyə xəbəri yoxdu həqiqət işığından? Bircə-bircə danışacam hamısını, idrak verəcəm sənə, idrak acı balam!

Nakam dostumuz da irdak aşiqiydi...

Nəcəfoğlunun ölümünü də Sultan Əmirlinin növbəti cinayətidi dedilər sənə, sən də inandın!

Qulaq as, gör necə öldü o, – Mədəd əvəzi Nəcəfoğlu!

Səməd öz “korluğunu, nadanlığını, cahilliyini” daha aydın duya-duya, sarsıntı içində:

– Bilirəm... Qurban əmi deyib, – dedi.

Sultanın dodaqları titrədi.

– Venasını kəsib. Hə?

– Hə... Əvvəlcə asıb özünü, ölməyib... sonra vena...

– Bilmir Qurban! Dildə-ağızda gəzəni demişik Qurbana. Nəcəfoğlunun necə öldüyünü ancaq o şkafdakı paqonların sahibləri bilirlər. Məhərrəm Məhərrəmov, Sultan Əmirli, Müslüm... Bir də SSRİ prokuroru Rudenko... Stalinin, Beriyanın, Mirqəzəbin cinayətlərinin kökü çox dərindi. O kökü axtarıb tapmaqdan ötrü böyük tədqiqat aparılmalıdı. Hələlik bircə istintaq qrupu var, o da üzdə olan materiallar əsasında məhkəməynən məşğuldu. Bizim “xüsusi qrup”umuz ayrıdı. Üç nəfərdən ibarət idi: Məhərrəm, Saşa, mən. İndi ikimiz hələlik sağıq. Ştabımızın biri Moskvadadı. Vorovski küçəsində, vaxtilə Nərimanovun yaşadığı binada. Bir də bu gördüyün mənzildi. Otuz yeddinci ildə atannan mənim əleyhimizə kompaniya başlananda mənim köhnə çekist yoldaşlarım olurdular burda. Qəza komitəsindən çıxandan sonra da ÇeKa⁴⁰ynan əlaqəmi kəsməmişdim, gəlib-gedirdim. Qardaşlığım Qılınc Qurban hər yerdə döşünə döyür ki, “Şeyx qardaşlarını o kampaniyadan mən xilas elədim”. Rəhmətlik Mədəd də elə bilirdi. Həmişə də təəccüblənirdi ki, “Qurbanın bir teleqramıynan nə əcəb əl çəkdi bizdən Mirqəzəb?!” Nə Mədədə düzünü deyə bilirdim, nə də Qurbana. Çünki bu yoldaşlarım o vaxtdan Rudenko kimi adamlaran bağlıydılar. O vaxtdan konspirasiyadaydıq biz, qardaşoğlu. Çax-çux “Bacanaq” olub bu üzbəüz mənzildə məskən salandan sonra vəziyyət dəyişdi. Yoldaşlarımız bircə-bircə yox oldular. Məhərrəmə Bakıdan kənara çıxmağı qadağan elədilər. Nəinki Moskvaynan, öz rayonlarımıznan da əlaqələrimiz kəsildi. Sonradan bildik ki, rayonlarda “kommunist” adı daşıyan Hümmətçilərdən dörd yüz nəfəri bircə gecədə qırıb Mirqəzəb! Dörd yüz! Deyilib bu sənə. Əlavə olunmalıdı ki, millətin başı kəsildi onda. İyirminci-otuzuncu illərdə “İnternasionalnıy otryad”ın Cənubda qırdığı kadrlarımızdan sonra o dörd yüz nəfərdən çoxunun elə yerindəcə güllələnməyi, bəzilərinin də birbaş uzaq Sibirə göndərilməyi belimizi qırdı! “Muğ”lar – Bağlar, hamısı “pantürkist”, “panislamitst” adıynan getdi. Hadisələrin üstünü elə örtdülər ki, nəinki xalqımızın böyük qismi, hətta indiki çekistlərimizin də

⁴⁰ “Çrezvıçaynıy Komitet” – Fövqəladə komitə. Dövlət Təhlükəsizliyi Komitəsinin ilk adı. məlumatı olmadı Bağ qırğınından! Bax, belə kəsilir planetlər arası əlaqələr! Get danış o sevdiyin yoldaşlarına, gör bircə nəfərin xəbəri varmı ki, Yupiter planetiynən danışan insanlar var bu “Yer” – EyƏr adlı planetdə! Telefonu əsrin ən böyük nailiyyətlərindən sayırlar. Xəbərləri yoxdu ki, beyindən beyinə danışan beyinlər lap adi şeymiş Bağday, OdƏr mədəniyyəti dövründə. “Dövr” yox, “dövrlər” deməliyəm. Yadında saxla bunu. Sonra görəcəksən neçə dəfə süquta uğradıblar Bağdayı, neçə dəfə məhz hansı əsrlərdə yenidən yaranıb!.. Həqiqəti gizlətməkdə mahirdi bizim bu fatehlər zəmanəsi!

Nəcəfoğlunun ölümünün səbəbi elə gizlədilib ki, məhkəmədə açmağı da məsləhət görmədik. Qorxduq psixoloji cəhətdən pis təsir eləyər cəmaata. Əmma sənə açacam. Ona görə yox ki, bizi cəsarətsizlikdə, passivlikdə taqsırlandırırsan. Açacam ona görə ki, Varissən. Cəhalətin necə dərin kök atdığını dəqiq bilməlisən. İnsanın xilasının yalnız və yalnız SafAğ Elmində olduğunu dərk etməlisən!.. Qurban bar-bar bağırırdı telefonda, tələb eləyirdi ki, Çax-çuxun dalınca adam göndərək. “Əşyayi-dəlil əlimdədi, – deyirdi. – Gəlin aparın qatili!” Xəbəri yoxdu ki, o naldan savayı, min bir əşyayi-dəlil var bizim əlimizdə. Əmma Çax-çuxa toxunmaq olmaz.

Səməd diksindi.

– Nə?! “Çax-çuxa toxunmaq olmaz?!”

Sultan sakit inamla:

– Olmaz, əzizim, olmaz! – dedi. – Nə Çax-çuxu tərpədə bilərik, nə Xudiyevi, nə Xəlvəti, nə Gülənovu, nə Sayılovu!.. Xəlvət sədrliyində qalmalıdı, Gülənov rəisliyində, Sayılov prokurorluğunda. Hətta, Qurbanın şallaqnan döydüyü zənənlərə də toxuna bilmərik!

Səmədin əmgəyində soyuq çimildəşmə gəzirdi.

– Əmi! Sən nə danışırsan?!

Sultan yenə köksünü ötürdü.

– Təsəvvür eləyə bilərsənmi ki, dörd ay bundan əvvəl Xəlvətin evindəki Bezobraziye məclisinə tora salındığım gecə könüllü getmişdim... Özüm! Könüllü!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 min
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 min
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 min
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 min

Poems by other poets