Page 14 of 22 · 59%

Mədəd son beyti bir də oxudu:

Elm-Əlim, Alim-Əlim, Aləm-Əlim, Əl də Əlim,
Əl Muğanna ölü olub, ey ƏlBizsiz qalan Əli?!

“Məlumatlı” adlandırma, “Alim” adlandırma özünü ey beyni dolu ikən beyni boş cahil! SafAğ Elminin astanasında da deyilsən. On səkkiz min “Qalaktika” – QalAğda, cəmi OdƏr bəşəriyyətində on səkkiz mindən də dəfələrlə çox ƏlAğ olduğunu dərk edə-edə, yenə də “Bir olan Allah” deyən, üstəlik, “Allahın şəriki yoxdu” oxuya-oxuya, yenə “Əliallah”lıq eliyənlərin dövranı qurtarmalıdı. “Allah”ın “şəriki yoxdu”sa imam Əlini niyə şərik çıxarırsan, ey “Əliallaha” qansız?! “Cuhud”, “cud”, “Hud” – “Yəhud” da deyilsən sən, dilini – OdƏlini itirmiş “Pers” – “Fars” da deyilsən! Xomeyni nə deməkdi, ey HəmEyini itirmiş dilsiz, vətənsiz, millətsiz “alim?!” EvƏrEyÜnlərin – “faraon”ların zamanında cahillərə yazı göndərdilər OdAğÜzdən; oxumusunuz sevimli “Bibliya”nızda: “Na bojyem yazıke napisali”, “Səni TəkƏl aparsın”. Yaradan Bağ kəlmələrilə yanaşı işlənən dildi bu dil, ey “alim”, “cahil!” “Dəri” deyil, ey “Fars” – mənasız ey diri ikən ölü!..

Mədəd “pomost”dan düşdü. Pencəyini çıxarıb çirkli taxta döşəməyə tulladı. Cürəni pencəyin üstünə atdı. Skelet su içində idi. Qollarında, döşlərində daş əzələlər qabarmışdı.

– Səsini çıxartma daha! Nə Dəli Səməd ölüb, nə də OdƏl Səməd. İkisi də mənəm. Xızrın, Çürüyün, Səminin, insana, dünyaya “Ninnini” deyən bədbəxtimin beyinləri də məndədi, bütün Dəlilərin də! Fikrimi o yan-bu yana çəksən, o plastrları qopardıb yumrulayıb boğazına təpəcəm, nəfəsini dalından alacaqsan. İyili quyu!

İyini yığışdır! Əbədiyyətimi qurban vermək bahasına öldürrəm səni!..

Xəlvətin çinara necə çırpıldığını xatırladan bu dönüş sükut yaratdı. Mədəd bir xeyli ağır-ağır nəfəs alıb, özünə gəlib, pencəyini geyinib, cürənin qayışını çiyninə keçirdi.


– Sözüm Qonaqlı cəmaatınadı indi.

Dəstanım davam eləyir.

“...Kənddən aralanıb meşə yoluna burulanda, dümdüz yerdəcə maşın aşmışdı. Cəmaat uzun, arası kəsilmiyən siqnal eşidib hadisə yerinə töküləndə kişinin hələ nəfəsi üstündə imiş, siqnalı basan da özü imiş. Cəmaati görüb əlini siqnaldan çəkəndə nə isə demək istəyib. Əmma dili yoxmuş daha. Sultan Əmirli xəbər tutub gələndə isə meyid soyuyubumuş.

Sultan sarğını açıb, qardaşının gicgahında yaraya baxıb. Ağlamaq əvəzinə elə hey köksünü ötürürmüş. “Yaran nə dərindi, dadaş”, – deyirmiş, ondan-bundan soruşurmuş ki, niyə dillənmirsiniz, niyə danışmırsınız, belə dümdüz yerdə maşın niyə çevrilib? Necə olub ki, bədənin heç yeri zədələnməyib, təkcə gicgahı bu cür partlayıb-dağılıb?! Bəlkə qəsd işidi?!. Sultan Əmirliyə heç kəs heç nə deyə bilməyib. Ancaq NKVD Gülənovun “zaklyuçeniye”sindən sonra aydın olub ki, “Sudüşən çəməni ilə meşənin arasındakı nəmişlikdə Mədəd Əmirli rulu kəskin şəkildə sola – yola doğru burduğuna görə maşın aşıb və aşarkən sağ qapının yuxarı küncü Mədəd Əmirlinin sağ gicgahına batıb, çoxlu qan axmasına və qanaxma nəticəsində ölüm hadisəsinin baş verməsinə səbəb olub”.

Bütün bunları Səməd hamıdan sonra bildi. “Cəfər əmi” dediyi Lüt Cəfər onu kabinetdə, dəmir “peç”in yanındakı nazik taxtda üzünü əmilərinin qəbirləri, başdaşları şəkillərinə söykəyib yatan yerdə tapıb oyadıb.

– Qalx, oğlum... Bədbəxtlik olub... Atan avariyaya düşüb, – deyib.

Sonra qoluna girib, “uzun, arası kəsilməyən siqnal”dan “zaklyuçeniye”yə qədər hər şeyi yerli-yataqlı danışa-danışa və nədənsə tez-tez “qəsd işi yoxdu, qəsd işi yoxdu” deyə-deyə onu hadisə yerinə aparıb. Bu vaxt nə maşın orda imiş, nə meyid, nə də cəmaat.

Qan tökülən yeri torpaqlayıb, dövrəsinə qaratikan yığıbmışlar ki, ayaq dəyməsin oraya. Qaratikan yığınının yanında bir saqqız ağacının döşünü balta ilə çapıb hamarlayıb, qızmar dəmirlə iri-iri qara hərflər basıbmışlar: “Mədəd Əmirli burda həlak oldu. 23 dekabr 1946-cı il”.

Kim yazmışdı bu “həlak oldu”nu?

Siz, ey Qonaqlı cəmaatı!

Bilirdinizmi sədrinizi öldürüblər?

Bilirdiniz.

Bəs niyə elə yazdınız?! Niyə ört-basdır elədiniz qəsd işini?!.

Mənim yaddaşımın sizinkindən fərqi bundadı ki, EyOdƏsdi – Uca Yaradan həqiqətdi “yaddaş”ım. Yəni Ündü. Sizin yaddaşınızdan fərqli olaraq, min-min illər əvvəllərin və hətta gələcəyin hadisələri həkk olunur beynimdə. Göstərilir və həkk olunur. Məsələn, mən hələ indidən açıq-aydın görürəm ki, iki-üç ildən sonra sizin bu “Milli Birliyi”niz “Boz qurd” adı ilə məşhurlaşacaq. Və özünü “Xalq Cəbhəsi”nin əskərləri adlandıranların dəhşətli bandit yığınından da dəhşətli vəhşiləri Qarabağda Xocalı şəhərinin əhalisini qıracaqlar, hırıldaşa-hırıldaşa, oğulun gözünün qabağında qoca atasının meyidini zorlayacaqlar! Adını da qoyacaqlar ki, “Ermənilər qırdılar, Ermənilər zorladılar”. Niyə belə? Çünki İlana Erməni ilə Türk arasında əbədi düşmənçilik lazımdı. Ermənilərlə yanaşı sizi də terrorun icraçılarına çevirib ölkəmizin daxilində bundan da betər milli ayrılıqlar, şiə, sünnü bədbəxtlikləri yaradacaqlar. Əmma həqiqət gizlin qalmayacaq. Çünki, təkrar edirəm dünyamızda Bağ rütbəsində gələcəyi, keçmişi görən insanlar var!

Dünya miqyasında yüzlərlə qəsd işindən xəbərdaram mən. Uzaq keçmişi görən əbədilərimizin bu “fantastika”sını lap adi, sadə sözlərlə çatdırıram sizə. Açıq-aydın qəsd işini “həlak oldu” kəlmələri ilə örtbasdır eləməyinizin sirri bundadı ki, “Allah” – ƏlAğı tanıyan, Kainatın sirlərini, o cümlədən öz ölümsüzlüyünü bilib hər cür qorxudan xali⁹⁶ olan SafAğların əksinə, siz hamıdan, hər şeydən qorxa-qorxa, həmişə, hər yerdə iradənizin əleyhinə gedirsiniz. Çax-çuxun çəki daşını tərəzinin üstündən qapıb maşının böyrüylə yüyürdüyünü bugünkü kimi görürəm mən. O vaxt siz də görürdünüz. Çax-çuxun “Villis”in qapısını açıb içəri atıldığını da görmüşdünüz. Həmişə qoşa gəzən Qara Zalla Sarı Zalın qışqırtılarını, “Öldürəcək! Sədri öldürəcək köpəyoğlu!” – dediklərini də eşitmişdiniz. Orda, saqqızın yanında Dam Direktor bu Xəlvətin üstünə yeriyib: “Öldürdü! O nalnan öldürdü!” – deyəndə, Təftiş Abbasın SafAğ oğlu Qara Zal Xaş nəçənniyin üstünə yeriyib “həbs eləyin onu! Xalıqı həbs eləyin!” – deyəndə hamınız qınınıza çəkildiniz. Hamınız, ey Qonaqlılar!.. Sədr Mədəd məhz qorxudan xali olduğuna görə kolxoz nizamnaməsinin formal ədalətini həqiqi ədalətə çevirib çörək verirdi sizə, “naturplata”⁹⁷ adlanan dövlət vergisini saxlayıb, əvvəlcə sizin əməkgünlərinizə taxıl, qarğıdalı, yağ, pendir paylatdırırdı.

Siz isə, hamılıqla qorxu əsiri olduğunuza görə Dam Direktorun, Qara Zalın səslərini batırdınız!

Sonra? Sonra nə baş verdi? Gizlin ürək ağrıları, vicdan qışqırtıları: “Belə yaşamaq olmaz! Belə yaşamaq olmaz!” İçərinizdəcə boğuldu qaldı bu üsyan, ey yazıq, bədbəxt millət!

Qulaq asın:

“Nə qədər ki, yaxınlaşıb yazını oxumamışdı, Səməd elə bil hələ də yuxulu idi, ayaqlarını yerə basdığını da hiss eləmirdi və hətta Cəfər əmi – Lüt Cəfərin qəribə pıçıltı ilə danışdığı təfsilata da bir növ laqeyd idi. Saqqız ağacının üç addımlığında dayanıb o yazını oxuyanda isə birdən-birə boğulmağa başladı”.

⁹⁶ Qorxudan azad əvəzinə “qorxudan xali” ifadəsi xalqın dilində ən qədim SafAğlardan qalıb.
⁹⁷ Dövlətə vergini məhsulun özündən ödəmədən, kolxozçuya əməkhaqqı vermək qeyri-rəsmi qadağan idi.

Kim “boğulmağa başladı?”

Boş-boşuna vermirəm bu sualı. Kim “boğulmağa başladı?”

Həmin bu altmış yaşlı, beyninə qan sızan skelet Alim, o vaxtkı on yeddi yaşlı, əziz-ərköyün Bircə bala.

O vaxta qədər boğulman-zad vardımı, əmi?

Yoxuydu.

Niyə məhz orda boğulmağa başladın?

Bilmirsən.

Sən necə, Xəlvət? Hamınızdan soruşuram: Niyə məhz orda, o cür faciə içində tək qalanda, ömründə ilk dəfə boğulmağa başladı bu skelet Alim?

Bilmirsiniz.

Dəhşət bundadı ki, mənim bu ilk nəzərdə qeyri-adi danışığımın, təkrar elədiyim bu “bilmirsiniz, bilmirsiniz” sözlərimin altındakı məna çox adidi.

O boğulan da, bu boğulan da saf, uca bir insandı. Xalqına məhəbbəti, hissiyatı, vəcdi necə ucaymışsa, hətta bədbəxt Yetimlər məhləsinin qapı-bacalarını murdarlayan ət torbalarının o tualetə çevirdikləri yerləri təmizləmək istəyirmiş!.. O saf, gözəl gənci, sədr Mədədin yeganə varisini gözləmək, təsəlli, ürək-dirək vermək əvəzinə niyə elə gecə dağılmışsınız? Məhkəmə zalında, Xalıqın gözü qabağında şahidlik eləməkdən qorxmusunuz?!

Bəli!

Bu bir ovuc Qudalıların “Birliyi” – birlikdir. Siz isə özünüzdən başqa heç kəsin taleyini düşünməyən tək-tək qorxaqlar yığınısınız! Sizi biri-birinizdən ayırmaqdan, torpaqlarınıza soxulmaqdan asan nə var?!

Saqqızın yanında o gənc ömründə ilk dəfə, sizin yadlığınızı hiss eləyib!

“Vərəsə”mizi iy basıb! Bu şüşə divarların arasında çala-çala, oxuya-oxuya dönə-dönə danışmışam sizə ki, “Qrek” – “Latın” – “Fars” fatehlərinin, sonra bu dəhşətli üçlüyə qoşulan “Ərəb” fatehlərinin, sonra Səlib-Xaç fatehlərinin, sonra İlan Vatikanın gizlin “poslaniye”ləri əsasında Romanovlar fatehlərinin qan-qırğınları sındırıb sizi.

Vaxtilə “Pro Metey” – EvƏrOdBağdaylar zəncirlənmişdi. İndi hər bir Tərik – “Türk” OdƏr zəncirlənib! Agentlər mühasirəsində yaşayırsınız. “Əsir” kəlməsi minilliklərlə gəlib indi Xəlvətin dilində təntənə ilə səslənir!

Mən sizi, İlan əlində silah olan əbləhlərimizi “cahad”a çağırmıram. Cəhalət zorakılığına qarşı zorakılıqdan – ölümdən, torpağa çevrilməkdən dəhşətli bir şey olmadığını dönə-dönə təkrar eləyib, sadəcə, öz bətninizə, “ürək” adlanan cəhənnəminizə diqqətlə baxmağa çağırıram. ƏrOd – həqiqət işığı ikən “ƏrKi”yə – “ürək”ə döndərilən təhrifi saflaşdırmaq üçün bilik verən, idrak verən Elmimiz özü əsir düşüb, işgəncə içində inildəyir, təhrif olunur. Gizlin qışqırma, ey “ürək”!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 min
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 min
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 min
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 min

Poems by other poets