Page 3 of 3 · 67%

İkincisi, etiraf eləyirəm ki, müharibədən sonra Qonaqlı kəndində sahibsiz qalan evlərdən həddi-buluğa çatmamış on bir nəfər yetimi evimə gətirib, sovet sədri Qılınc Qurbanın vasitəsiynən hər biri iyirmi beş sotdan ibarət on bir həyətyanı sahədə taxıl, qarğıdalı, maş, lobya əkdirmişəm, həmin həddi-buluğa çatmamış uşaqları işlədib, istismar eləyib, külli miqdarda gəlir götürmüşəm. Uşaqlar böyüyüb xeyir və şərlərini bilib, nökər saxlandıqlarını başa düşəndən sonra isə, əvvəlcə böyük qızım Dilişi böyük nökərim Əsədin yatağına salıb, bu yolnan Əsədi susdurmuşam. Sonra da başqa qızlarımın namuslarını satmaq yoluynan nökərlərimin hamısını susdurmuşam.

Üçüncüsü, etiraf eləyirəm ki, şəxsi dostlarım Sultan Əmirliynən Qılınc Qurbanın himayədarlığı nəticəsində, əllinci ildə Təftiş Abbası kolxoz sədrliyindən çıxartdırıb, Qonaqlıda sədr olandan sonra kolxozun “bölünməz fondu”nun hesabına, nökərlərimin on ikisinə də ev tikdirmişəm, hərəsinə bir baş buzovlu inək (cəmi on iki inək, on iki buzov), hərəsinə beş baş qoyun (cəmi altmış qoyun), hərəsinə bir at (cəmi on iki at) vermişəm, beləliknən, təsərrüfatım da daxil olmaqnan on üç təsərrüfatdan, bir naxır iribuynuzlu mal-qaradan, bir sürü qoyundan və bir ilxıdan ibarət fərdi təsərrüfat sahibi olmuşam. Bunlardan əlavə, yenə də haman vəzifəli dostlarımın himayədarlığı nəticəsində, Qonaqlı, Tahirli və Qurbanlı kolxozlarının ilxılarını birləşdirib, Xırrançay deyilən yerdə atçılıq zavodu təşkil eləmişəm, məhləmdəki əxlaqsızlıq mənnən qonşu olan Qudalı camaatını qəzəbləndirdiyinə görə, o camaatın qəzəbindən qorxub nökərlərimin hamısını haman atçılıq zavoduna göndərmişəm. Boynuma alıram və etiraf eləyirəm ki, nökərlərimi kənddən uzaqlaşdırandan sonra qızlarımnan nökərlərimin əlaqəsindən daha səmərəli istifadə eləyib, çox baha qiymətə gedən “Xarle” cinsli atları əhaliyə satmağa başlamışam, əldə olunan məbləğlərin cüzi qismlərini “hökumət qiyməti” adıynan Qonaqlı, Tahirli və Qurbanlı kolxozlarının hesabına keçirib, qalanını mənimsəmişəm. Bundan əlavə, Sultan Əmirliynən, Qılınc Qurbannan bir kompaniyada olan adamlara üçyaşar ürgələr, Cəbrayıl Cəbrayıllıya da bir üçyaşar ürgə bağışlamışam ki, mənim sədr vəzifəsində zərərli fəaliyyətim, şəxsi pozğunluğum və ailəvi əxlaqsızlığım haqqında danışan adamların susdurulmağında Cəbrayıl Cəbrayıllı da iştirak eləsin...”

Cəmaat elə sarsılıbmış ki, cınqırını çıxaran da yoxmuş.

Bədbəxt Lütü əsməcə tutubmuş. Əsə-əsə onun-bunun üzünə boylanırmış. “Bu nədi, ay cəmaat?!” – deyirmiş. “Biz hardayıq, hansı ölkədəyik?!” – deyirmiş.

Pers bu sözlərin ucadan deyilməsinə imkan verməyib: hasarın üstündən işarə eləyib, Gülənovun milisionerləri şığıyıb Lütü süpürləyiblər, on yeddi sədrin on yeddisini də dəstələyib, raykomun dal həyətindən o yana – dəmir yoluna çıxarıblar, kəmərlərini açıb, vaqona doldurublar.

Səmədin Cəfər əmisi – Lüt Cəfər belə gedib. Yetimlərlə bacılar isə yoxa çıxıblar. Sonradan məktub yazıb bildiriblər ki, Mingəçevirdədirlər, su-elektrik stansiyasının tikintisində işləyirlər və kəndə qayıtmaq fikirləri yoxdur. O vaxtdan bu on bir evin on birinin də qapısı bağlı qalıb. Qonaqlılar, Kərpickəsənlər, Kətyənlilər bu məhləyə yenə də elə “Yetimlər məhləsi” deyirlər, Qudalılar isə – “Xaraba!” Əmbə bir söz də var ki, o sözü Qudalı atamanı Qıllı Qeybalı ilə Qudalı cavanları, bir də ayaqyolu əvəzinə bu evlərin həyətinə gedən “üfunətli uşaqlar” çox tez-tez təkrar eləyirlər: “Qəhbəxana! Qəhbəxana!” – deyirlər.

Ayna bacı da çoxu elə bu sözə görə lap o başdan – qaranlıqlı, səbətlərini götürüb kənddən çıxır, meşədən alça-malça yığıb, Məhərin budkasının qabağına gedir, vaqonların ayaqlıqlarına baxa-baxa mələyir: “Gəl, ay Səmədim, ay Mədədim, ay umudum! – deyir. “Gəl ki, Yusifim də gəlsin! Ceyran balalarım da, yetim balalarım da gəlsinlər!” – deyir. Bir də qaranlıq qarışıb əl-ayaq yığışanda qayıdır ki, nə Qudalıların üzlərini görsün, nə də bu “Xaraba” məhlənin həyət-bacalarını. Lapatka götürüb, ağız-burununu sarmalayıb, həyətləri bir-iki dəfə təmizləyib. Dalkı günü baxıb ki, üfunətlilər qapıları, pəncərələri də batırıblar. Ondan sonra daha yaxın gedəmmir evlərə. “İçərim çaxnaşır”, – deyir. “Sudan savayı dilimin arasından heç nə keçmir”, – deyir. Qısası budur ki, Səmədin gördüyü Ayna bacı yoxdur. Qaraltısı qalıb. Torksin isə, qara geyinib yas bağladığı gündən lal-kar olubmuş, indi birinci dəfədir dil açıb; ana-bala, damın altında nə çəkirlər, necə dolanırlar – Torksin özü danışsın.

Əmma nə Torksin daha o “ayıblı olmuşuq” sözlərindən başqa bir söz dedi, nə də Səməd daha bir şey soruşdu. Yeddi il səkkiz ay bundan əvvəl, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında Bircə bala boz kitelə necə sığınmışdısa, indi Torksin də qurumuş qandan bərkimiş köynəyin döşünə eləcə qısılmışdı: ata hənirli əminin hənirindən Bircə balanın qanına-canına necə məhəbbət hopmuşdusa, sədr Mədəd, Lüt Cəfər hənirli Səməd Əmirlinin hənirindən Torksinin qanına-canına da elə məhəbbət hopurdu; “avariya günü” deyilən günün uzaqlığında qalmış Bircə bala ilə atalı ikən atasız qalmış bu arıq-sısqa qızın arasında heç bir fərq yoxdu; “avariya” günü hamıdan, hər şeydən ayrılıb “qara həyula”dan başqa heç kəsi görməyən o dünyadan xəbərsizlə “torksin donunu” – qırmızı paltarı sandığa atıb, “Dəli Səməd gedəli” yas saxlaya-saxlaya heç kəslə kəlmə kəsməyən “lal-kar”ın arasında da heç bir fərq yoxdu.

Səməd Torksini qucaqladı, elə bil bacısını sinəsinə sıxdı. “Avariya” günü dünyadan ayrılanda bu bacısından da ayrılıbmış. Dünyadan xəbərsiz olduğu kimi, bacısının əzablarından da xəbərsizmiş. Bu əzablarla öz əzablarının eyniliyindən də xəbərsizmiş. Bilmirmiş ki, sədr Mədədin “avariya”ya düşməyi nə imişsə, Lüt Cəfərin üzünə “sənəd” oxunmağı da eləcə bir şeymiş; Əlləzoğlunun Əmirli mülkünü yandırmağı nə imişsə, Qudalı atamanı Qıllı Qeybalı ilə Qudalı cavanlarının və üfunətli uşaqların Yetimlər məhləsinə “qəhbəxana” deməyi də eləcə bir şeymiş; “əmisinin arvadının oynaşı” damğası nə imişsə, “ailəvi əxlaqsızlıq” damğası da eləcə bir şeymiş. Odur ki, Səmədlə təzə tapdığı bacısının əzabları da eyni idi. Əmma Səməd bundan sarsılmadı. Əksinə, Torksinin quru sinəsinin çırpıntısını öz sinəsində duyar-duymaz dərhal başa düşdü ki, qurğulardan, böhtanlardan, təhqirlərdən, sui-qəsdlərdən, tutqulardan nə qədər böyük bədbəxtlik törəmişdisə, bədbəxtliyin əzablarından bir o qədər böyük xoşbəxtlik törəmişdi: qəlbində gəzdirdiyi gözəl insanlar arasında Torksin adlı daha bir uca və gözəl insan vardı. Danışırdılar ki, “sandığa qoyduğu qoftasıdı: Səmədin “təpik altında qaldığını” gördüyü günün axşamısı Ortayolun ortasında “lütlənib”, qəlyanlılardan hansınınsa əlindən “spiçkəni” dartıb alıb, qırmızı donunu yandırmışdı.

O axşam Qəlyanlıları dərd götürübmüş: “Lütlənməyin nədi, ay Lüt qızı?!” Bu doğrudan da dəliymiş ki!..” Qara geyinib, yollara boylana-boylana qalmışdı. Ucadan da uca idi! Gözəldən də gözəl idi!

– Bacımsan!.. Yeddi il səkkiz ay sonra bu axşam mən ikinci dəfə dünyaya gəldim. Məndən ötrü sən də bu axşam dünyaya gəldin. Unut hər şeyi! Böhtanları da, damğaları da unut! Bacıların, qardaşların qayıdacaqlar. Bircə şeyi unutma: Mən sənin doğma qardaşınam! Xoşbəxt eləyəcəm səni!


Yeddi il səkkiz ay ayrılıqdan sonra Qonaqlıya belə qayıtdı. “İt xılı”ndan başqa burda yenə də hamının istəklisi olduğunu, öz adı ilə yanaşı “Mədəd” adını da üstünə götürüb, daha çox sevildiyini bütün aydınlığı ilə gördü və güman elədi ki, bayaq quyunun üstündə duyduğu dönüş – “ciddi hadisə” də elə budur. Əmma bu “ciddi hadisə”nin ardınca, bir gecənin içində elə qeyri-adi hadisələr baş verdi ki, səhərisi yenə əmisilə görüş zərurəti yarananda Səməd bu bircə gecədə olub-keçənlərin təəssüratını yığıb-yığışdıra bilmirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 9

Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.

22 min
Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 min
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 min
Süleyman padşahın xəzinəsi 12

Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və “şeyx qardaşlarının əleyhinə kompaniya” başlandığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə – SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-⁷⁴ “Şeyx Xorasan” Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn edilmiş məşhur “Yarı Pünhanın” – SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin (“Süleyman”ın, “Solomon”un) həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi. yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları – köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.

36 min

Poems by other poets