Səməd Vurğuna

İnsan dünyaya gəlir,Təvəllüdü yazılır.İnsan dünyadan gedir,Baş daşında bir tire,İki rəqəm qazılır...

İnsan dünyaya gəlir,İllərlə qələm çalır.Zəkasına baş əyib,Ulduzlar da alçalır.İnsan dünyadan gedir.Onun həyat yolundanKiçik bir tire qalır.

Ömrün uzun yolları!Ötsə də üstünüzdən,Siz ey kiçik tirelər!

Zamanın sərt ruzgarı;Səyyarələr yağsa daGöylərdən dolu kimi.Böyüyən bir dühanınŞərəfli yolu kimi.Mərmərlərə həkk olan,Siz ey kiçik tirelər!..Mənalı insan ömrü,Heç vaxt getməyir hədər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets