Mən indi uzaqda... Cəbhələrdəyəm,Qarşımda boz otlar, gen səhralar var...Məni qərq edəndə uçqun xəyallarElə zənn edirəm sanki evdəyəm...Anam xalı salmış, sən çay qoyursanÇiçəkli eyvana baxır... Baxıram...Çaydan dəmləyirsən, limon kəsirsən,Mən isə köksünə bir gül taxıram.Odlu baxışların çevrilir bəri.O bir cüt ilahi, mavi gözləri –Süzürəm... Od tutub alışır könülYasəmən kolunda bir sona bülbül –Oxuyur... Mən isə siyah zülfünüSevib oxşayıram sakitanə, lalBu zaman bir mərmi düşür yaxınaMəni gül eyvandan ayırır xəyal...

Yenə cəbhə boyu əsir küləklər,Görürəm kimsəsiz bir səngərdəyəmFikrimi çuğlamış təmiz diləklərMənsə uzaqlarda... cəbhələrdəyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring