Dedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzmə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzmə,Eyləyib laləsifət bağrımı gəl qan, gəzmə.
Degiləm, iki gözüm olsa da, mən xatircəm,Ey gözüm nuri, gözümdən belə pinhan gəzmə.
Xatəmi-ləlüvə ta yetməyə Əhrimən əli,Ey pəri, yarın əgər olsa Süleyman, gəzmə.
Çıxma yarım, gecələr tışra sən əğyar ilə,Qorxuram hüsnüvə, ey məh, yetə nöqsan, gəzmə.
Danışırlar hamı, el ağzını tutmaq olmaz,Ey güli-qönçədəhən, xar ilə hər yan gəzmə.
Faş olan nüktədi qeyr ilə dəhanın sirri,Sanma ol nüktə səri-mu qala pinhan, gəzmə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Getmə cəmiyyəti-əğyarə sən, ey zülfi siyah,Seyyidi-zarı edib halı pərişan, gəzmə.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-dedim-ey-servi-revan-gul-kimi-xendan-gezme
Use ← → keys to move, R for a random poem
More by this author
Məni hər kim edib ol mahliqadən məhrum,Görüm olsun onu əltafi-xudadən məhrum.
Girib həmmam ara dildarı gördümGirib həmmam ara dildarı gördüm,Təcəlladən əyan didarı gördüm.
Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəmYar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm,Zövqdən gülləm, onu yüz dəfə təkrar eylərəm.
Aşiqəm, aşiqəm nigarə qəsəmAşiqəm, aşiqəm nigarə qəsəm,O siyəhçeşmi-pürxumarə qəsəm.
Poems by other poets · Love
Kəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Tutsam şərabı gər ləbinə tay, haramdırTutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,
Sevir, sevməyir?Göy çinar kölgəsində fikrə gedib tək,Oturmuşdur bir gözəl, yol çəkir gözü.