Mənə mehman idi ol sərvi-xuraman bu gecə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Mənə mehman idi ol sərvi-xuraman bu gecə,Məhfilim olmuş idi rəşki-gülüstan bu gecə.
Həmdəmim hur idi, camımda şərabım Kövsər,Mənzil olmuşdu mənə rövzeyi-rizvan bu gecə.
Zülməti-zülfdə gördüm dəhəni-yarı genə,Xızra əl vermiş idi çeşmeyi-heyvan bu gecə.
Nisfi-şəbdə mənə həmbəzm idi ol qaşı hilal,Bəzmdə durmuş idi san məhi-taban bu gecə.
Dəhəni-yar xəyalilə yox idi varım,Var idi bəzmdə çox nükteyi-pinhan bu gecə.
Ləhni-Davudi ilə könlümü aldı ol şux,İltifat etmiş idi murə Süleyman bu gecə.
O meyin qətrəsi yüz ləli-Bədəxşanə dəgərKi, dəgərdi ona hərdəm ləbi-canan bu gecə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, ol Kəbeyi-hüsn ilə ki, oldum həmdəm,Kaş olaydım, dolanıb başına, qurban bu gecə.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-mene-mehman-idi-ol-servi-xuraman-bu-gece
Use ← → keys to move, R for a random poem
More by this author
Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz,Keçər meyxarə aləmdən, meyi-gülnardən keçməz.
Tiğ etsə xətin pak sənə bir zərər olmazTiğ etsə xətin pak sənə bir zərər olmaz,Ayinədə seyqəl ola hərgiz kədər olmaz.
Aləmi-eşq içrə cananın sevən can istəməzAləmi-eşq içrə cananın sevən can istəməz,Bak edən canü dilindən vəsli-canan istəməz.
Hansı bar aşiqə kim, sən kimi canan olmazHansı bar aşiqə kim, sən kimi canan olmaz,Bu müşəxxəsdi ki, cismində onun can olmaz.