Page 1 of 2

Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl yuxudan durub kolxoz idarəsinə getdi. O, axşamdan verdiyi tapşırıqları yoxlamalı, maşınları yola saimalı, sonra briqadalara getməliydi.

Son partiya iclasından sonra Kosaoğlu çəkilib kənarda durur, əlini ağdan qaraya vurmurdu. Artıq yer əkdirdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış, "Necə? Mənə, Kosaoğlu Qurbana töhmət verirsiniz? Ə, başınıza at təpib?" - deyə qışqırmış, sonra da, təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. "Ə, heç nə danışdığını bilirsənmi? Ağlını başına yığ, isti yerini soyuq eləmə".

Ancaq iclas öz qərarından dönməmiş, Kosaoğlunun hədəsinə baxmayaraq ona töhmət vermişdi.

Bir neçə gün yaralı qaban kimi gəzən Kosaoğlu qərarın rayon partiya komitəsində təsdiqindən sonra evə qapılmışdı. O, işin qızğın vaxtında hamının təntiyib əl-ayağa düşəcəyini və "Kosaoğlu, amanın bir günüdür, bizə kömək elə, sənsiz işimiz aşmır" - deyib yalvaracağını gözləyirdi.

O, əkin zamanı etdiyi kimi yenə də bir kələk qurmağı düşünürdü. Kosaoğlu əmindi ki, "İyirmi altılar" kolxozunda onsuz iş görmək mümkün deyil. O, əl qatmasa nə pambıq yığılar, nə də plan dolar.

Ərinin evdə olduğunu görən Sayalı əsəbiləşirdi.

– A kişi, get, işində-gücündə ol. Ağlım başına yığ.

– Qoy nə qayırırlar, qayırsırılar. Allahdan istəmişəm pambığı batıralar, hamısını dama basdıram.

Ancaq iş öz qaydası ilə gedirdi. Nəsib dayı hər işi öz əlinə almışdı. O, idarənin qabağında İmranla rastlaşdı. Aqronom motosiklini minib getməyə hazırlaşırdı. Nəsib dayı onu saxladı.

– Zeynəbin briqadasında məni gözlə, - dedi, - sonra gülüb əlavə etdi: - Atım səninlə ayaqlaşmaz, yoxsa briqadaları birlikdə gəzərdik.

– İstəyirsiniz oturun, sizi aparım.

– Yox, a bala, qoca kişiyəm, sən get.

Onlar ayrılmaq istəyirdilər ki, Kosaoğlunun "Pobeda"sı qarajın yanında dayandı. Şofer düşüb maşına benzin istədi. Nəsib dayı ona yaxınlaşdı.

– A bala, xozeyinin hardadır?

– Evdə.

– Nə qayırır?

– Xəstədir.

– Bəs sən hara gedirsən?

– Nə bilim, hara desələr.

– Onda benzin götür, bizimlə gedəcəksən,

Şofer əl saxladı. Nə isə demək istədi.

– Tez ol, - deyə Nəsib dayı onu tələsdirdi.

– Mən gedə bilmərəm.

– Niyə?

– Xozeyin icazə vermir.

– Maşının xozeyini kolxozdur. Ayda neçə əməkgünü alırsan?

– Otuz beş.

– Onu sənə kolxoz verir. Zəhmət çək, kolxozla işlə. Tez ol, maşın sür.

– Dedim, sürməyəcəm.

– Onda açan bura ver.

Məmməd əlində oynatdığı zəncirli açara baxdı:

– Mən maşını heç kəsə vermərəm.

– Sən nəçisən maşını vermirsən? - deyə yandan yaxınlaşan İmran dilləndi.

– Gəmidə oturub gəmiçi ilə dava eləyəcəksən? Tez ol, xalqın işi-gücü var.

Məmməd inadından dönmək istəmədi. Lakin qarşısında dayananların ciddiliyini görüb susdu. Əgər zora salsa, açan ondan alacaqlarını yəqin etdi.

Əvvəlcə rolun dalında özü oturmaq istədi, ancaq "Kosaoğlu bilsə atamı yandırar" - deyə düşündü və hirslə açarı yerə tulladı.

– Alın! Özünüz cavab verəcəksiniz.

– Şofer Məmməd uzaqlaşdıqdan sonra Nəsib dayı açarı götürüb İmrana baxdı.

Aqronom onun fikrini başa düşüb gülümsündü.

– Zərər yoxdur, özüm sürərəm.

İmran motosikli idarəyə qoyub, rolun dalına keçdi. Maşın pambıq tarlalarına doğru üz qoydu.

Onlar susurdular.

Nəsib dayı dalbadal papiros çəkirdi. Onu fikir götürmüşdü. Nə yoldan ötən yük maşınlaran, nə ağarışan çölləri, nə xarallan daşıyıb düşərgələrə yığan arabaçıları, nə də tərəcələrdə pambıqqurudanlan görürdü. "Yox, belə olmaz . Məndə də günah çoxdur, - deyə düşünürdü. - Gərək hər şeyin çarəsini vaxtında qılasan. Qoymayasan iş-işdən keçsin. Vaxtında onunla ciddi danışsaydım, bəlkə də bəlli olmazdı".

Uşaq vaxtı eşitdiyi bir söhbət Nəsib dayının yadına düşdü. Qonşuları Alı kişi danışardı ki, bir gün bir qoca oturub alma yeyirmiş. Görür ki, balaca bir dozanqurdu onun üstünə dırmaşmaq istəyir. Kişi əlindəki bıçaqla qurdu kənara itələyir. Qurd dərhal kirpi boyda olub onım üstünə cumur, Kişi o qədər də əhəmiyyət verməyib bıçaqla yavaşca vurub onu öldürmək istəyir. Qurd daha da böyüyüb əjdahaya dönür və az qalır kişini yesin. Qoca bütün qüvvəsini toplayır və qurdu güclə öldürür. Sonra özünü danlayır ki, "təqsir məndədir. Gərək əvvəldən elə vuraydım. Birdəfəlik öləydi". İndi Nəsib dayı Kosaoğlunun gözünün qabağına gətirdikcə, bu nağılı xatırlayırdı.

Toz-torpağa bulaşmış "Pobeda" tarlaların arası ilə gedirdi.

Pambıqlar saçaq -saçaq olub yerə tökülürdü.

İmran maşını sahələrdən birinin yanında saxladı.

Nəsib dayı yerə düşüb, iri söyüd ağaclarının dibi ilə şırıldayıb axan balaca arxdan tullandı. Kim isə kölgədə yatırdı. O, ayaq tappıltısı eşidib gözlərini açdı və bərkdən gərnəşdi. Birdən maşını görüb ayağa sıçradı. Üstünün tozunu çırpa-çırpa Nəsib dayıya yaxınlaşdı və tərs-tərs briqadirə baxdı.

Briqadir başıni aşağı saldı.

– Sən qabırğanı yerə verib yatanda belə olar.

Elə bil briqadirin yaralı yerinə toxundular.

– A Nəsib dayı, adamı bilməz işə göndərırsiniz, adını da qoyursunuz yarıtmaz. Ə kişi, mən neyləyim, gücüm çatmır. Tərs kimi, mənim briqadama düşənlərin çoxu Kosaoğlunun qohum-əqrəbasıdır. Vallah, billah, öhdəsindən gələ bilmirəm. Ə kişi, mən heç Sayalıya söz deyə bilərəm?

Onlar söhbət edə-edə pambıq yığanlara tərəf gedirdilər. Nəsib dayı arabir əyilib, yerə düşən pambıqları götürür, tozunu çırpır və acıqlı-acıqlı briqadirə deyirdi:

– Bunun hamısı qızıldır. Sən bunun qədrini bilirsənmi?

– Bilirəm, niyə bilmirəm. Amma əlimdə əlac yoxdur.

Nəsib dayı briqadiri danlasa da, ürəyində ona haqq verirdi: "Məndə də günah çoxdur. Hamını işə cəlb edə bilməmişik".

Maşının yanına qayıdanda Nəsib dayı elə pərt idi ki, çırtma vursaydın qanı çıxardı.

O, İmranın üzünə baxmadan:

– Kəndə qayıdırıq! - dedi.

Onlar yola düşdülər.


Kosaoğlu şoferin dediklərini eşidəndə qulaqlarına inanmadı. Tez bayıra çıxdı. Həyətdə nıaşını görməyəndə qan beyninə vurdu. "Necə, mənim maşınımı əlimdən alırlar? Mənim ha, Kosaoğlu Qurbanın qabağına keçirlər! Demək, onların gözü ayaqlarının altını seçmir! Hənək-hənək, axırı dəyənək? Bircə o qalmışdı ki, ayağımı yerdə qoyalar? Yox, daha buna dözmək olmaz. Bu saat aləmi bir-birinə qatmasam, anamdan əmdiyim süd mənə haram olsun".

Kosaoğlu Məmmədi çağırdı:

– Bu saat get kəhər atı yəhərlə. Tez ol, daha durmaq vaxtı deyil.

Şofer bir anda gözdən itdi.

Ev-eşiyi yığışdıran Sayalı, ərinin vurnuxduğunu görüb, hirsindən dodağını çeynədi. "Sənə hələ bu da azdır. Lap yaxşı eləyirlər! - deyə ürəyində söyləndi. - Sən qırt toyuq kimi evdə oturanda, bilmirdinmi belə olacaq?!"

Kosaoğlu Sayalının ona məhəl qoymadığını görüb daha da hirsləndi:

– Gördün, arvad, bunların başımıza açdıqlarını?

– Gördüm, hələ harasıdır? Sən sonrasından qorx.

– Daha bundan artıq nə edəcəklər?

– Belə, sədrliyi də əlindən alacaqlar.

– Onlar kolxoza yiyəlik eləyəcək, mən də qıraqdan baxa-baxa qalacam?

– Qalacaqsan!

– O allahın birliyinə and olsun ki, dünyanı onların başına dar elərəm! Məni işdən çıxartmaq halvadır, nədir?

Sayalı özünü saxlaya bilmədi. Neçə gündən bəri ürəyinə yığdığı hirsi onun üstünə tökdü:

– Ay yazıq, heç xəbərin yoxdur, sən özün-özünü işdən çıxardıbsan. Neçə vaxtdır orda-burda gizlənirsən, evdə oturursan, kimə ziyan elədin? Yoxsa elə bilirsən sənin dalınca minnətçi gələcək? Yox, o baban öldü.

– İndi nə deyirsən?

– Nə deyəcəm! Heç nə! Qoy ağacın altına gəbə salım, başını yastığa qoy, ayaqlarını da uzat, yat.

Kosaoğlu özünü itirdi. "Deyəsən, axı, arvad məndən ağıllıdır. Doğrudan da mən geri çəkiləndə kimə neyloyirom? Daha da onlara əl-qol açmağa imkan yaradıram".

– Yaxşı, arvad... De görüm məsləhətin nədir?

Sayalı ərinin vəziyyətini görüb yumşaldı, içəri qayıtdı.

– Məsləhətim odur ki, qolunu çirmə, işində-gücündə ol, camaat görsün ki, Kosaoğlu meydandadır. Raykomun, ispalkomun gözünə gir.

Qoy onlar da desin ki, belə işçiyə töhmət vermək olmaz. Qandınmı?

Sonra da əl altından bildiyini elə. Kişi sənə söz deyib, məsləhət verib.

– Kişi kimdir?

– Prokurorun dediklərini yadından çıxardıbsan?

Kosaoğlu fikrə getdi.

– Deyəsən, sən nıəndən ağıllısan, arvad.

Sayalı qaş-gözünü oynatdı.

– Mənim qədrimi sonra bilərsən.

Həyətdə at kişnəmesı eşidildi.

– Di get. Onların gözünün odunu almasan, kişi deyilsən! Ə, yatmaqdan nə çıxar?!

Kosaoğlu elə bil birdən-birə qüvvətləndi. Həyətə çıxıb atın belinə qalxdı. Yüyəni çeynəyən kəhər götürüldü. Sayalı ərinin dalınca baxa-baxa bir anlığa ötən günləri yadına saldı. "Qocalsa da, sümüyü yüngüldür. Atın belində qırğı kimi durur".

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

IX fəsil, 2

Güllü xanımın qulağı almışdı ki, qonşu kəndlərdən adamları evli-eşikli, arvadlı-uşaqlı arabalara doldurub harasa göndərirlər. Onlara yorğan-döşək, paltar-palaz götürməyə də icazə vermirlər. Adambaşına cəmisi ikicə pud yük götürmək olardı. Güllü xanım gecələr səhərə qədər yerinin içində qıvrılır, hər şıqqıltıya diksinir, bir şey olan kimi ayağa durub otaqda gəzinirdi. Gəlinlərdən xəlvət yaxtanları açır, boxçaları yır-yığış edirdi. Vəzndən yüngül, qiymətdən ağır şeylərini ayrıca bir ehtiyatla paltarlarının ağıla gəlməz yerlərində gizlədirdi. Onun ürəyinə dammışdı ki, evlərinin başı üstdə qaranlıq var.İki gün bundan əvvəl isə Qaybalı kişi onların yanına gizlincə adam göndərmişdi. Özü ortaya çıxa bilmirdi. Kənddə min göz, min çuğul var idi. Camaatın yarısının bir ayağı Gepoda, bir ayağı da kənddə idi. Şənlikdə biri asqıran kimi şəhər xəbər tuturdu. O, göndərdiyi adamdan Güllü xanıma ismarlamışdı ki, hazırlıq görsün, deyəsən, uzaq səfərə çıxacaqlar. Qaybalı kişi bu evdə çoxlu duz-çörək kəsmişdi, haqqı-salamı itirmək istəmirdi. Güllü xanım gəlinləri yanına çağırdı.

19955 min
IX fəsil, 3

Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.

19954 min
IX fəsil, 4

Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.

19954 min
IX fəsil, 5

Onları meşə kənarındakı ucqar bir stansiyada vaqondan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin dərinliyinə gətirdilər. Burada ətrafı tikanlı məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər.

19951 min

Poems by other poets