Üçüncü hissə, 1
Page 1 of 2
Boz dağların ətəyi ilə qıvrıla-qıvrıla gələn qatar kiçik bir dayanacaqda azca yavaşıdı. Əşrəf vaqonun ayaqlığından yerə atıldı. Qatar bunu gözləyirmiş kimi dartınıb silkələndi. Çarxlar relslərin üstündə sürüşüb fırlandı. Parovoz içini təmizləyib bir neçə dəfə güyüldədi və fışıltı ilə yoluna davam etdi. Qumu, torpağı və relslərin altındakı taxtadan belə mazuta bulanmış yolun ətrafındakı otların üstünə elə bil şeh çiləndi.
Əşrəf paltarının tozunu çırpıb yolun kənarında dayandı. Kəsik-kəsik fit verib uzaqlaşarı qatarın arxasınca xeyli baxdıqdan sonra kiçik yol çamadanını götürüb, bircə budkadan ibarət olan stansiyaya yaxınlaşdı. Qatarı yola salan xidmətçi axşamüstü bu kimsəsiz yerdə tək qalan sərnişinə baxdı. Onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi. Bu yaxınlarda kənd yox idi. Gün yaxmışdı. Gecə vaxtı o hara gedəcəkdi?
Gözətçi sərnişinin yaxınlaşmasını gözlədi. Əslinə baxsan, o özünün kiçik daxmasında bu qərib oğlana yer verməyə hazır idi. Səssizlikdən qulaq batan, kənddən-kəsəkdən uzaq balaca stansiyada o, təklikdən darıxırdı. Cəmi üç-dörd işçisi olan bu cür yerdə yeni bir adam görəndə sevinir, ürəyində yığılıb qalanları danışmaq üçün həmsöhbət tapanda bir əl-ayaq da satın alırdı.
Əşrəf gözətçiyə yaxınlaşıb salamlaşdı. Çamadanını yerə qoyub ətrafa boylandı. Gözünü meşəyə doğru uzanan cığıra zillədi. Cığırların və araba yolunun doğradığı çəmənlikdə heç kəs görünmürdü. Sükutdan qulaq güyüldəyirdi. Sol tərəfdəki boz təpəliklərə qədər uzanıb gedən səhrada cırcırama ötüşürdü.
Gözətçi oğlanın narahatlığını hiss etdi:
– Burda məndən başqa heç kəs yoxdur, cavan oğlan, kimi axtarırsınız?
Əşrəf gözünü yoldan çəkmədən gözətçiyə cavab verdi:
– Məni qarşılamağa gələsi idilər.
– Görünür ya gecikiblər, ya da sifarişiniz çatmayıb. Uzağamı gedəcəksiniz?
– O taya, - deyə Əşrəf əli ilə meşənin qurtaracağında, hündür yarğanların o tərəfində, üfüqlə birləşən boz təpəliklərin ətəyində güclə seçilən kəndi göstərdi.
Gözətçi artıq üzərinə axşam qaranlığı düşən meşəyə və üfüqdə son şəfəqlərini yayıb batmaqda olan günəşə baxdı:
– Gecdir bala, heç yana gedə bilməzsən, yollar qorxuludur.
Əşrəf dodaqaltı gülümsündü.
– Doğru sözümdür, qalın, qonağım olun.
Əşrəf yaşı əllini keçmiş gözətçiyə baxdı. Onun beli azacıq donqarlanmışdı. Papiros çəkməkdən bığının ortası saralmışdı. Baş barmağının sədəfi kəhrəba rənginə çalırdı.
– Çox sağ ol, əmi, birtəhər gedib çıxaram.
– Qalsan məsləhətdir.
– Getsəm yaxşıdır. Ürəyim sözümə baxmır.
– Özün bil. Ancaq...
– Heç nə olmaz. Mən buranın hər cığırına bələdəm.
Əşrəf qocadan ayrıldı. Ot basmış cığırla meşəyə doğru addımladı. Gözətçi həmsöhbətini əldən buraxdığına təəssüfləndi və papiros eşib balaca müştüyünə keçirdi.
Stansiya ilə meşənin arası beş-altı verst olardı. Ətraf yamyaşıl idi. Çəmənliyin otu qurşağa çıxırdı, ilıq meh dalğalandırdıqca qırçın-qırçın olub dəniz kimi səpələnirdi. Otların dibinə sinən quşlar Əşrəfin ayaq tappıltısını eşidib pırıltı ilə havaya qalxır, göydə bir neçə dəfə qanad çalır və yenidən çəmənliyə qonurdular. İri yaşıl çəyirtkələr atılıb yolun ortasına düşürdü.
Əşrəf çamadanını kəmərə bağlayıb çiyninə almışdı. Əlindəki nazik çubuqla cığırın kənarındakı otları, çiçəkləri vura-vura irəliləyirdi. O, həsrətini çəkdiyi bu yerlərin havasını ciyərlərinə doldurub ləzzətlə nəfəs almaqdan doymurdu. Ürəyi quş kimi çırpınır, az qalırdı, qanadlanıb uçsun.
Əşrəf başını qaldırıb havaya baxdı. Qaranlıq çökürdü. Yolda heç kəs görünmürdü. Həmişə Qoridən qayıdanda atası onun qabağına adam göndərərdi. Əşrəf ona gətirilən atın belinə qalxıb dördnala çapar və bir anda meşənin qalınlığında gözdən itərdi. Bəs indi? Bəlkə elə doğrudan da xəbər çatmayıb? Bəlkə Kürün suyu daşıb, bəri üzə keçmək mümkün deyil? Bəlkə Qoca dayının gəmisi işləmir?
Əşrəf meşəyə çatdı. Ağacların qatı kölgəsi axşamın yaxınlaşmasını bir az da tezləşdirdi. Yol isə hələ çox idi. Əşrəf yalnız indi, axşamüstü nahaq yola çıxdığını düşündü. "Gərək stansiyada gecələyəydim. Bir-təhər sahilə çatsam da, Kürü keçə bilməyəcəyəm. Gecə vaxtı kim mənim qabağına gəmi gətirəcək?".
Cığır talaya çıxdı. Sıx yarpaqlı iri palıd ağaclarının tompal kölgələri uzanıb, qaladakı güllü-çiçəkli otların üstünə sərilmişdi. Bir cüt qır-qovul cığırın ətrafında hərlənib yem axtarırdı. Onlardan bir az o yana isə meşəxoruzu oxuyurdu. Əşrəf onları hürkütməmək və bir az dincini almaq üçün dayandı. Çamadanmı yerə qoyub üstümdə oturdu. Köynəyinin yaxasını açıb şapkası ilə özünü yellədi.
Meşə zümzümə edirdi. İlbizlər oxuyur, harada isə bülbül cəh-cəh vururdu. Onun səsi budaqlarda əks-səda verib bütün meşəyə yayılırdı. Arabir ağacların arasında qanad şaqqıldayırdı. Qarasu tərəfdə qaz qaqqıldayırdı.
Birdən hər şey susdu. Talanın ortasında bir sürü maral göründü. Quşlar harda isə gizləndilər. Xoruzların səsi kəsildi. Ancaq bu çox çəkmədi. Hər şey yenidən öz qaydasına düşdü.
Əşrəf beləcə bəlkə də bir neçə saat oturardı. Ancaq gecə öz qanadını meşənin üstünə gərmişdi. Taladan o yana meşə daha da qalınlaşırdı. Üstəlik qarasu yolu kəsirdi. Qaranlıqda keçidi tapmaq çətin olacaqdı.
O, ayağa durdu. Yoluna davam etmək istədi. Elə bu vaxt talada hər şey bir-birinə qarışdı. Maral sürüsü hürküb kolluğa qaçdı. Quşlar heybətlə qışqırıb budaqların arasında gizləndilər. Meşənin dərinliyindən at fınxırtısı və ayaq tappıltısı gəldi. Əşrəf ehtiyatlandı. Cığırdan kənara çıxıb gizləndi. Meşədən aralanan qaraltılar talanın ortası ilə düz onun üstünə gəldi. Əşrəf ala-toranda gələnləri güclə seçdi. Onların yedəyində yəhərli bir atın da olduğunu yəqin etdikdə ürəyi sakitləşdi və gizləndiyi yerdən çıxdı. Atlar hürküb tırıldadı. Gələnlər cilovu çəkib səksəkəli halda soruşdular:
– Kimsən?
– Mənəm.
– Əşrəf, dərdin alım, sənsənmi?
Onlar atdan düşdülər. Qucaqlaşıb görüşdülər. Tapdıq Əşrəfin çamadanını götürdü. Atı qabağa çəkdi.
– Tez ol, min gedək, ağa bizi gözləyir.
Əşrəf sıçrayıb atın belinə qalxdı. Qabağa düşdü. Ancaq gələnlər ona çatıb atları yanaşı sürdülər.
– Bəs Şamxal hanı, məim qabağıma həmişə o gələrdi?
– İşi vardı, - deyə Tapdıq könülsüz cavab verdi.
Tapdıq Əşrəfin şapkasına, balağı düz şalvarına baxdı və cilovu çəkib atı saxladı. Tərkindəki xurcunu götürüb Əşrəfə uzatdı.
– Al, paltarını dəyiş.
Əşrəf yəhərin üstündən qanrılıb Tapdığa baxdı. O isə sözünə davam etdi:
– Ağa tapşırdı ki, kəndə rus libasında gəlməsin, ayıbdı.
– Kimdən?
– Camaatdan.
Əşrəf cingiltili səslə qəhqəhə çəkib atın yalına yatdı. Kəhər cilovun boşaldığını hiss edib qulağını yapırtdı və dartınıb irəli atıldı. Əşrəf daha da aşağı əyildi. At ağacların yanından sivişib keçdikcə yəhərin qaşına sindi. Budaqlardan özünü qorudu. Tapdıqgil də onun arxasınca dördnala çapdılar. Əşrəf xırdaca şaxların belinə, baldırına toxunmasına, yarpaqların yanağına çırpılmasına fikir vermədi. Meşənin dərinliyinə getdi. Yarpaq qoxulu nəm havanı ciyərinə çəkdi. Bir az da getsə meşə seyrələcək, taladakı binələr görünəcəkdi. Əşrəfdən olsa heç yerdə dayanmaz, atın başını çəkmədən birbaş sahilə gedər, Kürün lilli və burulğanlı qollarını keçib, atı üzdürə-üzdürə o taya adlayardı.
Qarşıdan səs gəldi. Çaxmaq şaqqıldadı. Əşrəf özünə gələnə qədər yolu kəsdilər.
– Dayan!
O, atın cilovunu dartdı. Kəhər özünü saxlaya bilməyib büdrədi. Sonra dal ayaqları üstə qalxıb fınxırdı. Əşrəf yəhərin qaşına sindi. Tapdıqgil ağacların dalına girdilər. Bir xeyli beləcə nəfəslərini dərmədən dayandılar. Qaraltılar irəli çıxdı. Əşrəf onların atlı kazak olduğunu gördükdə təəccübləndi və dönüb yoldaşlarına baxdı.
Kazaklar onlarla üzbəüz dayandılar:
– Kimsiniz?
– Yol adamıyıq.
– Hara gedirsiniz?
– Evimizə.
Kazakın biri tüfəngini çiyninə keçirdi və atını mahmızlayıb lap Əşrəfə yaxınlaşdı. Qaranlıqda gözünü onun üzünə zillədi:
– Sən kimsən?
– Görmürsən, adamam.
– Bilirəm adamsan. Studentsən?
– Bəli.
– Bəs buralarda nə gəzirsən?
– Dedim ki, evimizə gedirəm.
Kazak atın başını qanırıb aralandı və tüfəngi əlinə aldı:
– Düşün qabağa.
– Nə üçün?
– Siz dustaqsınız!
– Nədən ötəri?
– Niyə qoruğa giribsiniz?
– Qoruq nədir?
Bu dəfə kazak daha qəzəblə qışqırdı. Onun yoğun və xırıltılı səsi meşəyə yayıldı:
– Özünüzü bilməməzliyə vurmayın. Düşün qabağa!
Bayaqdan söhbətə qulaq asan və heç nə anlamayan Tapdıq atını mahmızlayıb Əşrəflə bərabərləşdi:
– Əşrəf, bu urus bizdən nə istəyir?
– Deyir dustaqsınız, qoruğa giribsiniz.
Tapdıq da, Əşrəfin əmisi oğlu da təəccüblə çiyinlərini çəkdilər. Onlar indiyə qədər bu meşədə belə şey görməmişdilər. Qoruq sözünü də birinci dəfə eşidirdilər. Əşrəf özü də mat qalmışdı:
– Məni başa salın, görüm, bu qoruq kimindir?
– Padşahın.
– Haçandan?
– Onun sənə dəxli yoxdur.
– Necə dəxli yoxdur, bura dədə-babadan bizim kənd camaatınındır.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-1
Use ← → keys to move, R for a random poem
More by this author
Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.
Dördüncü hissə, 3Aleksey Osipoviç yastığa dirsəklənərək qonşu çarpayıda şirin yuxuya getmiş arvadına tamaşa edirdi. Vera əlinin ikisini də cütləyib başının altına qoymuş, dizlərini qarnına doğru azacıq qatlayıb yatmışdı. Yorğan sürüşüb düşdüyündən, çiyninin bir hissəsi və sinəsi açılmışdı. Nəfəsi ipək köynəyinin yaxasındakı tülü yelləndirirdı. Çırağın işığı aşağı çəkilmiş olsa da, arvadın saçlarına düşəndən aydınca görünürdü. Qırışlar onun alnına iz salmışdı. Gözlərinin altı kölgələnmiş, buxağında, sinəsində nazik zehlər əmələ gəlmişdi. Halbuki, beş-altı il bundan əvvəl yanağı, buxağı, elə sinəsi də qəşəng və sığallı idi. Saçları gur və dalğalı idi. Köksü qabarıq olsa da, bədəni nazik və oynaq idi. Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi. Ancaq indi ətə dolub ağırlaşmışdı. Hiss olunurdu ki, Vera yaşlaşmışdı.Onlar on ildən çox idi ki, evlənmişdilər. Çətin günlərdə bir-birinə həyan olmuş, evdə bir azca soyuqluq hiss edəndə nəfəsləri ilə onu isitmiş, qəribliyə düşəndə bir-birinə sığınmışdılar: ürəklərindən keçənləri gözlərindən oxumuşdular. Aleksey Osipoviç hələ indiyə qədər Veradan narazılıq, azacıq da olsa bir şikayət eşitməmiş, özü də arvadının könlünə toxuna biləcək bir hərəkət etməmişdi. Onlar bir-birini çox istəyirdilər. Uşaq vaxtı Şamaxı tərəfdə, Çuxuryurd yaylaqlarında bir yerdə böyümüşdülər. Vera ağ bənizli, qırmızı yanaqlı malakan qızları ilə bir yerdə ot biçininə gedəndə, bulaq üstə enəndə, ya da ayaqyalın çəmənlikdə qaçanda, Aleksey onu gözaltı süzərdi. Axşamlar isə tez-tez kəndin ortasına toplaşıb qarmon çalar, səhərə qədər oynayıb-oxuyar dan qızarana yaxın evlərə dağılışardılar. Aleksey Veranı tez-tez rəqsə çağırar, sonra da kölgəli küçələrlə evlərinə ötürərdi. Onlar belə hallarda kəndin arasındakı yolla asta-asta addımlayar, aylı gecələrdə qoşalaşan kölgələrinə tamaşa etməkdən doymazdılar. Onların kölgələri gah dağın döşünə sərilər, gah dərəni aşar, gah da yenicə ağardılmış kənd evlərinin divarında baş-başa verərdi. Aleksey Veranı ilk dəfə evlərinin yanında, məhz belə aylı gecələrin birində öpmüşdü. Vera onun hərəkətinə əvvəlcə təəccüb etmiş, xeyli Alekseyin üzünə baxmış, sonra özü də bilmədən onun boynunu bərk-bərk qucaqlamışdı. Kəndin alt tərəfindəki çəmənliyin otu biçilmişdi. Tayalar cərgələnmişdi. Vera baş yaylığını açaraq çəmənliyə qaçmışdı. Onlar qurumuş çiçək və otun ətrindən məst olaraq, tayaların birinin kölgəsində gizlənmişdilər.
Dördüncü hissə, 4Uşaqlar və Olqa Konstantinovna qonşu otaqda yatdıqdan sonra, Semyonov yazı masasının arxasına keçdi. Şalvarının yan cibindən təmiz bir dəsmal çıxartdı. Eynəyinin şüşələrini sildi və polisin dünən gecə gətirdiyi məktubu şamın işığında təzədən diqqətlə oxudu. Son sətirlərin üzərində xeyli dayandı. "Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". Məktubu kənara atdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər". O bir anlığa Kipianinin hərəkətlərini gözü qabağına gətirdi. Seminariyada işlədiyi müddətdə hələ ondan şikayət olmamışdı- Kipianini yalnız gürcülər deyil, bütün şöbələrin tələbələri sevirdi. O, gözəl müəllim idi. Vətənini dərin məhəbbətlə sevən bu adam həmişə onun taleyini düşünür, keçmişindən və gələcəyindən böyük ehtirasla danışırdı. Kipiani bütün vardığı ilə məktəbə və tələbələrə bağli idi. O özü ədəbi gecələr təşkil edir, şer oxuyur, uşaqlarə dram dərnyinə toplayır, ekskursiyalara aparır. İki il idi ki, tarix dərnəyi təşkil etmişdi. Belə bir adamı nə üçün gözüm-çıxdıya salmışdılar? Onu yenidən Sibirəmi göndərmək istəyirdilər? Axı mən ondan nə yaza bilərəm?Semyonov ayağa durdu. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. Asta-asta vərəqlədi. Əvvəlcə əlinə qəzet səhifəsinə bənzər iri bir kağız keçdi. Mətbəədə çap olunmuş bu vərəq qara haşiyəyə alınmışdı. Bu, inqilabi iş üstündə Peterburq, Moskva, Kazan, Kiyev ali məktəblərindən qovulmuş müəllim və tələbələrin siyahısı idi. Daxili işlər nazirliyinin əmri ilə həmin adamlar polis nəzarəti altında saxlanılır və məktəblərdə işləmək hüququndan məhrum edilirdi. Son vaxtlar bu cür gizli siyahıları tez-tez göndərirdilər. Semyonov xırda hərflərlə yazılmış vərəqi nəzərdən keçirdi. Siyahıda özünün bir neçə tanışlarının da adına rast gəldi. Nəhayət, Kipianinin familiyasını tapdı. Onun adının qarşısında qələmlə işarə qoydu. Bir xeyli beləcə, əlində qələm, dayandı. Fikirli-fikirli saqqalını qaşıdı. "Demək, ondan hələ əl çəkməyiblər. Peterburq Texnoloji İnstitutundan qovulduqdan və Sibirdə cəza çəkdikdən sonra belə onu gözdən qoymurlar. Bəlkə elə doğrudan da Kipiani burada da gizli işlərlə məşğul olur, hökumət əleyhinə təbliğat aparır? Axı bu təbliğat nədən ibarətdir? Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirdilər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar? Məgər biz buraya, Qafqazın ucqar yerlərinə bundan ötərimi gəlmişik?"
Dördüncü hissə, 5Onlar dərin sükut içində, asta addımlarla qədim Qori qalasının yerləşdiyi təpəyə yollandılar. Cığırları ot basmışdı. Bəzi yerlərdə qalanın divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. Kipiani azacıq axsadığından dalda qalır, bir az irəlidə gedən Əhməd tez-tez dayanıb onu gözləməli olurdu. Nəhayət, qala divarına yaxın bir yerdə, otları azacıq saralmış göylükdə oturdular. Kipiani dərhal pencəyini çıxardıb yerə atdı və arxası üstə uzandı. Əhməd isə gözünü üfüqə zillədi. Qarşıdakı dağlar baş-başa vermişdi. Meşənin ətəklərində kəndlər, bir az bəridə isə vağzal görünürdü. Göytəpənin yanında burulğanlı və hikkəli olan Kür burada quzu kimi sakit idi. Liaxva çayı ilə birləşəndən sonra belə halını dəyişmir, çəmənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Çayın vadisində suya yaxın yerlər yamyaşıl olsa da, ətraf saralmışdı. Əhməd xeyli üfüqlərə qədər uzanıb gedən sulara baxdıqdan sonra üzünü qayalara tərəf çevirdi. Gözünü saralmış daşlara, uçuq-sökük yerlərə, hörgülərin arasında bitən quru otlara zillədi. Hər şey beləcə dəyişir, dağılıb sökülür və köhnəlirdi... Onlar da belə idilər. Peterburqda ilk dəfə tanış olduqları zaman Kipianinin üzünə ülgüc dəyməmişdi. Elə Əhmədin özünün də bığ yeri yenicə tərləmişdi. Onlar Peterburq ali məktəb tələbələrinin gizli yığıncaqlarına birgə gedir, birgə də nümayişə, küçəyə çıxardılar. O zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekabristlər idi. Heç nədən qorxmurdular. Hətta bəzən gənclik ehtirası və marağı ilə nə isə tezliklə bir iş görməyi, çevriliş etməyi, həbsxanalara, zindanlara belə düşməyi arzu edirdilər. Onlarda həm coşqun bir ədalət hissi, həm də gəncliyə xas olan macəraçı bir cəsurluq vardı. Lakin tələbələrin bu coşqunluğu uzun sürmədi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər. Aradan illər ötdü. Dostlar indi təsadüfən Qoridə görüşdülər. Kipiani yorğun və məhzun kimi görünürdü. Deyəsən, əvvəlki coşqunluqdan əlamət qalmamışdı. Yoxsa onun qürurunu sındırmışdılar? Yoxsa sürgün illərı onun iradəsini sarsıtmışdı? Məgər Əhməd özü də dəyişməmişdimi? O da ağır və təmkinli olmamışdımı? Bəlkə də bunlar acizlik və qorxaqlıq əlaməti idi? Bəlkə də ağır maddi vəziyyət, arzuların ilğım kimi əlçatmazlığı onları süstləşdirmişdi? Bəlkə Kipiani taleyinə boyun əyərək ömrünü başa vurmaq istəyirdi?Kipiani də eyni ilə bu cür düşünür, Əhmədi gözaltı süzüb, söhbəti hardan başlayacağını müəyyənləşdirirdi. Onun deməyə sözü çox idi. O bilmək istəyirdi ki, Əhməd təkdirmi, keçmiş yoldaşlarından kiminlə əlaqəsi var? Yenə əvvəlki əqidəsindədirmi? Yoxsa gənclik xəyallarından uzaqlaşmışdır?
Poems by other poets
Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə