Bahar oldivü açıldı çəmən gögçəklərin baği
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bahar oldivü açıldı çəmən gögçəklərin baği,Qucaqlaşdı gülü sünbül, dodağlaşdı meyü saqi.
Gəl, ey saqi, qədəh vergil, bu söhbətni qənimət bilKi, bəllüdür nə qalubdur bu fani ömürdən baqi.
Nə xülqi-hüsnüdür yarəb ki, ol ayə xuda vermiş,Pəridən hüsni artuqdur, mələkdən ğalib əxlaqi.
Vətəndən, ey diriğa kim, məni avvarə qıldılar,Siyəh çeşmani-Kəşmiri, güləndamani-Qıpçaqi.
Ğəmin aldı qərarü səbrü aramim yenə, vəh kim,Mənim evimdə ğarətdür, görünməz eldə heç baqi.
Ləbin üzrə xəti-səbzin bitəndən bərlü bağ içrə,Yürəgi təhbətəh-qandur, açılsa ğönçə ovraqi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qızardı Kişvərinin yüzi xuni-dil bilə, leykin,Qara xalın xəyalında qarardı gözləri aqi.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-bahar-oldivu-acildi-cemen-gogceklerin-bagi
Use ← → keys to move, R for a random poem
More by this author
Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb,Avçı tək kim, ox çıxarub səlbdən ceyran görüb.
Eşigində düşmişəm hər gecə daşə yastanıbEşigində düşmişəm hər gecə daşə yastanıb,Gözlərim giryanü köksüm yarəvü bagrım yanıb.
Vəh ki, bir namehriban dildarı sevdim aqibətVəh ki, bir namehriban dildarı sevdim aqibət,Munca gəzdüm, bir vəfasız yarı sevdim aqibət.
Ləbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrətLəbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrətCəmalun səfhəsində kim, anın ustadinə rəhmət.