Ənbərin zülfün ki, düşmiş ay yüzünə sayəsi,Bir qara yilan urur kim, gül ola həmsayəsi.

Yoxdurur sərmayə sərvim ğəmindən özgə, heç,Ey ğəmü dərdin məhəbbət əhlinin sərmayəsi.

Payidari-eşq-əvvəl mənzilidür aşiqün,Anda zahir bolğusudur hər kişinin mayəsi.

Nə vəfa istərsən ol kafərdən, ey dil kim, ona,Bivəfalıq sütü vermiş namüsəlman dayəsi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Vay əgər bir busə versən ol ləbi-canbəxşdən,Andan özgə yox cahanda Kişvərinin vayəsi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love