Ey vəfasız, necə bir sərvi-rəvan bulmazmıyam,Ya yüzün tək bir şüküftə ərğəvan bulmazmıyam.

Çizginürmən mən gözün yaşinəvü qanım tökər,Qulluğ etsəm mən anun tək bir ə’van bulmazmıyam.Bu cahan mülkündə mən bir zəifi-natəvan,Səndən özgə can verib bir növcavan bulmazmıyam.

Nə salursan, ey rəqibi-səksifət kim, eşqidəSən təki mən bir yalançı pəhləvan bulmazmıyam.

Öldü dedim Kişvəri, dedi ki, öldü, neyləyim?Kişvəri tək bir gədayi-natəvan bulmazmıyam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love