Ey xərməni-gül, gülşəni-rüxsarına qurban,Sərvi-çəməni, qamətü rəftarına qurban.

Həm cani-girami ləbü-canbəxşinə sədqə,Həm xaki-tənim nərgisi-bimarına qurban.

Didarını görsəm, keçərəm iki cahandan,Ey iki cahan, dövləti-didarına qurban.

Bir söz degil, ey çeşmeyi-həyvan ki, bulurlarXizr ilə Məsih, ləbü güftarına qurban.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey zahidi-xudbin, nə bitər zühdü vərə'dən,Gər bulmayasan Kişvəri tək yarına qurban.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring