Əya sənəm, necəsən, xoşmusan, səfacəmisən?Güli-İrəm, necəsən, xoşmusan, səfacəmisən?

Xoş ol zaman ki, yetim yoldun, əyağım öpəm,Sana deyəm, necəsən, xoşmusan, səfacəmisən?

Gəhi deyəm necədür xatiri-mübarəkiniz,Gəhi sorəm necəsən, xoşmusan, səfacəmisən?Gəl ey iki gözümün mərdümi ki, bir saət,Səni görəm necəsən, xoşmusan, səfacəmisən?

Şikəstə Kişvəridən sor ki, ey fərağımdan,Çəkib ələm, necəsən, xoşmusan, səfacəmisən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets