Saqiya, bir cür’ə sungil badeyi-gülrəngdən,Mütriba, bir nəğmə dut mən binəva ahəngdən.

Bir təbəssüm qıl xuday içün, güli-qönçədəhənKim, dili-təngim açılmaz ol dəhani-təngdən.

Yetər ahim gögə, yetdi sərvi-qədindən irağ,Ruzigarim tirədür sən kamili-şəbrəngdən.

Tilbə könlüm ta düşipdür xaki-rahindən cüda,Padişahidür ki, düşmiş tac ilə ovrəngdən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Munca rüsvalıq çəkərsən, nodi axır, Kişvəri,Ol burunqi xanı lafın danişü fərhəngdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets