Gözüm giryandur, ey can, səndən ayru,Tənim üryandır, ey can, səndən ayru.

Tutaşmış köksüm içrə şö’leyi-ah,Könül büryandur, ey can, səndən ayru.

Dəma-dəm xuni-dil giryan gözümdən,Axıb tufandur, ey can, səndən ayru.

Dügünlər lalə tək bağrım içində,Yürəgim qandur, ey can, səndən ayru.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çevirgil başına qul KişvəriniKi, sərgərdandur, ey can, səndən ayru.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets