İbrahim İbn Əliyyün-Nəccar Xaqani
Page 2 of 4 · 25%
Qəzəliyyatından bir neçə fərdlər--ki, "Atəşkədeyi-Azəri"də məsturdur,--burada zikr olunur:
Ey sobhdəm bebin bekoca miferestəmət,
Nəzdike-aftabe-vəfa mnferestəmət.
İn sər bemohre-name bean mehreban resan,
Kəsra xəbər məkon ke koca miferestəmət.
Can yek nəfəs derəng nədarəd, qozəştənist,
Vər nə, bein şetab çera miferestəmət.
İn dərdha ke bər dele-Xaqani əmədəst,
Yek-yek bequy, bəhre-dəva miferestəmət. [6]
[6] Tərcüməsi:
Ey sübhdəm, gör səni hara göndərirəm,
Səni vəfa günəşinin yanına göndərirəm.
Bu başı möhürlü məktubumu o mehribana çatdır,
Kimsəyə xəbər vermə ki, səni hara göndərirəm.
Can bir an aram tapmır, keçəridir,
Yoxsa səni nə üçün belə tələsik göndərirəm?!
Xaqaninin ürəyinə gələn bu dərdləri
Bir-bir söylə, səni dərman üçün göndərirəm.
Dərdi ke məra həst bemərhəm nəforuşəm,
Gər afiyətəş sərf dəhi həm nəforuşəm.
Bər kurdelan suziye-İsa nəseparəm,
Bər mordedelan reşteye-Məryəm nəforuşəm.
Ey xace məno to çe foruşim bebazar,
Şadi nəforuşi tovo mən ğəm nəforuşəm. [7]
[7] Tərcüməsi:
Məndə olan dərdi dərmana satmaram,
Üstəlik əbədi sağlamlığı da versən, satmaram,
İsanın çilvələnməsini korlara tapşırmaram,
Ölüqəlblilərə Məryəmin boyunbağısını satmaram.
Ey xaçə, mən və sən bazarda nə sataq?
Sən şadlıq satmazsan, mən də qəmimi satmaram.
Xəyyate-ruzeqar bebalaye-hiç kəs
Pirahəni-nəduxt ke, axər qəba nəkərd. [8]
[8] Tərcüməsi:
Zəmanə dərzisi heç kəsin əyninə
Elə bir köynək tikmədi ki, axırı don olmasın.
Cənnətməkan Abbasqulu ağa "Qüdsi" təxəllüs--ki, onun tərcümeyi-halı gələcəkdə zikr olunacaqdır,--"Gülüstani-İrəm" adlı kitabında Nizaminin və Xaqaninin müasirlərindən və onlardan sonra Qafqaziyada vücuda gələn üləma, şüəra və hükəma barəsində filcümlə məlumat veribdir. Heyfa ki, "Gülüstani-İrəm"-in farsi nüsxəsi əlimizə düşmədi və lazımi qədərincə ondan istifadə edə bilmədik. Ancaq rus dilinə tərcümə elədiyi bir nüsxəsi müvəqqəti əlimizə keçdi. Fürsəti qənimət bilib, aşağıda təhrir olunan məlumatı rusdan türkə çöndərməklə məcmuəmizi zinətləndirdik. Abbasqulu ağa yazır: "…. Və hər əsrin ruhu və övzayi-əhvalı və hər bir millətin dərəceyi-kəmalı, tərəqqi və təməddünü ol əsr və millət hasilə yetirdiyi ədəbiyyatdan və əsari-ətiqədən müşahidə olunur. Qafqaziyanın cənubi-şərqində həddən ziyadə xərabə şəhər, qəsəbələr, uçuq hasar və minarələr, qədim məbədgahlar (monastrlar), Aranzəmində həvariyyundan müqəddəs Şəmunun qəbri, Bərdədə, Gəncədə, Şamaxıda və Bülbülə kəndində imamzadələrin rövzeyi- mütəhhərələri və bunlardan əlavə Şirvan, Şəki, Gəncə, İrəvan, Qarabağ mahallarında bir çox möhtərəm seyidlərin, şeyxlərin və pirlərin qəbirləri ona şəhadət verir ki, keçmişdə bu yerlər üləma, ürəfa və şüəra mərkəzi olubdur. Bu yerlərin mötədil abü həvası, münbit torpağı, qalın meşələri, dilgüşa və basəfa dağları və təpələri, laləzar çəmən və səhraları, meyvəli və güllü bağ və bostanları hər qisim nemət və meyvəcat yetirməkdədir. Bu cəhətə ən qədim əsrlərdən müxtəlif qövm və tayfaların nəsli burada sükunət ediblər. Müxtəlif şəkil və heykəldə, siyrət və surətdə olan millətlərin övladı bu yerlərdə bənd olub qalıblar. Onlardan hər biri elm və hünərindən, cibilli istedad və qabiliyyətindən, ayin və adətlərindən və xasiyyətlərindən bir nişan və əlamət qoyublar. Belə ki, Qafqaz əhalisi bir çox mənəvi dövlət və irslərə varis olublar və şəklü şəmayildə dəxi qeyri millətlərdən tərcih tapdıqları cəhətə Qafqaziya ünsürünə (rasasına) Avropa millətləri dəxi özlərini mənsub qılıblar.
Fəqət Qafqaz xittəsi sabiqdə müttəsil dava və qovğa meydanı olub, bir an vuruşma və toqquşmadan asudə qalmayıblar. Bununla belə bu yerlər üləma, hükəma və şüəra sinfindən xali qalmayıbdır. Burada bir çox mötəbər və müqtədir şəxslər vücuda gəliblər ki, hər biri öz əsrinin fəridi və mümtazı olubdur. Və bunu da bilmək gərəkdir ki, Qafqaz torpağından çıxıb başqa diyara mühacirət edən kəslər qürbət vilayətlərdə və əcnəbi məmləkətlərdə böyük nam və şöhrət qazanıblar.
Şirvan şahlarının zəmani-səltənətlərində--ki, dörd yüz ildən ziyadə çəkibdir,--bu yerin əhalisi eyni-əmnü asayişdə yaşayıb, vilayəti abad və məmur qılıblar. Səfəvilər əsrinin ibtidasında Qafqaziyanın bəzi yerlərində osmanlılar ilə əcəmlər arasında bir çox müharibələr vüqua gəlməklə belə vilayətin övzaü nizamı pozulur. Ancaq Şah Abbasi-dövvüm Qafqazın şərq səmtini təsxir etdikdən sonra təzə nizam və qanun təsis eləyir və bu əmnü asayiş Şah Sultan Hüseynin zəmani-səltənətinədək davam edir. Vəli Nadir şah zühur edib Dağıstanın üstünə hücum qılır. Yenə davalar başlanır; hər tərəfdən qan sel kimi axır, övzayi-məmləkət nizami-qaydadan düşür….
Bununla belə əlimizə düşən pərişan namələrdən istifadə edərək zeyldə adları zikr olunan üləma və əhli-qələmlərimizin tərcümeyi-hallarına və əsərlərinə dair müxtəsərən məlumat veririk:
Şeyx Əbuabdullah Əli ibn Məhəmməd Badkubeyi bir çox mötəbər müvərrixlərin yazdıqlarına görə, din və dünya elmlərindən baxəbər bir vücud imiş. Cavan sinnindən başlayıb əsrinin mötəbər üləmasından elm təhsil etməyi. Onun müdərrisləri Şeyx Abdullah Xəfif və Şeyx Əbülqasım Kaşifi kimi böyük alimlər olubdur. Məşhur Şeyx Əbuseyid Əbülxeyr ilə onun arasında bəzi elmi və fənni mübahisələr vüqua gəlibdir. Şeyx Əbülabbas ilə mabeynlərində ülfət və dostluq əlaqə bağlayıbdır. Məzkur Əbülabbas Şeyx Əbüabdullah Əli Badkubeyinin alim və fazil bir vücud olmağını öz əsərlərində zikr və təsdiq edibdir. Şeyx Əbuabdullah ömrünün axırlarında dünyadan və xalqdan qəti-əlaqə edib, Şirazın yaxınlığında bir mağarada etikaf və ibadətə əyləşir. Burada şeyxi öz əsrinin məşhur üləma və füzəlası ziyarət edərmiş. Vəfatı hicrətin 442-ci tarixində vaqe olubdur ki, miladın 1051-ci ilinə mütabiqdir. Asari-qələmiyyəsi olubsa da, bizə erişməyibdir.
Məhsəti Gəncəvi vəcihə və nəcibə bir qız imiş. Sultan Səncər Səlcuqinin sarayında artıq şöhrət kəsb etmişdi. Fünuni-şerdə ən zərifə və qabilə
bir vücud imiş, təbiəti-şeriyyəsi var imiş. Gözəl və dilpəsənd qəzəllər inşad edərmiş. Əşarü asarından bir çox nümunələr "Atəşkədə"də məsturdur.Fələki Şirvani öz əsrinin ən məlumatlı və xoştəb şairlərindən birisi hesab olunur. Onun əsl adı Məhəmməddir və necə ki, yuxarıda zikr olundu, Xaqaninin müasiri və dostu imiş. Rəvayət olunur ki, cavanlıq sinnində ikən bir münəccimin oğlu ilə dostlaşıb, onun atasından münəccimlik elmini öyrənmişdi və bu elmdə artıq məharət və qabiliyyət büruz etmişdi. Fünuni-şerdə dəxi ustadi-şüəra Əbülüladan təlim almışdı və münəccimlik elmini sevdiyindən "Fələki"
təxəllüsü götürmüşdü. Bir çox əşarı "Təzkirətüşşüəra"da zikr olunubdur. Onlardan ən məqbul və səlisi Şirvan mənuçehrlərinin şənində yazdığı qəsidələrdir.İzzəddin Şirvani dəxi Xaqaninin müasiri olub, ziyadə danişmənd və maarifpərvər bir vücud imiş. Dövlətmənd və alitəb, bir şəxs olduğu üçün müdam onun məclisi ürəfa, üləma və şüəra ilə ziynətlənərmiş; şüəra sinfinə cümlədən ziyadə riayət göstərərmiş və bəzi kəlami-bəliğindən müqtədir şair olduğu görünür.
Mücirəddin Beyləqani cavan ikən Şirvana azim olub, burada həkim Xaqaniyə şagird olur. Fünuni-şerdə ondan təlim alıb, özü dəxi şer yazmaqda mahir olur. Xaqani yazdığı əşarü kəlamın üzünü ağardarmış. Şirvanda olan vaxtı Mücirəddin Xaqaninin əqrəbalarından birisinin qızına aşiq olub, onu almaq istəyir, vəli biçiz və fəqir şair mən olunur və öz müəllimindən gözlədiyi köməyi və tərəfdarlırı görməyib, məyusanə Azərbaycan diyarına azim olur və burada öz kamal və mərifəti sayəsində Atabəyin ən müqərrəb adamlarından birisi olur. Atabəyin vasitəsilə Qızıl Arslanın və fərzəndi Sultan Toğrulun hüzuruna müşərrəf olur. Hər iki sultanın şənlərində gözəl qəsidələr inşad qılmışdı.
Hüseyn ibn Əli Seyid Zülfüqar Şirvani özünün elmi və təbiəti-şeriyyəsi ilə iştihar bulmuşdu. Şirvan vüzərasından Sədr Səid onun yazdığı bir qəzələ əvəz olaraq yeddi xarvar ipək ona bəxş etmişdi. Axır vaxtlarda Seyid Zülfüqar Xorasana əzimət edib, orada Sultan Məhəmmədin təcümeyi-halını və ümurisəltənətdə icra etdiyi gözəl tədbirlərini nəzm ilə yazmışdı. Sonra Hülaku xanın oğlu Əbakə xanın vəziri Atabəy Yusif Seyid Zülfüqarı ömrünün axırına kimi öz təhti-himayəsinə alıb, şairin haqqında lütfü ehsanatını əsirgəməzdi. Seyid Zülfüqar Əbakə xanın zəmani-səltənətində Təbrizdə vəfat edibdir və "Məqbərətuş-şüəra"da dəfn olunubdur.
Əbusəid Abdal Badkubeyi bəzl və ehsanı ilə və mehmannəvazlığı ilə şöhrət kəsb etmiş dərvişsifət bir zat imiş. Bakı şəhərinin yaxınlığında sükunət edərmiş. Cüzi mədaxilinə qane olmaqla belə füqəraya kömək və evinə gələn qonağa hörmət və inayət göstərərmiş. Padşahlardan fərman ilə ona verilmiş neft quyusundan və Şibanidəki əkin yerlərindən yetişən məhsulat, fərmanların hökmüncə, onun vəfatından sonra da füqəra və məsakinə təqsim olunarmış və qəbrinin üstündə olan mücavirlərə vəzifə verilərmiş və lakin müruri-əyyam ilə Şirvan şahlığında vüqua gələn inqilab və siyasi hadisələr təsirindən Əbusəidin məscid və hücrələri və müsafirxanası təxrib və qəbri sədəmeyi-ruzgardan torpaq ilə yeksan olur.
Hicrətin 1232-ci tarixində ki, miladın 1817-ci sənəsinə mütabiqdir, Hacı Qasım bəy vələdi-Mənsur xan Badkubeyi Əbusəidin qəbrini axtarıb tapır və məscidini hücrələri ilə və müsafirxanası ilə tərmim qıldırır. Məscidin və müsafirxananın və neft quyusunun açılmağından yəqin olunur ki, bu haman dərviş Əbusəidin binalarıdır ki, onun vəsfi-şənində Məhəmməd ibn Mahmud "Nəfayisül-fünun" adlı kitabında bu minval yad etmişdi ki, Hülaku xanın nəvəsi Sultan Məhəmməd xan Xudabəndə--ki, miladın 1314-cü tarixində tamami İrana padşahlıq edirmiş, Badkubə şəhərinin canibində bir dərvişə rast gəlir ki, orada bir neft quyusu qazdırıb, onun mədaxili ilə həm özü məaş edərmiş və həm də müsafirlərə və füqəraya xərc qılarmış. Dərviş məzkur adətinə görə, padşaha da ziyafət tərtib qılır. Sultan Məhəmməd Xudabəndə dərvişin bu himmət və alitəbliyini gördükdə ona pürqiymət töhfələr bəxşiş eləyir, vəli Əbusəid qəbul etməyib deyir: "O qədər ki, mənə lazımdır, varımdır. Daha başqa şeyə ehtiyacım yoxdur!" Əbusəidin cavabı sultana o qədər xoş gəlir ki, onun əlini sıxıb, dost və qardaş olmağına əhdü peyman edir. Dərviş bəzi vaxtı dostuna cüzi hədiyyələr göndərərmiş və sultan o hədiyyələri satdırıb onlardan hasil olan məbləğə özü üçün kəfənağı aldırmağı vəsiyyət etmişdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-ibrahim-ibn-eliyyun
Use ← → keys to move, R for a random poem
More by this author
Qasım bəy Zakir Qarabağın mümtaz nücəbalarındandır. Onun atası Əli bəy, Əli bəyin atası Şahverən bəy və onun atası Kazım ağadır ki, Şuşa şəhərinin banisi məşhur Pənah xanın doğma qardaşı Hüseynəli ağanın oğludur.Qasım bəy təvəllüd edibdir hicrətin 1199-cu tarixində--ki, tarixi-məsahiyyənin 1784-cü sənəsinə mütabiqdir, -- Şuşa şəhərində. Təlim və tərbiyəsi haman şəhərdə olubdur. Өz əsrü zamanının övsafü əhvalına görə çəndan elmü kəmal əxz etməyə müvəffəq olmayıbsa da, türk və fars dillərini layiqincə təhsil edibdir.
Qarabağ-Şuşa şəhəriSabiqdə Şuşa şəhəri Qarabağ xanlarının paytaxt şəhəri hesab olunurmuş. Bu şəhərin banisi Pənahəli xan olubdur. Şəhərin təmir və binası vaqe olubdur 1170-ci sənədə ki, tarixi-məsihiyyənin 1757-ci ilinə mütabiqdir. Bu şəhər əvvəlcə öz banisinin adı ilə adlanırmış. Pənahabad. Sonradan şəhərin üç-dörd verstliyində olan erməni Şuşa kəndinin adı ilə təsmiyə olundu. Pənah xan mərhum Şuşa şəhərini təmir və təsis edib, ətrafına möhkəm hasar çəkdirdi və sonra hamı xalqa müəyyən yurd və məkan göstərib, fəraqət dolanmaqlarına lazımi binagüzarlıq edibdir və yeni bina etdirdiyi şəhərin adı ilə gümüş pul zərb etdirdi--"Pənahabad" ki, rusların indiki gümüş üçşahılığı vəznində imiş.Məlum ola ki, Pənahəli xanın əsli qarabağlıdır və Sarıcalı qəryəsindəndir və Sarıcalı onun babalarından birisinin adı ilə--ki, Sarıcalı imiş,--təsmiyə olunubdur.
RafeiBu şairin dəxi ismü nəsəbi və məhəllü məkanı məlum deyil. Şiveyi-lisanından Qafqaz əhli olduğu anlaşılır. Vaqifin müasirlərindəndir. Mürəbbeatından birisi zeyldə yazılır:Sən necə həmdəmsən, ey badi-səba,
Seyid Əbülqasım NəbatiAzərbaycan türklərinin müqtədir şairlərindən birisi də mərhum Seyid Əbülqasım "Nəbati" təxəllüsdür. Seyid Əbülqasımın vətəni Qaracadağda Üştibin, yaxud Üçdibin qəryəsidir ki, İran dövlətinə mütəəlliqdir və Muğan səhrasına yaxındır. Bu qəryənii abhavası mötədil və torpağı münbitdir. Əhalisi salamat və kargüzar olduğu üçün mürəffəhhal yaşayırlar. Vəli zəmanənin övzavü iqtizasından bixəbər və elmdən bibəhrədirlər, necə ki, dövləti-əliyyənin rəiyyətləri və rəncbərləri təmamən bu hal üzrə yaşamaqdadırlar.Seyid Əbülqasım təvəllüd edibdir tarixi-hicriyyənin on üçüncü əsrinin ibtidasında--Nəsrəddin şahın atası Məhəmməd şahın zəmani-səltənətində681. Bir qəsidəsində məzkur şahı belə tərif eləyir: