İbrahim İbn Əliyyün-Nəccar Xaqani
Page 3 of 4 · 50%
Əbusəidin asari-qələmiyyəsindən bizə bir şey vasil olmayıbdır.
Seyid Yəhya Badkubeyi hicrətin səkkizinci əsrində bu vilayətdə böyük alim və müdərrislərdən hesab olunurmuş. Qafqazın hər tərəfindən tələbə və suftələr
onun başına cəm olub, elm mərifət kəsb edərlərmiş. Ülumi-diniyyəyə dair bir çox mötəbər əsərləri vardır. Seyid Yəhyanın adı bəzi şəri kitablarda kəmali-
ehtiram ilə zikr olunubdur. Onun ibadət etdiyi hücrə və mədrəsəsi Abbasqulu ağa Qüdsinin əsrində mövcud imiş. Məscid mərhumun adı ilə təsmiyə olunub--"Seyid Yəhya məscidi" adlanarmış.Şeyx Molla Yusif Müsküri əslən ərəb imiş. Abavü əcdadı hicrətin yeddinci əsrində Mədinədən Qafqaza hicrət ediblər və ibtidada Qarabağ mahalında
sakin olarlarmış. Bədə Qarabağdan Quba mahalına köçüblər və burada "Müskür" adlı məhəldə Şeyx Molla Yusif təvəllüd edibdir. Şeyxi-məzkur ibtidai təlimdən sonra Seyid Yəhya Badkubeyinin hüzuruna gedib, ondan ülumi-ilahiyyəni və ehkami-şəriyyəni təhsil etməyə başlayır. Seyid Yəhyanın təhti-tərbiyəsində şeyx xeyli müddət kəsbi-kəmal edib öz zehn və istedadı ucundan bir çox elmlərə dara olur və ustadi-möhtərəmi onun müdərrisliyinə xeyir-dua edib yola salır. Şeyx Molla Yusif öz vətəninə müraciət edib müdərrisliyə qurşanır və bir çox möhtərəm şəxslər onun tədris və təlimi bərəkətindən ad və şöhrət qazanırlar, xüsusən, onun istəkli şagirdi qubalı Şeyx Məhəmməd öz əsrinin fəridi olur. Şeyx Molla Yusifin nəsli camaat içində və el arasında həmişə əziz və möhtərəm sayılıblar. O qəryədə ki, şeyx dəfn olubdur və onun övladı sakindirlər, şeyxin adı ilə məzkur qəryə təsmiyə olunubdur--"Şeyxulla" kəndi adlanır. Şeyx Molla Yusifin əsərlərindən bizə yetişən onun ərəb dilində "Bəyanul-əsrar" adlı yazdığı kitabıdır. Bu kitab bir müqəddimədən və iyirmi dörd babdan ibarətdir ki, məalı insanın əhvalı-ruhiyyəsinə və əxlaqü ətvarına şamildir. Şeyx vəfat edibdir hicrətin səkkizinci əsrinin axırlarında.Bədr Şirvani öz əsrində ən zərif şairlərdən birisi hesab olunurmuş. Şerşünaslıqda və elmi-tənqiddə artıq dərəcədə məharəti var imiş. Xeyli zaman Şirvanda nazü nemət içrə möhtərəm yaşayıb. Əsərlərindən bir neçəsi bizə yetişibdir. İranın məşhur şairlərindən Katibi Turmizi Bədr Şirvaninin ziyarətinə Şirvana gəlib, xeyli vaxt aralarında fünuni-şer və ədəbiyyat babında mübahisələr olubdur. Dövlətşahın dilindən rəvayət olunur ki, Şirvan valisi Əmir İbrahim Katibinin bir şerinə bədəl olaraq ona on min dinar qızıl bağışlayır. Bu məbləği Katibi bir ayın müddətində Şirvan karvansarasında sərf eləyir: o, pulun bir hissəsini fəqir şairlərə və bir hissəsini də füqəraya verir, bir hissəsini də oğurlayırlar. Belə ki, ay tamam olmamış Katibinin yeməyə bir batman unu da qalmır. Bu halda Əmir İbrahimə aşağıdakı məzmunda bir şer yazıb göndərir: "Dünən aşpazıma əmr etdim ki, mənim və qonağımın aclığını rəf etmək üçün bağri bişirsin. Aşpaz mənə cavab verdi ki, evimizdə bir az ət və yağ olur ki, tapılsın, amma unu kim verəcəkdir, o məlum deyil. Mən ona dedim ki, göyün dəyirmanını işlədən kəs bizə un verər".
Əbdürrəşidi-sani Badkubeyi təvəllüd edibdir hicrətin 805-ci ilində ki, miladın 1403-cü tarixinə mütabiqdir. Əsərlərindən qalanı ərəb dilində yazdığı coğrafiya kitabıdır ki, onda rusların, slavyanların, varyakların, peçeneqlərin haqqında müfəssəl məlumat veribdir. Avropa üləmasından məşhur akademik Fren "İbn Fədlan" nam adlı təb olunmuş əsərində Əbdürrəşid Badkubeyi yazdığı coğrafiyadan bir çox məlumat əxz etmişdir.
Kəmaləddin Məsud Şirvani çox böyük üləmadan birisi hesab olunur. Uzun müddət Heratda Sutan Hüseyn Bayqarının zəmani-səltənətində müdərris olubdur. 905-ci tarixi-hicriyyədə Heratda vəfat edibdir. Xorasan üləma və hükəma firqəsi Kəmaləddin Şirvaninin elm və fəzlini kəmali-ehtiram ilə öz əsərlərində zikr ediblər.
Müsahib Gəncəvi--ki, Kərbəlayı Əlixan Ziyadoğlu ismilə məşhurdur,--Gəncə və Qarabağ bəylərbəyisi olubdur. Ziyadə xirədmənd, baxəbər və xoşsöhbət bir vücud imiş. Şah Abbas Səfəvinin lütf və inayətinə nail olduğu üçün "Müsahib" ləqəbi almışdı. Ümuri-məmləkətdə ziyadə mahir və durbin olduğundan maəda şerşünaslıqda yədi-beyzası var imiş. Özü dəxi şer deyərmiş və bir çox şer və qəzəlləri qalıbdır.
Molla Mirzə Şirvani ziyadə alim və fazil bir zat imiş ki, hər növ elmdən baxəbər və öz əsrinin filosofu sayılırmış. Üləma firqəsilə müttəsil müzakirə
və mübahisədə olub, hər kəsə ariz olan elmi müşkilat və şübhələri kəşfü bəyan edərmiş. Abbasqulu ağa Qüdsinin zamanında da Molla Mirzə Şirvaninin adı İranzəmində təhsin ilə yad olunarmış. Ömrünün axır vaxtlarını İsfəhanda və Kərbəlayi-müəllada üləma və müctəhidlər zümrəsində keçiribdir. Vəfatı da
orada olubdur, Şah Sultan Hüseyn Səfəvinin zəmani-səltənətində.Molla Məhəmmad ibn Molla Nəşəfəli Badkubeyi öz əsrinin alim və fazil bir şəxsi imiş ki, hər növ elm və fənlərə dara imiş. Ziyadə xoşxülq, paktinət bir vücud olduğu üçün cümlənin hörmət və rəğbətini kəsb etmişdi. Mirzə Məhəmməd xani-dövvümün müəllimi və mürəbbisi olubdur. Bir neçə mötəbər əsərləri qalıbdır ki, onların cümləsindən Şeyx Bəhaəddinin "Kəşkül" nam ərəb lisanında yazdığı kitabın şərhi ilə farscaya tərcüməsidir. Bu tərcüməni Molla Məhəmməd Fətəli xanın fərmayişi ilə eləyibdir. Səhih rəvayətə görə, Molla Məhəmməd ilə Məhəmməd Çələbi Əlicəli sünnü və şiə məzhəb arasında olan nifaq və ədavəti götürüb, sülh və saziş etmək üçün xeyli müddət müzakirə və müşavirə ediblər və bu xüsusda Məhəmməd Çələbi ərəb dilində mötəbər bir kitab yazıbdır. Haman kitabı ərəbdən fars dilinə mərhum Abbasqulu ağa Qüdsi pədəri Məhəmməd xani-saninin buyurmağı ilə tərcümə eləyibdir.
Hacı Məhəmməd Çələbi Əlicəli Qübbə nahiyyəsində öz əsrinin bilikli və gözüaçıq alimlərindən sayılırmış. Hacı Məhəmməd Çələbinin hər elmdən xəbərdarlığı var imiş. Xüsəsən, ülumi-ehkami-şəriyyədə əmsalı yox imiş. Mərhum Çələbinin bir neçə mötəbər əsərləri qalıbdır ki, üləma indində məqbul və bəziləri dəsturüləməl hökmündədirlər. Hacı Məhəmməd Çələbi yeddi dəfə Həcc ziyarətinə gedibdir, vəfatı hicrətin 1223-cü ilində vaqe olubdur ki, miladın 1808-ci salına mütabiqdir. Zəmani ki, Mustafa xan rus qoşununun içində Quba həvalisində Şıxəli xan ilə müharibə edirlərmiş Hacı Məhəmməd Çələbinin cəsədini dəfn etmək üçün şəhər qəbiristanlığına gətirirlər. Bu əsnada alimin cəsədinə ehtiram göstəribən hər iki tərəf yaraq və əsləhələrini yerə qoyub, müvəqqəti sülh edirlər.
Məstəli Şirvani--ki, əsl adı Hacı Zeynalabidin ibn Axund İsgəndərdir.--təvəllüd edib şəhri-Şamaxıda hicrətin 1194-cü ilində ki, tarixi-məsihiyyənin 1779-cu salına mütabiqdir. Altı ay onun təvəllüdündən sonra atası Axund İsgəndər əhlü əyalını götürüb gedib Kərbəlayi-müəllaya. Məstəli Şirvani on yeddi yaşına kimi bəzi elmləri öz atasından və sair məşhur alimlərdən təhsil edibdir və cavan ikən dərvişlər silkinə daxil olub, dərviş Məsuməli şah Hindistaninin təlim və söhbətindən istifadə edir. Bundan sonra Bağdada köçüb, orada elm və biliyini kamala yetirmək üçün Nurəli şah İsfəhanidən başlayır dərs almağa. Elmini tamam edəndən sonra İraqi-əcəmə, Gilana, Şirvana və Azərbaycana səfər edib, hər məkanü məhəldə bir neçə vaxt iqamət edib, təcrübə və biliyini daha da artırır. Məstəli Şirvani Azərbaycandan azim olur Təbəristana, oradan Xorasana, Kürdüstana, Zabilistana və Kabula əzimət edir. Hər yerin üləma və hükəması ilə aşina olub, məclislərinə daxil olur. Xeyli müddət Həsənəli şahın xidmətində qalıb, hüsni-təvəccöhlərinə müvəffəq olur va onun vəfatından sonra--ki, vaqe olubdur Hindistanda Pişavərdə 1216-cı (1802) tarixində,--Məstəli Şirvani Pəncab səmtinə və oradan Dehliyə, Allahabada, Benqalya, Dəkənə və Hindistanın sair yerlərinə səfər edib. Bəd Hindistan və Xita cəzirələrini gedib gəzir.
Bundan sonra Məstəli Multandan keçib Kəşmirə, Müzəffərabada və oradan keçib Kabula, Təbəristana, Bədəxşana, Xorasana, İraqa və İraqdan Farsa. Bu uzun və pürzəhmət səyahətdən sonra Məstəli bir neçə müddət yorğunluğun almağa məcbur olur. Bir az rahat olandan sonra Məstəli yenə səyahət qəsdilə Ərəbistanın çox yerlərini və qərbi-cənubunda olan şəhər və qəsəbələri gəştü güzar edib, oradan Həbəşə keçibdir və bir az vaxt orada iqamət edəndən sonra Məkkəyə qayıdıbdır. Məkkədən Mədinəyə və Mədinədən Əlqahirəyə, oradan Qüdsi-Xəlilə və Qüdsdən Arçıblaq cəzirələrinin bəzini seyr edib İstambul tərəfinə azim olubdur və İstambulda bir müddət iqamət etdikdən sonra Rumeli şərqinə və Bolqarıstana gedib, o yerlərin əhalisi və övzaı ilə filcümlə tanış olur və bəd yenə İstambula qayıdıb və oradan Anadoluya, Diyarbəkr vilayətinə və Diyarbəkrdən Ermənistana və buradan Azərbaycan səmtinə azim olur. Azərbaycanın bir çox yerlərini gəzdikdən sonra Tehrana səfər edir.
Məstəli Şirvani hər iki səyahətində dünyanın yarısını gəştü güzar edib, altmışdan ziyadə müxtəlif ayin və adət üzrə yaşayan və yek-digərinə ziddü müğayiri-dinü məzhəb, ehkam və üsulunu icra edən miləl və əqvam ilə tanış olubdur və "Riyaz" adlı kitabında yuxarıda zikr olunan dinlər və məzhəblər babında və hər bir yerin tarix və coğrafiyasına və əhalisinin məişətinə dair ətraflı məlumat veribdir. Məstəli Şirvani bir neçə vaxt dərviş-məczub Əli şah Həmədaninin yanında qalıb, Nemətullah məzhəbilərin şeyxi və müəllimi olmağa xeyir-dua ilə icazə alıbdır. Amma dünyagir və nəfspərəst üləmadan bəzi onun ziddinə gedib, ədavət başlayıblar və onu dini-islama müğayir başqa bir əqidədə olmaqla Fətəli şahın nəzərində müttəhim və müqəssir ediblər.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-ibrahim-ibn-eliyyun
Use ← → keys to move, R for a random poem
More by this author
Qasım bəy Zakir Qarabağın mümtaz nücəbalarındandır. Onun atası Əli bəy, Əli bəyin atası Şahverən bəy və onun atası Kazım ağadır ki, Şuşa şəhərinin banisi məşhur Pənah xanın doğma qardaşı Hüseynəli ağanın oğludur.Qasım bəy təvəllüd edibdir hicrətin 1199-cu tarixində--ki, tarixi-məsahiyyənin 1784-cü sənəsinə mütabiqdir, -- Şuşa şəhərində. Təlim və tərbiyəsi haman şəhərdə olubdur. Өz əsrü zamanının övsafü əhvalına görə çəndan elmü kəmal əxz etməyə müvəffəq olmayıbsa da, türk və fars dillərini layiqincə təhsil edibdir.
Qarabağ-Şuşa şəhəriSabiqdə Şuşa şəhəri Qarabağ xanlarının paytaxt şəhəri hesab olunurmuş. Bu şəhərin banisi Pənahəli xan olubdur. Şəhərin təmir və binası vaqe olubdur 1170-ci sənədə ki, tarixi-məsihiyyənin 1757-ci ilinə mütabiqdir. Bu şəhər əvvəlcə öz banisinin adı ilə adlanırmış. Pənahabad. Sonradan şəhərin üç-dörd verstliyində olan erməni Şuşa kəndinin adı ilə təsmiyə olundu. Pənah xan mərhum Şuşa şəhərini təmir və təsis edib, ətrafına möhkəm hasar çəkdirdi və sonra hamı xalqa müəyyən yurd və məkan göstərib, fəraqət dolanmaqlarına lazımi binagüzarlıq edibdir və yeni bina etdirdiyi şəhərin adı ilə gümüş pul zərb etdirdi--"Pənahabad" ki, rusların indiki gümüş üçşahılığı vəznində imiş.Məlum ola ki, Pənahəli xanın əsli qarabağlıdır və Sarıcalı qəryəsindəndir və Sarıcalı onun babalarından birisinin adı ilə--ki, Sarıcalı imiş,--təsmiyə olunubdur.
RafeiBu şairin dəxi ismü nəsəbi və məhəllü məkanı məlum deyil. Şiveyi-lisanından Qafqaz əhli olduğu anlaşılır. Vaqifin müasirlərindəndir. Mürəbbeatından birisi zeyldə yazılır:Sən necə həmdəmsən, ey badi-səba,
Seyid Əbülqasım NəbatiAzərbaycan türklərinin müqtədir şairlərindən birisi də mərhum Seyid Əbülqasım "Nəbati" təxəllüsdür. Seyid Əbülqasımın vətəni Qaracadağda Üştibin, yaxud Üçdibin qəryəsidir ki, İran dövlətinə mütəəlliqdir və Muğan səhrasına yaxındır. Bu qəryənii abhavası mötədil və torpağı münbitdir. Əhalisi salamat və kargüzar olduğu üçün mürəffəhhal yaşayırlar. Vəli zəmanənin övzavü iqtizasından bixəbər və elmdən bibəhrədirlər, necə ki, dövləti-əliyyənin rəiyyətləri və rəncbərləri təmamən bu hal üzrə yaşamaqdadırlar.Seyid Əbülqasım təvəllüd edibdir tarixi-hicriyyənin on üçüncü əsrinin ibtidasında--Nəsrəddin şahın atası Məhəmməd şahın zəmani-səltənətində681. Bir qəsidəsində məzkur şahı belə tərif eləyir: