Page 9 of 12 · 67%

O ki, bizim atlılardan bir para
Vermişdi özünü püşti-divara,
Nə dəğdəğə çəkdi, nə düşdü dara,
Bir az yoldaşından intizar oldu.

Bu məktub və bundan başqa bir çoxları Adolf Bercenin məcmuəsinə daxil olmayıbdır.

Qasım bəyin əsrində universitetdə təhsil edən və darülfünunun tibb şöbəsində məlumat kəsb edən təbiblər olmadığından, İrandan gələn və öz vətənimizdə nəşvü nüma tapan Əzrail ortaqları çox imiş. Şair bunların həcvində dostlarından birisinə yazır:

Mənə buyurmuşdun Qələyə gəlsin,
Yenə cuşə gəlib bəhri-iltifat.
Sənin mərhəmətin, mənim ixlasım
Mehri-münəvvər tək aləmə isbat.

Qalmışam aranda müddəti-mürur,
Təbiətə səfra eyləyibdir zur;
İstər idim olam azimi-hüzur,
Naxoşam, hərəkət eyləyib ixlat.

Bağır oğlu Məmməd, Məşədi Hacı,
Əliqulu, Müqim sərimin tacı,
Hər mərizə eyləsələr əlacı,
Ehtiyatın görün, tez olur məmat.

Tiryək yedirirlər hər kim olsa diqq,
Heyzədən aldırır xuni-basəliq.
Yenə bu hal ilə o qövmi-zindiq --
Өzlәrin sanırlar Ərəstu, Bokrat.

Falicə verirlər qürsi-təbaşir,
Müstəsqayə abi-kasni-maşəir;
Mərizin mərəzi yəni çəkə dir,
Sahibin çaparlar üç qatü dörd qat.

Nüsxeyi-tibbdə «şeş» oxur «şiş»i,
Məlamətdən yoxdur qəmü təşvişi;
Təşxisi-mərəzdə həmin danişi
Budur ki, canı var, tərləsə mirat.

Təbiəti-harrə xalis əngəbin,
Qabizə süfufü yəhuda darçin,
Bəlğəmi-mizacə tüxmi-xiyarin --
Münasib bilirlər daimül-övqat.

Mərizin üstünə yetişən məhəl,
Dərviş Kəlbi hazır olur əlbəəl
Qədəmlərin guya katibi-əcəl
Yazıbdır baisi-mövtü münacat.

Fisqləri zahir manəndi-günəş,
Həq bilir sözümdə yoxdu qəllü qəş;
Yolları hər yerə düşsə, sayəvəş --
Yanlarınca gedər «əyyühəssəlat».

Gah görürsən bir-birilə tapışır,
Gah atlanıb hər tərəfə çapışır
Lənü tən bunlar ilə yapışır,
Necə ali-Məhəmmədə səlavat.

Qələnin adamı yetdi yarıya,
Necə ki, qoyuna ac qurd darıya;
Az çəkər ki, məzar dəyər yarıya,
Bu növ ilə eyləsələr hərəkat.

Vilayətə salıbdılar şurü şeyn,
Şərbət tək içirlər dəmül-əxəveyn;
Bunların yanında qatili-Hüseyn
Zimmədən bəridir ruzi-ərəsat.

Bir kimsəyə ariz ola sədəmə,
Baxmazlar fəqirə, yoxsula, kəmə,
Qədəm götürməzlər həqqül-qədəmə,
Ya on tümən pul gərəkdir, ya bir at.

İmalədə yədi-beyzaləri var,
Həqq üçün bir ondan başları çıxar;
Mərəzi-digərdə, inanma, zinhar,
Vüqufları ola, heyhat, heyhat!...

Otuz il laəqəl gedib qoyuna,
Bilfel çobandı, baxsan boyuna;
Dağılmışda xub düşmüşük oyuna,
Yetən olmadımı əhli-kəramat.

Sən gör necə xərab olub zəmanə,
Çəmənli Cəfər də mərdü mərdanə,
O da təbib olub girib meydanə,
Çölün çəngəlindən yığıbdı qat-qat.

O ki, İsmailin saf azıb vazı,
Gahi yerdə qılar ölü namazı,
Gah tapıb özü tək bir annamazı
İşə qoyar xah türkü xah tat.

Gərək bu cahandan eyləmək həzər,
Өz yerində deyil çünki xeyrü şər,
Nə təbib, nə alim, Zakir, müxtəsər,
Axtarasan yoxdu bir niksifat.

Təsəllütü yoxdur «Töhfə»yə əsla,
Bilməz nədir «Qarabadın» mütləqa;
Ağızdan-ağıza öyrənib əmma
«Tibbi-Yusifi»dən bir neçə əbyat.

Zakirin əsrindən bu haladək az qalıbdır yüz sənə tamam olsun, amma məəttəəssüf, yenə də bizim biçarə «qara camaat» və avam xalq bu qisim tamahkar və avam təbiblərin çəngindən xilas olmayıblar. Bunlar əksər övqat mərəzi bilməkdə, yatalağı zatül-cənbdən təmyiz etməkdə aciz qalıb, bir mərəzin əlacü dərmanını başqasının haqqında istemal edirlər və yatalağı müsri mərəzlərdən hesab etməyib, mərizin qab-qacağını, rəxtixabını və yatacaq mənzilini ayırmırlar. Ol səbəbdən mərəz sağlara da sirayət edir.

Bu qisim avam və zülmkar təbiblərin haqqında həqir sabiqdə Bakıda nəşr olunan «İrşad» ruznaməsinin 1906-cı sənəsində çıxan 108-ci nömrəsində «Əcəlsiz ölənlərimiz» sərlövhəsi ilə uzun bir məqalə yazmışdıq. Haman məqalədə mərhum Zakirin burada dərc olunan əbyatından bir neçəsini yazıb, şərhi babında bunu da əlavə etmişdik ki, bizim mayeyi-həyatımız olan dəhat əhli indi də sahibsiz və qeydkeşsiz cəhalət aləmində mütəhəyyir və sərgərdan qalmaqdadırlar, sadəlikləri və avamlıqları ucundan hər qisim bəlalara düçar olmaqdadırlar.

Cümlə elm və mərifət kəsb etmişlərimizə borcdur ki, onların qeydinə qalıb, cəhl qaranlığından onları xilas etsinlər; nicatü səadətə çıxmaqlarına yol göstərsinlər. Vəli çox əfsus ki, darülfünunlarda təbabət elmini kəsb etmiş olan müsəlman təbiblərindən çox azı tapılar ki, kəndə getməyi özünə qəbul eləsin. Əksəri şəhərlərdə qulluq edirlər; o yerlərdə ki, onlarsız da təcrübəli və haziq təbiblər az deyil.

Qara camaatımız yenə irəliki kimi bilkülliyyə elmsiz və təcrübəsiz tat ilə türk əlindən -- ki, əlhəqq əcəl saqiləridirlər,--badə nuş etməkdədirlər. Camaat pulu ilə ali məktəblərdə elm və bilik təhsil edənlərimizin müqəddəs borclarıdır ki, avam xalqın imdadına yetişsinlər və əcəlsiz fövt olmaqlarına mane olsunlar.

Bundan əlavə, gərəkdir əhi-qələmimiz təbabətə dair kitabçalar rusdan tərcümə edib və risalələr tərtib qılıb, tavanalı şəxslərin həmiyyəti ilə çap etdirsinlər və məccanən xalq içində intişar eləsinlər. Bizim zənnimizə görə, biməzmun komediyalar və məişətimizə əsla münasibəti olmayan kitabçalar yazmaqdan belə risalələr artıq faydalıdır. Belə kəndlərdə və müsəlman mərkəzlərində əczaxanalar və xəstəxanalar açmaq da himmət və mərifət sahiblərinin baş vəzifələrindəndir.

Zakirin şüğlü və sənəti mülkədarlıq və maldarlıq olduğuna görə, övqatını özünə mütəəlliq Xızrıstan kəndində əkinçilər və köçərilər ilə bir yerdə keçirərmiş. Onlar ilə yaz və qış müaşirət və müamilət edib, bir havada, bir övzai-mühit içrə dolanıb, özü dəxi bir növ tərəkəmələnmiş imiş. Onların ehtiyacını öz ehtiyacı və onların şadlığını öz şadlığı, onların qara gününü öz qara günü hesab edərmiş. Bu axır vaxta kimi bizim çöl bəylərinin əksəri bu növ güzəran edirlərdi. İndi bəylər və mülkədarlar başqa sayaqda başlayıblar dolanmağı. Өz halal kəsblərini və gözəl şüğllərini darğalara və nökərlərə vagüzar edib və kəndlərini buraxıb şəhərə köçüblər; günlərini bazarlarda, meydanlarda, qəhvəxanalarda və klublarda boş və bikar keçirməkdədirlər.

Bəs, Zakir çox müddət milləti arasında yaşadığı üçün onun dilini dəxi mükəmməl surətdə bilirmiş və hər nə ki, hissiyyat və xəyalatından vücuda gəlibdir, təmamisini öz camaatının məişətindən götürübdür. Məsələn, şair ömrünün sinnə dolmuş çağında qocalığından şikayət edib, gözəl günlərin bihudə sərf olmasından və daim şərü şur ilə keçməsindən təəssüf və nalə edib deyir:

Əfsus, günüm keçdi şərü şur ilə daim,
Gəldi dəmi-rehlət.
Tutmuş hələ dünyanı könül hirs ilə qaim,
Tədbirinə lənət!
Getdi hamı həmdərdi-xoşəxlaqü mülayim,
Qaldım məni-həsrət.
Çöldə Əli bəy, Təhdilidir Qələdə tayım,
Onlar da kəmülfət.
Çoxdur ədədi fövt olanın, hansını sayım?
Məcmuuna rəhmət.

Şairin xoşəxlaq və mülayim dostları bəqa gülşənində seyr etdikləri halda, özü dünyayi-dunu hirsü tamah ilə bərk tutubdur, ondan əsla əl götürmək istəmir. Dünyaya bu qədər aludə olmağı və onun yaxasından iki əl ilə yapışmağı şair böyük bir qüsur və nəfsin dəğdəğəsindən zühura gələn alçaq bir sifət bilib, onun tədbirinə lənət oxuyur.

Şair çox qocalıbdır. Ağzında otuz iki dişdən ancaq üç-dördü qalıbdır, onlar da laxlayır və bir-birini tutmaz ki, bir şey çeynəyib uda bilsin. Hətta öz arvadı da ona məhəlgüzar olmur:

Müddətdi düşüb diki-dərunum saf əməldən,
Əfsürdəçirağəm.
Bir loğmadan əfzun yeməzəm xövfü xələldən,
Bu barədə dağəm.
Birəğbət olub xahişim ətami-gözəldən,
Guya ki, naçağəm.
Fərq etməz idim bir zaman ayranı əsəldən,
İndi bu sayağəm.
Vay oldu ki, bir gün tükənə qənd ilə çayım,
Alır məni xiffət.

Çün qocaların, xüsusən, Zakirin əsrində zindəganlıq edən laqeyd və tənpərvər ağaların və mülkədarların ümdə fikir və xəyalları yemək və içmək olub, ol səbəbə şair münasibi-hal deyir:

Batmış şikəmin aldı bizi heyvərə fikri,
Doymalı deyil bu.
Qış aş, plov dəğdəğəsi, yaz kərə fikri
Bağrımız edər su.
Köç vaxtı ulağ kəmliyi, dağü dərə fikri,
Olmaz belə qiyqu.
Ta çənd otaq dərdisəri, pəncərə fikri,
Əndişeyi-bahu.
Yekdir ki, ləhəd küncü ola köşkü sərayım,
Sərmənzili-xəlvət.

Çöl bəylərinin və ümumən kənd əhlinin işləri artıcaq çətinə düşür. Qış fəsli bərk gələndə, çovqunlu və qarlı ruzigar əsəndə bir yandan azuqə azalır, bir yandan ot-ələf tükənib çarpa arıq düşür, bir yandan da odun tapılmır. Hər adam örkən və çatı götürüb, odun dalısınca kola-kosa tərəf yüyürürlər. Bir növ şuriş və vəlvələ düşür ki, guya qiyamət bərpa olubdur.

Çöl xalqının belə pərişan halını şair ziyadə məharət ilə nəzmə çəkir, sanki onlar göz önündə durublar. Şairin öz kəlamına rücu edək:

Çöl xəlqinə bir il gələ gər qış gələ qatı,
Lağər düşə çarpa.
Yeksər qarışır bir-birinə türk ilə tatı,
Aşuradı guya.
Hər kəs götürür dəstinə bir örkənü çatı,
Hiyzüm qıla peyda.
Gözlər ki, bitib ot, kökələ camışü atı,
Arxayın olub ta.
Gəh-gəh deyə, ey ilxıçı, qırxıldımı dayım?
Nə eyş, nə rahət?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs

Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:

192521 min
Molla Pənah "Vaqif" təxəllüsləri

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

192548 min
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 min
Şirvan və Şamaxı

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 min

Poems by other poets