Page 6 of 7 · 71%

Bu komediyalardan əlavə, Mirzə Fətəli Axundov tarixi-islamiyyənin 1273-cü sənəsində ki, tarixi-məsihiyyənin 1857-ci ilinə mütabiqdir, "Aldanmış kəvakib" və yaxud "Hekayəti-Yusif şah" adında qəribə bir hekayət yazıbdır. Bu hekayətin vüqui Səfəviyyə padşahlarından Şah Abbasın zamani-səltənətinə təsadüf eləyir. Bu təəccüblü əhvalatın həqiqətdə İran-zəmində vaqe olub-olmamasına söz verə bilmərik. Amma yəqinən təsdiq edə bilərik ki, bu qisim əhvalat orada baş verə bilər. "Aldanmış kəvakib"də mərhum Mirzə Fətəlinin ümdə mətləbi İran vəzirlərinin sırf avamlığını və öz ali mənsəblərinə əsla layiq olmadıqlarını göstərmək imiş ki, insafən bu mətləbi müsənnifi-mərhum böyük məharət və ustadlıq ilə bəyan edir. "Aldanmış kəvakib"i oxuduqda yəqinlik hasil olur ki, İranın viran olmağına, "Dövləti-əliyyənin" belə zəif və nəhif hala düşməyinə "ümənayi-dövlət" və "üləmayi-kiram" və "vüzərayi-zəviyül-ehtiram" olublar. Bu həqiqət və doğrunu Şah Abbasın müqərrəb vəzirləri və ərkani-dövlət onun hüzurunda lisani-bəlağətlə öz qüsurlarını, dənaət və səfahətlərini kamali-iftixar ilə bəyan edirlər. Köhnə və şövkətli İranı xarab və pozğun hala salan cahilanə tədbirlərini hüsn-xidmət və böyük hünər məqamında qoyub, dövləti-əliyyəyə sədaqətlə xidmət etməklərini sübuta yetirmək istəyirlər. "Aldanmış kəvakib"i oxuyandan sonra Mirzə Hüseyn xanın mərhum Mirzə Fətəli Axundova nisbət olan büğz və ədavəti hansı mənbədən qaynayıb cuş etməyi vazeh olur.

Axundovun dramnəvis müsənniflərə və həqiqi ədibə məxsus olan istedad və qabiliyyətlərindən birisi də budur ki, öz təmsilat və hekayətlərində əhvalat və güzarişatı söylənən əşxasın hər birini öz dili ilə danışdırır. Əkinçidən tutmuş şaha kimi hər hansı sinfin dilindən söz söyləyir isə, elə bir sayaqda söyləyir ki, guya mərhum haman o sinfin özündəndir və yainki onların sözlərini eşitdikdə bir-bir sinəsinə yığıbdır. Bu qabiliyyətdən əlavə Mirzə Fətəlinin dilində elə bir nəməkrizlik, məlahət və zarafət var ki, hər kəs onun kəlamını oxuyur isə könlü açılır və dodağı altında gülür. Mirzə Fətəlinin təbiətində zövq və xoştablıq mayəsi və yaranmasında zarafət və lətafət xəmirəsi olduğuna binaən həmişə meyli zarafatçı, lətifəgu və güşadəqəlb adamlar ilə imiş. Məzəçilik, zərifanə danışıb gülmək onun təqazayi-təbiəti olduğundan bəzi işləri və danışıqları dəxi başdan ayağa gülünc və zarafət imiş. Onun dilindən söylənən lətifələri və türfə sözləri cəm etsək, gözəl bir kitabça əmələ gələr.

Şah Abbasın vəzirləri padşahın hüzurunda ulduzların sədəməyi-üzəmasını dəf etmək üçün artıq vüqar və təmkin ilə danışdıqları sözlərə diqqət yetirilsə, həmən sözlərin cümləsi mayeyi-istehza və gülünc olmağına şübhə qalmaz. Belə ki, məsələn, sərdar Zaman xan özünün sahibi-əql və tədbir olmağını hüzzari-məclisə bəyan etmək üçün əsla mətləbə dəxli olmayan osmanlı qoşununun İran üstünə hücum eləməyindən söz açıb deyir: "Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyil idi, nəhayət, mənim heyfim gəldi ki, firqeyi-naciyənin qoşununu güruhi-zallənin müqabilində tələfə verdirim. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayəti-mülki-Azərbaycan tamam dəhaqinin ziraətini xarab etsinlər və çarpalarını qovub gətirsinlər, körpüləri dağıtsınlar və yolları pozsunlar. Vəqta ki, Bəkir paşa (Osmanlı əsgərlərinin sərkərdəsi) sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xarab olunmuşdu ki, əsla özüylə topxana gətirməyə qadir olmayıb, ancaq atlı və piyadəsi ilə ənvai-zəhmətdən sonra Təbrizə varid oldu və hər tərəfə dəstə göndərib, zəxirə təhsilinə iqdam etdi. Əlinə bir həbbə və bir öküz və qoyun düşmədi. Naçar üç gündən sonra üftan və xizan, ac və əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçdı. Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. Yolları pozmaq və körpüləri yıxmaq bir mərtəbədə tədbiri-müfid göründü ki, dövləti-əliyyə Bəkir paşa qaçandan sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə taifeyi-biganənin [hücum gətirmək] ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərin dəxi burnu qanamayıb, əsakiri-mənsurənin cümləsi həmsayə düşmənlərin v?hs?ti ucun salim qald?. Bel? isl?r xususunda asitaneyi-?liyy?nin qoca iti t?dbir gost?rm?kd? aciz deyil! Amma k?vakib il? muxalif?t etm?kd? ?qlim h?r bir ?lacdan qasir gorunur....".

Sərdar Zaman xanın bu gunə öz hüsn-xidmətlərini tərif edib ağıllı və tədbirli binagüzarlıqlarını vəsf etməyi doğrudan da adama gülünc gəlir: "Əsakiri-mənsurə" "güruhi-zallənin" hücumuna davam gətirə bilməyib qaçır. Vətənin uğrunda, onun mühafizəsi üçün bir damcı qan da tökülmür. Bu heç! Amma öz əlləri ilə vətənin viran olmağı, əkinçilərin ziraəti, bağbanların bağ və bostanları dağılıb alt-üstə çevrilməyi, mal-məvaşinin pərakəndəliyi, yolların xarab olmağı, körpülərin uçub dağılmağı iftixar ilə şahın hüzurunda söylənir və şahın "asitaneyi-əliyyənin qoca itinə" əsla qəzəbi tutmur. Bu çox qəribədir! Sərdari-rövşənzəmirin tədbir və səlahdidi ilə yolların dağınıq və körpülərin uçuq halda qalmağı bir dərəcədə səlah göründü ki, onları bu qərarda baqi saxlamaqlarına hökm olundu, zira ki, "taifeyi-bikanənin" hücumundan ehtiyatda olmaq lazımdır.

Həqiqətdə həm gülməli və həm ağlamalı halətdir! Ümuri-məmləkət belə şəxslərin ixtiyarında olduğu əsnada abadiyi-vətən və tərəqqiyi-məmləkət mümkünmüdür?

Xanemani ke, to başi məhrəm,
Vay bər siyrəti-an əhli-hərəm.[2]

[2] Tərcuməsi: Bir ailəyə ki sən məhrəm olasan,
Vay o ailə uzvlərinin halına.

Mərhum Mirzə Fətəli Axundov öz əsrinin ürəfa və üdəbası ilə tanış idi və cümləsinə onun hüsni-təsiri var imiş. Xüsusən, onunla Qarabağın ən müqtədir şairi Qasımbəy Zakir təxəllüsün mabeynində dostluq və yaxınlıq var imiş. Zakir Qarabağ mahalında vüquə gələn əhvalatdan və orada sakin olan ruhani sinfinin, ürəfa və nücəba qisminin əfal və əmalından və ələlxüsus elat əhlinin dolanacağından və övzai-məişətindən məlumat cəm edib, cabəca gözəl və sadə şerlər vasitəsi ilə yazıb, dostuna göndərərmiş. Bəzi rəvayətə görə, "Hacı Qara" təmsilatının məal və məzmununu filcümlə Mirzə Fətəliyə Qasımbəy veribdir və mərhum Axundov onu qəribə bir dona geyindirib, məşhur "Mərdi-xəsis" komediyasını tərtib qılıbdır.

Məlum ola ki, Qasımbəyin bəradərzadələrindən Behbud adında bir nəfəri qaçaqlığa qurşanıb, Qarabağda çox fəsadlar törədərmiş. Qasımbəy nahaq yerə bir neçə bədxahların təhriki ilə divan əmələsinin nəzərində müttəhim olub, oğlanları ilə Qarabağdan sürgün düşür və bir neçə ay məhbusvar Bakıda sakin olur. Mərhum Mirzə Fətəli dostunun xilası üçün çalışır və axırda onun təmizə çıxıb vətəninə qayıtmağına səbəb olur. Mərhum Zakir bir kağızında bu barədə dostunu tərif edib yazır:

Aşina, müsahib, yar, həmsayə
Lazımdır yetişə qövrə, hərayə.
Kitabətin dəyər mülki-dünyayə,
Nə hacət istəmək simü zər səndən?

Tək yaradıb səni vahidi-yekta,
Əxlaqına, ətvarına mərhəba!
Neyləmişsən Molla Səfi, Bəybaba,
Məmnundur, əzizim, bu qədər səndən.

O vilanın yoxdur bu yer tək pisi,
Təqəllübü, hərzəkarı, xəbisi;
Yaxşı gördüm tamam əhli-Tiflisi,
Razıyam, nəhayət, biştər səndən....

Başqa bir naməsində Qarabağın tamamı əhvalını və keyfiyyəti-macərasını cabəca yazıb, naməni bu sayaq qurtarır:

Çəkilib köksümə dağlar, düyünlər,
Kafirə olmasın nəsib bu günlər.
Qınamasın məni könlü bütünlər,
Fikrim dağınıqdır, xatirim övraq.

Məqsudumuz hasil olmadı bizim,
Yeksandır hicrində gecə-gündüzüm.
Bu bədbəxtin halətindən, əzizim,
Barı o vilada olgil göz-qulaq.

Gərçi vilayətdə çox idi əhval,
Müyəssər olmadı şərh edəm əlhal.
Bir parasın yazıb eylədim irsal,
Bu şərt ilə nə diş bilsin, nə dodaq.

Ziyarət eyləyib Şeyxülislamı,
Zakiri-həzindən yetir salamı,
Hacı Yusif, Molla Əhməd tamamı,
Haçan ola bir də deyək, dan?saq?....

Zakirin Mirzə Fətəliyə yazdıqları məktubat barəsində Azərbaycan türklərinin ədəbiyyatı xüsusunda yazdığımız məcmuədə təfsilən məlumat verilibdir. Mirzə Fətəlinin Qasımbəyə nəzmlə yazdığı kağızlardan ancaq birisi ələ düşdü ki, burada dərc olunur. Bu məktubi-mənzuməni mərhum Mirzə Fətəli dostu Zakirə yazıbdır ibtidai-məhərrəmdə, 1271-ci tarixdə, Mehdiqulu xanın qızı Xurşudbanu bəyim Natəvan haqqında. Məlum olur ki, o vaxtlarda Qasımbəy Xanqızına çox yaxın imiş. Mirzəyi-mərhumun yazdığı qafiyələr zarafat təriqincədir:

Qasımbəy, eşitdim yaxın olubsan,
Xanqızına, axır nədir bu rəftar?
Edibsən xubları yüz yol imtahan,
Eylərsən onlara yenə etibar.

Yeyib otağında şamü nəharın,
Kəsdiribsən yasdığının kənarın.
Eşidirsən şirin-şirin göftarın,
Kişi, sənin, vallah, əcəb işin var!

Dediyin qafiyə ona xoş gəlib,
Qaçan bəxtin indi sənə tuş gəlib,
Sevdalı başına təzə huş gəlib,
Təəccüb eylərəm büsyar-büsyar.

Səni pərivəşlər salıb bu halə,
Döndəriblər əlif qəddini dalə,
Çəkərdin onlardan həmişə nalə,
Nədir yenə dildə əzbər olub yar?

Xanqızı məhvəşdir, el bilir, aləm,
Məhvəşlər atəşdir, bizik ağlı kəm;
Yüz il xidmət edə oda bir adəm,
Yenə düşən dəmdə ona, bil, yanar.

Xudadən istərəm versin muradın,
Yamanlığa hərgiz çəkməzəm adın.
Yolunda zəhmətin, rənci-ziyadın,
Mən çəkdim, o etdi məni şərmsar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yusif Nabi

Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".Nabi əfəndi "Xeyriyyə"sində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən məlumat verir. Bu məlumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsinn çağında, yəni 54 yaşında doğulmuşdur və onun vücuda gəlməsi ilə şairin gözləri nur və qəlbi sürur ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir:

192520 min
Ağahüseyn "Arif" təxəllüs

Məhəmməd ağa Müctəhidzadə[nin] "Riyazül-aşiqin" ünvanı ilə tərtib etdiyi "Təzkirətüş-şüəra"sında verdiyi məlumata görə, Arif Molla Pənah dövrünün şüərasındandır.Nişatın və Ağaməsih Şirvaninin müasiri imiş. Əsli və nəsəbi İrana mütəəlliqdir. Təvəllüd edib Təbrizdə, sonraları Qafqaziya torpağına hicrət edib və Şuşa şəhərini məhəlli-iqamət etmişdir. Çox arif, danişmənd və bəzi elmlərə dara bir şəxs imiş. Təbii şeriyyəsi dəxi var imiş.

19252 min
Ağabağır

Yusif Qarabağinin məcmuəsində Ağabağır ismində bir şairin əsərlərindən nümunə olaraq bir müəşşər-tərcibənd dərc olunmuşdur. Bu kəlamda bahar fəslinin əlamətlərini şair tədriclə zikr edib, güldən, bülbüldən və yasəmən, sünbüldən söz açıb, axırda təəssüflə fəryad edib deyir ki, heyif deyilmi ki, belə gözəl çağda baş qala torpaqda:Bir belə mövsümdə, bahar çağdə

19251 min
Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs

Mərhum Abbasqulu ağa Qafqaz şüəra və üdəbasının məşhurlarından birisi hesab olunur. Onun pədəri-büzürgvarı Mirzə Məhəmməd xan sani Bakı xanlarının nəslindəndir. Vəqti ki, dövləti-Rusiyyə tərəfindən general-[mayor] Xatuntsevin sərkərdəliyi ilə qoşun gəlib Quba nahiyəsini 1806-cı sənədə Şıxəli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzə Məhəmməd xan orada iqamət edirdi.Məzkur nahiyənin idarəsi ona həvalə olundu və xani-mərhum xeyli müddət orada xanlıq etdi və lakin onun vəfatından sonra vilayət hökuməti rus naçalniklərinə (komendant) təslim olundu və ixtiyari-hökumət və rəyasət müsəlman xanlarının əllərindən biryolluq çıxdı.

192527 min

Poems by other poets