Əlvan xalı sərdi yollar...
Göylər açdı yaxasını,Bənövşələr səpələndi.Duyub yazın havasını,Durğun göllər ləpələndi.
Çaylar şirin bir nəğmətəkOba-oba axıb keçdi.Körpə quşlar ürpək-ürpəkPəncərəmdən baxıb keçdi.
Vəcdə gəlib sanki, birdənGirdim bahar yağışına.Səslədilər yerbəyerdənMəni nəğmə yarışına.
Göyqurşağı göydə güldü,Yerdə tarla, zəmi, bağça.Dağlardan sellər töküldüDərin dərələr boyunca.
Çinarların yaz havalıKölgəsinə girdi yollar.Gül naxışlı, gül butalıƏlvan xalı sərdi yollar.
Meh əsdikcə yırğalandı,Bir-birinə dəydi güllər.Göy üzündə günəş yandı,Zərdən paltar geydi yollar.
Havalanan kəpənəklərGüldən-gülə yol saldılar.Uçmaq üçün axşam-səhərÇiçəklərdən güc aldılar.
Bulaqların gözü güldü,Nəğmələndi hər zəmisi.Ətirləndi, dada gəldiYarpız naxışlı süfrəsi.
Ellər yenə dağa qalxdı,Cavanlaşdı qoca dağlar.Sinəsinə çiçək taxdı,Tutdu təzə xonça, dağlar.
Oba-oba, oymaq-oymaq,Səslədi təbiət məni.İnandım ki, yaşadacaqBu sevgi, bu şəfqət məni.
Arzularım ümman-ümman,Yol gedərəm səhər-axşam.Mən həyatdan, insanlardanDoymamışam, doymamışam.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-elvan-xali-serdi-yollar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
بوستان لاله رویان حجیزشد ز تاراج خزان چون برگ ریز
آمد نوروز و گشت مشگ فشان بادساحت باغ از نسیم باد شد آباد
Verdim o gün ki, zülfi-pərişanə könlümüVerdim o gün ki, zülfi-pərişanə könlümü,Saldı nigar o zülfdə zindanə könlümü.
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!