Mən elə sandım ki...
Bir səhər, qocalıq döydü qapını,Əlində əsası, gözündə eynək.Dedi istəsən də, isitəməsən dəSəninlə günümü keçirəm gərək.
Uzun yollar keçib gəlmişəm, dedi,Qoyma gözlərindən irağa məni.Mən gənclik deyiləm vəfasız çıxam,Bənzətmə gedəri qonağa məni.
Son yurdum alnının qırışlarıdır,Bir də ki, saçında məskən salmışam.Cavanlıq atını çapıb gedəndəMən səni gözləyib yolda qalmışam.
Gah şaxta vurubdur məni, gah günəş,Ömür dastanını varaqladıqca.Çalmalı dağlarla yaşıd olsam da,Tutmuşam başımı dağlarlan uca!
Həyat çalxalandıqca bir dəniz kimi,Göyərçin ləpələr saçıma qonmuş.Sanki qaşlarımda quzey qarıdırBir sükut içində beləcə donmuş.
Qocalıq danışdı öz həyatını,Dinlədim hər sözü bir ehtiramla.Doğrusu mənə də əziz göründüO bu əzəmətlə, bu ehtişamla.
Xəyalım bir anda gəzdi illəri,İllər gah danışdı, gah lal göründü.Oğlum ana, deyə çağırdı məni,Gözümdə hicranla vüsal göründü.
İlk dəfə, ilk dəfə mən qoşa gördümHicranla vüsalı. Sevincim artdı.Mən elə sandım ki, gedən gəncliyimOğlumun səsində geri qayıtdı.
Dedim, ey qocalıq, müqəddəs ata!Mənim darıxmağa heç haqqım varmı?Ömrümün baharı səslədi məni,Ömrü bahar olan heç qocalarmı?
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-men-ele-sandim-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Dost-həmdəmim yetən kimi vətənə,Gör bir gözləyirmi yolum yar mənim?
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
AğlaramBir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.
شاهد ما گر سر زلف معنبر بشکندقدر روز افزون کند بازار عنبر بشکند