Dahi sənətkar
Page 2 of 2 · 50%
“Ölülər” olduqca orijinal və dahiyanə yazılmış bir komediyadır. Onun qüvvəsi, əlbəttə, müəyyən bir mühiti və dövrü yüksək bədii şəkildə əks etdirməsindədir. “Ölülər” də meşşan mühitinin zülməti göstərilmişdir. Bu zülmət içərisində yaşayan yekəbaşlar, fırıldaqçılar, dələduzlar, Molla Nəsrəddin qələmindən bütöv xarakterlər kimi, dolğun, canlı və inandırıcı bir şəkildə meydana çıxmışdır.
Molla Nəsrəddinin dramaturgiyası böyük fikirlər, canlı xarakterlər dramaturgiyasıdır.
“Ölülər” haqqında danışarkən onun realizmindən tiplərinin canlılığından, dilinin qüvvətindən, hadisələrin yığcamlığından hamı bəhs edir. Amma indiyəcən “Ölülər”in ifadə etdiyi dərin ideyaları açmağa kimsə təşəbbüs göstərmir. Bunun da müəyyən səbəbləri vardır. Çox ola bilsin ki, ədəbiyyatşünaslar Molla Nəsrəddinin mütəfəkkirliyini ikinci və üçüncü dərəcəli bir şey hesab edirlər. İlk baxışda buna bəraət qazandırmaq da mümkündür. Çünki böyük sənətkar, Mirzə Fətəli Axundov kimi fəlsəfi traktat yazmamışdır. Lakin bizcə “Ölülər” eyni zamanda dərin fəlsəfi komediyadır. Biz müasir dram yazanların sevəsevə işlətdiyi aforizmləri fəlsəfə sayırıqsa, “Ölülər”də bu cür aforizmlər olmadığından, əlbəttə, müəllifin mütəfəkkirliyi bizim yadımıza düşmür.
Ancaq biz bu məsələni tamam başqa cür anlayırıq. Bu və ya başqa bir əsərdə yüzlərcə aforizm ola bilər, hətta bəzən adi insan dili əvəzinə müəllif bütün dramasını bu cür aforistik dildə yaza bilər, amma eyni zamanda meydana çıxan dram əsl fəlsəfədən, dərin fikri əsaslardan, ümumiləşdirmə qüvvəsindən tamamilə məhrum olan bir şəkildə meydana çıxa bilər.
Molla Nəsrəddin belə deyildir. Onun qəhrəmanları müəllifin yerinə filosofluq etmir. Aforizm “Ölülər”də çox nadirdir, amma bütün əsər dərin fəlsəfi konsepsiya əsasında qurulmuşdur.
Ölülərin “dirilməsi” nədir? Real ictimai əlaqələrin amansız təşrihini vermək üçün müəllifin istifadə etdiyi bu üsul adi bir dramatik vəziyyət deyildir. Diqqət edilərsə, Molla Nəsrəddinin köhnə cəmiyyətə necə böyük və ağır bir zərbə vurduğu aydın görünəcəkdir. Bu zərbənin zahirən gülməli görünməsi heç də vacib deyildir. Bizi bunun məna və mahiyyəti düşündürməlidir.
Burada artıq başqa yazıçıların təsirini axtarmaq da lazım gəlməyəcəkdir. Burada Molla Nəsrəddinin bütün dünya ədəbiyyatında ikinci bir rəqibi yoxdur. Hətta bir sənətkar olaraq da, o, möhtəşəm və əzəmətli bir sima kimi bizim qarşımızda canlanırdı. Burada Molla Nəsrəddin fəxrlə deyə bilər: “Dünya ədəbiyyatında mənim də payım var”.
Molla Nəsrəddin irsi, həcm etibarilə dörd-beş cilddən çox deyildir. Ədəbiyyatçının və ya filosofun qiymətini təyin edərkən, biz əlbəttə bunu da əhəmiyyətsiz bir şey saymırıq. Lakin, bizim qarşımızda adi bir məişət yazıçısı durmayır, bəlkə bu dörd-beş cildlik əsəri ilə milli ədəbiyyatımızda böyük bir dövr açmış dahi bir sənətkar durur. Bu sənətkarın əsərləri yarım əsrə yaxın bir zamanın ağır imtahanından keçərək bu gün də yaşayır. Cəsarətlə deyə bilərik ki, onlar sabah da yaşayacaqdır.
Məsələ belədirsə, Molla Nəsrəddin bu gün bizimlə yanaşı duraraq, yeni dünyanın keşiyini çəkir, onun mübarizə səngərində yenə eyni mərdliklə vuruşur.
Biz, onun öz jurnalında Hitlerə və onun quldurlar dəstəsinə necə karikatura verə biləcəyini təsəvvürümüzə gətiririk. Hətta bu karikaturaların altında nə cür sözlər yaza biləcəyini də müəyyən qədər təsəvvür edirik. Çünki Molla Nəsrəddin bu XX əsr quduzlarının babaları ilə jurnalının səhifələrində çox üz-üzə gəlmişdir. İnsan cəlladlarına, dünyanı qanla çalxalayanlara, – xalqların bu mənfur düşmənlərinə qarşı mübarizəyə o öz ömrünün və yaradıcılığının ən parlaq illərini sərf etmişdir. Lakin o, on il bundan əvvəl ölmüşdür. O indi faşizmin törətdiyi dəhşətlərdən xəbərsizdir. Ancaq biz, Molla Nəsrəddinin ölümünü şərti hesab edirik. Çünki onun ənənəsi ölməmişdir. Onun vətənpərvər ürəyi bizim köksümüzdə çırpınır. Onun vətəninə, xalqına olan məhəbbəti bizim böyük işlərimizdə yaşayır. Onun bədii əsərləri xalqın ürəyində yaşayır.
Molla Nəsrəddin həqiqi xalq yazıçısıdır. Populyarlıqda az-az yazıçı onunla rəqabətə girişə bilər. Bu da Molla Nəsrəddin talantının başqa bir nişanəsidir.
Alman imperializminin qanlı müharibə meydanına çevirmək istədiyi İran, uzaq Hindistan, bütün Yaxın Şərq onun jurnalını oxuyub özünün dostunu-düşmənini tanıyırdı.
Şübhə yoxdur ki, xalqlar od içərisindən çıxdıqdan sonra onun əsərləri “Molla Nəsrəddin” jurnalının getdiyi yollarla bütün ölkələrə daha sürətlə yayılacaqdır. O zaman əzilmiş xalqlar, Xəzərin sahilindəki odlar ölkəsində yaşamış və yaratmış Molla Nəsrəddinlə bir də görüşəcəklər.
Xalqların bu bayram günü, eyni zamanda, böyük ədəbiyyatın bayramına çevriləcəkdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-dahi-senetkar
Use ← → keys to move, R for a random poem
More by this author
Qədim Bərdə yaxınlığında bir ovlaq. Göz işlədikcə uzanan dərədə şəhər görünür. Gözəl saraylar yaşıllıq içindədir. Qivami ağacın kölgəsindəki çeşmə başında oturub pəsdən zümzümə edərək, şərab içir. Arabir əsən xəfif külək, onun qıvrım saçlarını oxşayır.*Qivamidən iki-üç addım kənarda Yusif uzanıb yatmışdır. Günorta vaxtıdır.*
Üçüncü şəkilBərdə şəhərində geniş bir həyət. Bir tərəfdə uca saraylar, o biri tərəfdə isə, Əbdəkin evi görünür. Hava yeni-yeni işıqlanır. Əyri-üyrü küçə ilə Toğrul və Çingiz gəlir.*Çingiz**
Dördüncü şəkilGəncə yaxınlığında bir ovlaq. Yaşıl bir təpə. Uzaqda çadırlar ağarışır. Təpənin başında şah dayanıb uzaqlara baxır. Arxadan gələn vəzir ona yanaşır. Şah onun gəldiyini hiss edərək, ona tərəf dönür.*Şah**
Beşinci şəkilYenə orada, səhər tezdəndir. Günəş yeni-yeni tülu edir. Hər tərəf bomboşdur. Dərin sükut içində quşların həzin-həzin nəğmələri eşidilir. Birdən iki nəfər şəhərli görünür.*Onlar elə bir qorxa-qorxa ətrafı dinləyirlər.*
Poems by other poets
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
چون اشتیاق من به تو افزون ز شرح بودممکن نشد که شرح دهم اشتیاق را
YoxsulBir yoxsul, bir zaman gedib hamama,Soyunub, əl atıb çanağa, caına,