Araz üstə çinar gördüm
Araz üstə çinar gördüm.Qoşa çinar.Budaqları bir-birinədolaşan çinar.Yarpaqları bir-biriyləöpüşən çinar.İki titrək, iki güləş,İki şən çinar.Biri bir az gövdəlidir,Bir az da uca,Baxdım boyuna.Bir az nazik, gödək çinarQısılıb ona.Elə bil ki, lap təzəcə toy eləmişCavandılar.Necə oynaq, necə şıltaqMehribandılar.Adamların gülüşündən nəğmə qaparlar.Adamların gülüşünə nəğmə qatarlar.Yarpaqların uşaq dilli şənlikləri var,Yarpaqların uşaq əlli çəpikləri var.Onlar sussa,Pəncərələrqulağına qulaq bağlayar,Küçələrdə gediş-gəliş ayaq saxlayar.Qucaqlaşıb ulduzları oxuyar onlar,Bir-birinin qucağında yuxlayar onlar...Araz üstəÇinar gördüm.Qoşa duran bir cüt çinar.Gəlin çinar.İgid çinar.Baxdım, baxdım təbiətin,Ağac adlı,Qol-qanadlıcüt heykəlinə.Bir baltalı əl hardasaqıcandı mənə.Qorxdum, qorxdum onların buSevgisini yaralayalar.Budaqları, gövdələri, rişələriBir-birindən aralayalar.
Daha pisdir, – qırmasalar, –Çinarların arasındanArx qazalar.Bu arx əvvəlKiçik olar, dayaz olar...Sonra, sonra böyüyüb bir Araz olar...Araz üstəÇinar gördüm.Qoşa çinar.Budaqları bir-birinədolaşan çinar.Xəyalımın üfüqündə görüş istədiİki tənha pərişan çinar...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-araz-uste-cinar-gordum
Use ← → keys to move, R for a random poem
More by this author
Mən tale-bəxt oyununda naşıyam,Bu torpağın yumruq boyda daşıyam.
İnsan yalan danışırQara sözlə, ağ sözünYeri dəyişik düşür;
Mikayıl şer oxuyur...Mikayıl Mirzənin əlli yaşı tamam oldu. O, Azərbaycan xalq artisti, böyük aktyordur, millət vəkilidir, ictimai xadimdir, sənət müəllimidir. Bunlar hamısı məlumdur. Mən şair olduğum üçün onun çoxsahəli fəaliyyətinin bir qanadından – poeziya qanadından danışmaq istəyirəm, onu alqışlamaq istəyirəm, onu dinləmək, dinləmək istəyirəm.*Məncə, Mikayılı bir dəfə dinləyən kəs sonra uzun zaman özünü, öz içini dinləməyə bilmir, çünki Mikayılın oxuduqları yalana, böhtana: riyakarlığa, nadanlığa qarşıdır, onları daşıyanlara qarşıdır; onlara sillədir, qılıncdır Mikayılın şerləri. Onları dinləməmək mümkün deyil...*
Kefli İsgəndərlə görüş(Mirzə Cəlilə)*İsgəndərlə qarşılaşdım
Poems by other poets
Vətən övladı! Ha qeyrət qılın təhsili-ürfani,Qalan mə'naydır ancaq, bu nəqş, əlbət, olur fani.
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.