(Mirzə Cəlilə)

İsgəndərlə qarşılaşdımbir kənd yolunda.Bir keflilik nişanəsigörmədim onda.Fikri bir az dolaşıqdı,Öz-özünə danışırdı.Cəsarətin olmayandaürəyin olmur.Cəsarətin olanda daçörəyin olmur.Cəsarətin olmayandaqorxaq deyirlər.Cəsarətin olanda daaxmaq deyirlər.Mirzə, bura gəlişiməözüm utandım.Şüur gördüm – bir əsrdəheç bircə santim,İrəliyə baxmayıbdır.Hələ nə gördüm! –Şeyx ağanın təsbehiniÇox əldə gördüm.Mən buraya ayıq gəldim.Ayıq gəldim –Yatanları ayıltmaq üçün.Qayıdıram – kefliliyə qayıtmaq üçün.Hələ neçə Sabir gərəkSən gərək bura.Hələ gərək çox inqilab gətirək bura.Burda hələ kef məclisikeçir gizlicə.Yer süpürən çadralarsa azaddır necə!Baxdım bir az Naxçıvana,Ordubada, Şahbuza baxdım.Sevincimdən az qala mən ağlayacaqdım.Yol boyunca düzülmüşdü işıq qədəhi...Burda isə qızlar gördüm hələ qəhqəhi,Şivən olur Allah, İmam azadlığında.Dedim belə, «azad inam» «azadlığında»Azadmıdır inanmamaq,şəkk eləmək də.Dedilər ki, «bəli, bəli...»

Ancaq ürəkdəXurafatın çayırlarıköklüdür yaman.Gərək onunzoğlarınıGizli qırasan.Dedim nə vaxt. Bu nə zaman,Bu hansı ildir.Hey, hey, dünya, yüz təbliğatMücahidi birMirzə deyildirBurda Mirzə qələmindənqaçıb gizlicəNeçə kölgə kölgəsinisağ görürəm mən.Vardır diri addımıylaölü gəzənlər.Mirzə belə deməmişdi,Ay həmvətənlər!Deyən doğru danışmağımxoşa getmədi.Həqiqətin söz misrasıdaşa getmədi.Dedilər ki,İsgəndərlik eləmə daha!Dedim: Elə İsgəndərəm!Dedilər: aha,Belə ayıq danışmaqdaGörünür ki, sənYenə keflisən!..Dedim:Əsla içməmişəm!Dedilər: onda –Yeri iç gəl! Kefli olandaBəlkə təzə bir geyimdəgöründü bu kənd...Xəyalımda içib gəldim,Neçə ili keçib gəldim...Pəh-pəh, necə dəyişilibGör indi bu kəndMən kefliyəm, o ayıqdır.Kaş ayıq olsun.Mirzə Cəlil istəyinəo, layiq olsun.

Mart, 1967

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets