Kəhər at
Elə ki, əlimi qoydum yəhərə,Kəhər öz yerində oynardı həmən.Sıxıb ayağımı üzəngilərəAtın cilovunu yığardım ha mən.
Mən yola çıxsam da dördqanadlıtəkBabalardan qalma bir adət idi: –Özündən böyükdən qabağa keçməkƏdəb qaydasında qəbahət idi.
Bəzən sığışmazdı at yüyəninə,Tozanaq salardı qasırğa kimi.Fəqət qulağımdan atamın yenəSəsi asılardı bir sırğa kimi.
«Dedim, böyükləri keçmə qabağa.Qabaqkı təpikcil atlara da bax!»Yazıq kəhərimi qulaq qırpmağaQoymazdım qabaqkı atlardan qabaq.
Mənim baş aparan şair ilhamımQəzəblər, cilovlar görəndən bəri.Qınaya bilmirəm qoca atamı,Unuda bilmirəm, yazıq kəhəri.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-keher-at
Use ← → keys to move, R for a random poem
More by this author
Hər «səfər» qabağı mənimlə danış,Məni məşvərətçi baba bil hərdən.
Gözləri yol çəkən ana mahnısı(nəğmə)*Bir ana, boynunu burmaqdan yorulmaz.
Dağ yaddaşında yazıBirisini çıxartdılar uca bir yerə,Tez aşağı daş hellətdi:
KüləklərDöy qapımı, döy qapımı, Müşfiq küləyi,Əli Kərim qasırğası, qır pəncərəmi.
Poems by other poets
Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Kıprısda ilk səhərSaralan zəmilər sahil boyunca –Ana laylasıtək doğma bir nəfəs.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.